Məhkəmə qərarları › İş №3(005)-2612/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2612/2024

26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2612/2024 26.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Daxili İşlər Nazirliyi Şuşa Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələri ilə Daxili İşlər Nazirliyi Şuşa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxili İşlər Nazirliyi Şuşa Rayon Polis Şöbəsindən daxil olmuş 11 iyul 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11 iyul 2024cü il tarixində saat 23:33-da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Daxili İşlər Nazirliyi Şuşa Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin baş inspektoru X2 yazılı ərizə ilə müraciət edərək 11 iyul 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs materialın geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının mövqeyini dinləyib, iş materiallarını araşdıraraq borclu Şəxs barəsində Daxili İşlər Nazirliyi Şuşa Rayon Polis Şöbəsindən daxil olmuş 11 iyul 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun geri qaytarılması barədə ərizəsini nəzərə alaraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələri ilə Daxili İşlər Nazirliyi Şuşa Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialları ilə birgə Daxili İşlər Nazirliyi Şuşa Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar