Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-260/2021 27.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, İnzibati xəta haqqında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X10 nümayəndəsi X2 iştirakı ilə, xx.xx.2020-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərardan şikayət verilməsi üçün müddətin bərpa olunmasına dair X6 tərəfindən verilmiş vəsatətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X6 AR İXM-nin 339-1.1-ci maddəsi ilə təqsirli bilinmiş və 50 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd oluna qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1682/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə P. Məmmədovun xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. xx.xx.2020-ci il tarixdə P. Məmmədov vəsatətlə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1682/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti üzrlü səbəbdən ötürdüyündən həmin müddətin bərpa edilməsini və şikayətinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1857/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə X3 xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpa olunmasına dair vermiş olduğu vəsatət təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan X6 apelyasiya məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2107/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1857/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilərək işə yenidən baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət X10 nümayəndəsi X5 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, hazırda mübahisələndirilən qərar xx.xx.2019-cu il tarixdə tərəflərindən göndərilmiş, həmi tarixdə də Pərviz Məmmədov tərəfindən qəbul edilmişdir. Belə olan halda müddətin üzrlü səbəbdən buraxılması və ya rəsmi qaydada təqdim edilməməsi hallarına yol verilməmişdir. Bu səbəblə də hesab edir ki, vəsatət rədd edilməlidir. X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə, işə X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, X3 xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətin verilməsi üçün müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməməlidir. Belə ki, X6 tərəfindən mübahisələndirilən qərardan verilmiş şikayətin qanunla müəyyən edilmiş müddətini ötürməsini üzrlü hesab etməyə əsas verən hər hansı sənəd təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X6 tərəfindən xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün müddət üzrlü səbəbdən ötürülməsi heç bir sənədlə öz təsdiqi tapmadığından, həmin müddət bərpa edilməməlidir. Belə ki, DYP-nin WEB portalından əldə olunmuş çıxarışa əsasən xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar barədə məlumat xx.xx.2019-cu tarixdə Pərviz Məmmədov tərəfindən qəbul edilmişdir. İXM-in: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunanlara əsasən və İXM-in 130-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün müddətin bərpa olunmasına dair X6 tərəfindən verilmiş vəsatət təmin edilməsin Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-260/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-260/2021
27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver