Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2612/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, xx.xx.2001-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Kəlbəcər rayonu, Yanşaq ərazi dairəsi, Yanşaq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 338.7-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis kapitanı Toğrul Məmmədovun 10 iyul 2025ci il tarixli qərarından və 19 iyul 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 21:42 radələrində Şəxs idarə etdiyi “Cross” markalı velosiped ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi ilə sağdan 1 -ci zolaqla hərəkətdə olan zaman sol zolaqa keçdikdə yerdəyişmə zamanı manver etmə qaydalarını pozması nəticəsində hərəkət istiqamətini dəyişmədən onunla eyni səmtə sağdan 2-ci zolaqla gedən sürücü X1 etibarnamə əsasında idarə etdiyi “BYD Destroyer 05" markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməli olduğu halda buna riayət etməyərək toqquşmuş və toqquşma nəticəsində velosipedçi Şəxs dərəcəsi təyin edilməyən bədən xəsarəti alması və zərərçəkmiş şəxs Sadiq Zülfüqarova maddi zərər vurulması ilə nəticələnən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 21:42 radələrində o idarə etdiyi “Cross” markalı velosiped ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi ilə Xətai prospekti istiqamətindən üzü Təbriz küçəsi istiqamətində 2 zolaqdan ibarət avtomobil yolunda sağdan 1 -ci zolaqla saat da 5 km sürətlə hərəkət etmişdir.O idarə etdiyi velosiped ilə Ə.Ağaoğlu küçəsi ilə Qarabağ küçəsinin kəsişməsinə çatan zaman sağdan 2-ci zolaqla hərəkət edən “BYD" markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobili görməmiş və 2-ci zolağa daxil olmaq istəmişdir. Bu zaman idarə etdiyi velosipedin sol yan hissəsi ilə qeyd olunan avtomobilin sağ yan hissəsi toqquşmuşdur. Zərbənin təsirindən o müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. Bundan sonra hadisə yerinə TTYS-nın həkim briqadası və Nərimanov RPİ-nin əməkdaşı gələrək araşdırma aparmağa başlamışdır. O da həmin araşdırmada iştirak etmişdir. Hadisə zamanı xəsarət almışdır. X2 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 21:42 radələrində o etibarnamə əsasında idarə etdiyi “BYD Destroyer 05” markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi ilə Xətai prospekti istiqamətindən üzü Təbriz küçəsi istiqamətində 2 zolaqdan ibarət avtomobil yolunda sağdan 2-ci zolaqla saat da 30 km sürətlə düzünə hərəkət etmişdir.O idarə etdiyi avtomobil ilə Ə.Ağaoğlu küçəsi ilə Qarabağ küçəsinin kəsişməsinə çatan zaman sağdan 1 -ci zolaqla hərəkət edən velosipedin sürücüsü onun düzünə gəldiyi halda qəflətən onun hərəkət etdiyi zolağa daxil olmaq istəmişdir. Bu zaman onun idarə etdiyi avtomobilin sağ yan hissəsi ilə qeyd olunan velosipedin sol yan hissəsi toqquşmuşdur. Zərbənin təsirindən velosipedin sürücüsü müvazinətim saxlaya bilməyib asfalt örtüyün üzərinə yıxılmışdır. Bundan sonra o dərhal DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barəsində məlumat vermişdir. Bundan sonra isə Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir. “BYD Destroyer 05” markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərək protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/37019 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, X1 alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Məhkəmə-tibbi ekspertizanın 187-M saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Şəxs adına tərtib edilmiş tibbi sənəddə qeyd olunan xəsarət-dirsəyin əzilməsi küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən 01.07.202-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Velosipedçi Şəxs həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələblərini pozmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 10 iyul 2025-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, velosipedçi Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Nərimanov RPl-nin DYPŞ-si vasitəsi ilə Nərimanov rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinə əsasən- Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2612/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2612/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver