Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2600/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi , Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə 00100-02214/24 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X1, ev 40, mənzil 7 ünvanınqa qeydiyyatda olan Şəxs MMC (VÖEN:**********) tərəfindən **********1368 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında verləşdirilərək ünvan 2 ünvanında yerləşən anbarda saxlanılmalı olan yüklərin mövcudluqunun monitorinqi həyata keçirilmişdir. Monitorinq zamanı həmin anbara baxış keçırilmiş, baxış zamanı xx.xx.2024-cü il tarixli **********1368 sorğu nömrəli gömrük bəyannaməsi üzrə bəyan edilmiş 300 qutu “Korinfar 20 mq No.30” adlı, 300 qutu “Korinfar 20 mq No:50” adlı, 200 qutu “Propofol kabi 10 mq 50 ml Fl No:10” adlı, 7000 qutu “Propofol kabi 10 mg 20 ml Fl No:5” adlı, 3120 qutu “Depakinxrono tab 500 mq No:30” adlı, 16000 qutu “Nurofen 100 mq/5 ml 100 rrıl” adlı dərman vasitələrinin gömrük qanunvericiliyinin tələbləri pozularaq istifadə edilməklə üzərində sərəncam verildiyi aşkar edilmişdir. Qeyd edilən faktla bağlı müvafiq protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən anbara həyata keçirilən baxış zamanı **********1368 sorğu nömrəli 23.05 2024-cü il tarixli gömrük bəyannaməsi üzrə bəyan edilmiş 300 qutu “Korinfar 20 mg No:30” adlı, 300 qutu “Korinfar 20 mq No:50” adlı, 200 qutu “Propofol kabi 10 mq 50 ml Fl No:10” adlı, 7000 qutu “Propofol kabi 10 mq 20 ml Fl No:5” adlı, 3120 qutu “Depakin-xrono tab 500 mq No:30” adlı, 16000 qutu “Nurofen 100 mg/5 ml 100 ml” adlı dərman.vasitələrinin müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildiyi halda yüklərin anbarda olmadığı aşkar edilmişdir. Baxış keçirilməsi haqqında protokolun düzgünlüyü iştirakçılar tərəfindən təsdiq edilmişdir.Aparılmış araşdırma zamanı “Sonar Farm" MMC tərəfindən **********1368 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə istifadə edilməklə üzərində sərəncam verilmiş 300 qutu “Korinfar 20 mq No:30” adlı, 300 qutu “Korinfar 20 mq No:50” adlı, 200 qutu “Propofol kabi 10 mg 50 ml Fl No:10” adlı, 7000 qutu “Propofol kabi 10 mq 20 ml Fl No:5’’ adlı, 3120 qutu “Depakinxrono tab 500 mq No:30” adlı, 16000 qutu “Nurofen 100 mg/5 ml 100 ml” adlı dərman vasitəsi yükünün ümumi gömrük dəyəri barədə Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Rəsmiləşdirmə Mərkəzinə 3-33-1100/013/021120 saylı xx.xx.2024-cü il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/021897 saylı xx.xx.2024-cü il tarixli raporta əsasən Şəxs MMC tərəfindən **********1368 sorğu nömrəli xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi üzrə istifadə edilməklə üzərində sərəncam verilmiş 300 qutu “Korinfar 20 mg No:30” adlı, 300 qutu “Korinfar 20 mq No:50” adlı, 200 qutu “Propofol kabi 10 mq 50 ml Fl No:10” adlı, 7000 qutu “Propofol kabi 10 mq 20 ml Fl No:5” adlı, 3120 qutu “Depakin-xrono tab 500 mq No:30” adlı, 16000 qutu “Nurofen 100 mq/5 ml 100 ml" adlı dərman vasitəsi yükünün ümumi gömrük dəyərinin 155964,19 manat olduğu müəyyən edilmişdir.Beləliklə də, Şəxs MMC tərəfindən gömrük nəzarəti altında olan malların istifadə edilməklə onlar üzərində sərəncam verildiyi müəyyən edilmişdir.Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. Şəxs MMC nümayəndəsi və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında qeyd edilən şəxslərin iştiraklarını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə qeyd edilən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs MMC-nin (VÖEİM: **********) Binəqədi rayonu, X2 ŞTQ, Biləcəri şosesi ev 1 ünvanında yerləşən anbarında Monitorinq şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə anbara baxış keçirilən zaman xx.xx.2024-cıı il tarixli **********1368 sorğu nömrəli bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş və AA1036223 seriya və nömrəli stikerlərlə gömrük təminatına alınmış “Dərman vasitələri” adlı yüklərin tamamilə istifadə edilməsi müəyyən edilmişdir. Qeyd olunan hal barədə Monitorinq şöbəsi əməkdaşları tərəfindən müvafiq protokol tərtib edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 83.2-ci maddəsinə əsasən ixrac gömrük proseduru, daxili tranzit və ya xaricdə emal xüsusi gömrük prosedurları üçün bəyan edilən daxili mallar və nəqliyyat vasitələri müvafiq gömrük bəyannaməsi gömrük orqanı tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq, gömrük ərazisindən aparılana, dövlətin xeyrinə imtinaya məhv edilənə, yaxud gömrük bəyannaməsinin bu Məcəllənin 154-cü maddəsinə uyğun olaraq ləğvinədək gömrük nəzarəti altında olurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 491.1-ci maddəsinə əsasən Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə -inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər həmin şəxslərin üzərinə qoyulur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 155964,19 Azərbaycan manatının 30 (otuz) faizi, yəni 46789,257 (qırx altı yeddi yüz səksən doqquz iki yüz əlli yeddi) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2600/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2600/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver