Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2617/2022 08.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 10913298 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 10913298 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022 tarixdə idarə etdiyi **-PV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Ağa Nemətulla küçəsi və Təbriz küçəsinin kəsişməsində svetoforun yaşıl işığında hərəkətini davam etdirərkən piyada svetoforun qadağanedici nişanını nəzərə almadan hərəkət istiqamətimdə olan yolu keçməyə başlamışdır. Bu zaman piyada üçün hər-hansı təhlükənin olmamasına əmin olduqdan sonra eyni zamanda qəfil tormozlanma ediləcəyi halda arxadan gələn nəqliyyat vasitələri üçün qəza şəraiti yaranacağı ehtimalını nəzərə alaraq, habelə digər nəqliyyat vasitələrinə maneə yaratmamaq üçün hərəkətini davam etdirmişdir. Qeyd edilən hadisə ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 330.0.1 -ci maddəsinə əsasən haqqında EQ 10913298 saylı protokol tərtib edilmişdir. Hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır və aşağıdakı səbəblərə görə ləğv olunmalıdır: Protokoldan görünür ki, törədilmiş inzibati xətan əsası kimi göstərilən İXM-nın 330.0.1-ci maddəsi sürücü tərəfindən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verməməyə görə məsuliyyəti müəyyən edir. Lakin inzibati xəta haqqında işlə əlaqədar elektron kabinetə əlavə edilmiş video görüntüdən də müşahidə edildiyi kimi hadisənin qeydə alındığı yolayrıcı piyada keçidi daxil olmaqla işıqforla nizamlanır. Yolayrıcının və piyada keçidinin nizamlandığı halda İXM-nın 330.0.1-ci maddəsinin tətbiqi tamamilə əsassızdır. Eyni zamanda baş vermiş hadisə ilə bağlı əməlimdə ümumiyyətlə inzibati xəta tərkibi yoxdur. Qeyd olunan hadisənin yolun nizamlanan hissəsində baş vermişdir və buna görə də qanunvericiliyin məhz nizamlanan yolayrıcı ilə bağlı qaydaları müəyyən edən normaları əsasında qiymətləndirilməlidir. “Yol hərəkəti haqqında” Qanunun 54-cü maddəsinin 1 hissəsində və 76-cı maddəsinin V hissəsində nizamlanan yolayrıcında piyada və nəqliyyat vasitələrinin hərəkət qaydaları müəyyən edilir. Adıçəkilən normaların tələbindən göründüyü kimi svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında yalnız keçidi başa çatdırmamış piyadalara yol verməlidir. Həmin Qanunda svetoforun qadağanedici nişanını nəzərə almadan yolun hərəkət istiqamətinə daxil olmuş piyadaya yol verməklə bağlı sürücüyə hər-hansı vəzifə qoyulmamışdır. Həmçinin, İnzibati Xətalar Məcəlləsində yuxarıda təsvir edilən vəziyyətdə sürücünün piyadaya yol verməməsinə görə tənbeh tədbiri nəzərdə tutan norma ümumiyyətlə mövcud deyildir. İnzibati Xətalar Məcəlləsinin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 6.1 -ci maddəsinə görə inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Yuxarıda qeyd edilən hallara və qanunvericiliyin tələblərinə uyğun olaraq, barəmdə İXM-nin 330.0.1-ci maddəsi ilə protokolun tərtib olunmasının əsassızlığı və əməlində heç bir inzibati xəta tərkibinin olmaması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 10913298 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş X3 şikayətdə göstərilənlərlə eyni məzmunda izahat vermiş, həmçinin əlavə olaraq bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən Ağa Nemətulla küçəsi ilə Təbriz küçəsinin kəsişməsinin yaxınlığındakı şəhər kameraları vasitəsilə qeydə alınmış videogörüntülərə baxış keçirilsəydi onun təqsirsizliyi sübuta yetirilərdi. Lakin səlahiyyətli orqan mövcud vəziyyət düzgün araşdırılmamışdır. Qeyd olunanlara əsasən şikayətin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 10913298 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında X1 izahatından müəyyən edilmişdir ki, Ağa Nemətulla küçəsi ilə Təbriz küçəsinin kəsişməsinin yaxınlığındakı şəhər kameraları vasitəsilə qeydə alınmış videoyazıya polis tərəfindən baxış keçirilsəydi onun təqsirsizliyi sübuta yetirilərdi. Lakin buna baxmayaraq səlahiyyətli orqan tərəfindən mövcud hallar düzgün araşdırılmadan X3 inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə, göstərilən xüsusatla bağlı qeyd edir ki, şikayət verən şəxs X3 tərəfindən izahatında göstərdiyi görüntünün mövcudluğu onun əməlində həqiqətən inzibati xəta tərkibinin olub-olmaması məsələsinin müəyyən edilməsində əsas amildir. Bununla bağlı DİN-ni Baş X6 İdarəsinə X3 barəsində olan iş üzrə mövcud sübutların göndərilməsi ilə bağlı sorğu verilsə də, məhkəmədə nə nümayəndənin iştirakı təmin edilə bilmiş, nə də mövcud sübutlar məhkəməyə göndərilməmişdir. Bu səbəbdən də, həmin sübutların məhkəmədə təhlil edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-in 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Sadalanan qanunvericiliyin tələblərinə əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən X2 lazımi qaydada çağırmamış, onun iştirakı ilə araşdırma aparılmamış, o cümlədən hadisənin görüntülərini əldə edib tədqiq etməmiş və bir sözlə səthi araşdırma aparmaqla şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə məhkəmə, şikayətçi X1 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 inzibati tənbeh olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 10913298 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə inzibati xətalar qanunvericiliyi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və şikayətçi X1 iştirakı təmin olunmaqla, işin bütün faktiki halları araşdırılmaqla, videogörüntüyə baxış keçirilməklə yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 şikayəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2022ci il tarixli, EQ 10913298 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi hissəsində təmin edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2617/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2617/2022
08.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver