Məhkəmə qərarları › İş №3(005)-2600/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2600/2022

12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2600/2022 12.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-1740/22 nömrəli, 18 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyədən 47ABJ438/47AAY739 nömrəli yük nəqiliyat vasitəsi ilə İHR**********927 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədi ilə 31 iyul 2022-ci il tarixdə saat 09:44-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının görmük ərazisinə daxil olmuş və xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə dair mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, yəni 24 iyul 2022-ci il tarixdə **********8652 sorğu nömrəli qısa idxal bəyannaməsi gömrük orqanına verilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Şəxs MMC tərəfindən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir, belə ki, Türkiyədən Şəxs MMC-nin ünvanına göndərilmiş mallar 47ABJ438/47AAY739 nömrəli yük nəqliyyat vasitəsi ilə daxil olmuş, **********8348 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Həmin gömrük bəyannaməsinə xx.xx.2022-ci il tarixli İFİR**********927 nömrəli invoys sənədi qoşulmuşdur və həmin invoys sənədlərində göstərilən malın dəyəri gömrük bəyannaməsinin 22-ci qrafasında öz əksini düzgün tapmamışdır. **********8348 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan mallara dair tərtib edilmiş **********8652 sorğu nömrəli xx.xx.2022-ci il tarixli qısa idxal bəyannaməsinə də xx.xx.2022-ci il tarixli İFİR**********927 nömrəli invoys sənədi qoşulmuşdur və həmin invoys sənədində göstərilən malın dəyəri gömrük bəyannaməsinin 22-ci qrafasında öz əksini düzgün tapmamışdır. Bununla da **********8348 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 22-ci qrafası ilə **********8652 sorğu nömrəli xx.xx.2022-ci il tarixli qısa idxal bəyannaməsinin 22-ci qrafası arasında uyğunsuzluq yaranmışdır, yəni **********8348 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinin 22-ci qrafasında ümumi invoys dəyər 43436,96 ABŞ dolları göstərildiyi halda **********8652 sorğu nömrəli xx.xx.2022-ci il tarixli qısa idxal bəyannaməsinin 22-ci qrafasında ümumi invoys dəyər 3016,70 ABŞ göstərilmişdir. Bununla da Şəxs MMC-nin barəsində İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs MMC-nin nümayəndəsi və İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına 47ABJ438/47AAY739 nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********8348 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir.Lakin, idxalatçı tərəfindən təqdim olunan **********8652 sorğu nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafasında malın ümumi invoys dəyəri 43436,96 ABŞ dolları əvəzinə 3016,70 ABŞ dolları kimi, 18-ci orafasında isə avtomobilin nömrəsi 47ABJ438/47AAY739 əvəzinə 47ABJ438/47AA738 kimi qeyd edilmişdir ki, bu da **********8348 sorğu nömrəli gömrük bəyannaməsində qeyd olunan göstəricilərlə uyğunsuzluq təşkil edir. xx.xx.2022-ci il tarixli, **********8348 nömrəli gömrük bəyannaməsinin 22-ci qrafasından görünür ki, Şəxs MMC tərəfindən idxal olunan malların invoys dəyəri 43436,96 ABŞ dollarıdır; xx.xx.2022-ci il tarixli, **********8652 nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafasından görünür ki, Şəxs MMC tərəfindən idxal olunan malların invoys dəyəri 3016,70 ABŞ dollarıdır; “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi”ndən çıxarışdan görünür ki, Şəxs MMCnin ünvanına 47AAY739 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə 31 iyul 2022-ci il tarixdə saat 09:44-də daxil olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 47ABJ438/47AAY739 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə dair Şəxs MMC tərəfindən **********8652 sorğu nömrəli qısa idxal bəyannaməsinin 22-ci qrafasında malların invoys dəyəri təhrif olunmuş məbləğdə göstərilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146-cı maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin izahatında göstərdiyi xüsusatlara dair qeyd edir ki, bəyanetmə - Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir. Gömrük bəyannaməsi bəyannaməçi tərfindən tərtib edilərək gömrük orqanlarına qanunvericiliklə müəyyən olunmuş qaydada, vaxtda təqdim edilməlidir və həmin bəyannamədə göstərilən məlumatlar təhrif olunmamalıdır (Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1, 146, 148-ci maddələri). Yəni, bəyannamənin düzgün tərtib edilməməsi ilə bağlı məsuliyyət bəyannaməçinin üzərinə düşür və bu səbəbdən də İXM-in 485.1-ci maddəsində Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına təhrif olunmuş məlumatın verilməsinə görə məsuiyyət nəzərdə tutulmuşdur. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar