Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2618/2022 13.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X7, “X4 Company” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə “X4 Company” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətindən daxil olmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən “X4 Company” MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında 13 iyul 2022-ci il tarixli, MN1052478 nömrəli protokol və müvafiq materiallar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokodan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 aprel tarixli 1349 nömrəli Fərmanının 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X10 X2 tərəfindən müşahidə kameraları, Analitik tanıma sistemi və Elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyəti orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qruplarının göndərilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən Fərmanın 6-cı hissəsinə əsasən dövlət orqanları tərəfindən daxil olan məlumatların analitik təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələrə əsaslanaraq Dövlət Agentliyinin 2022-ci il 03 iyun tarixli MİHO/4.1-3,2-2022-27 nömrəli qərarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli və N.Yusifbəyli küçələrinin kəsişməsində tikilməkdə olan çoxmənzilli yaşayış binasının podratçısı "X5 Company" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN: **********) qeyri-formal məşğulluq hallarının monitorinqi aparılmış və bu barədə 2022-ci il 10 iyun tarixli akt tərtib edilmişdir. Monitorinq zamanı tikinti obyektində "X5 company" MMC tərəfindən işə cəlb edilmiş 11 şəxslə əmək müqaviləsinin bağlanıldığı, 9 şəxslə əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə bağlanılmadığı müəyyən edilmişdir. Tikinti obyektinin sifarişçisi “Sizin Yurd" MMC (VÖEN; **********) ilə mühafizə işlərinin təşkili ilə bağlı xidmət müqaviləsi əsasında fəaliyyət göstərən "xxxx" MMC (VÖEN: **********) tərəfindən işə cəlb edilmiş 1 şəxslə əmək müqaviləsinin bağlanıldığı müəyyən edilmişdir. Tikinti obyektində "X6 Company" MMC ilə podrat müqaviləsi əsasında fəaliyyət göstərən "xxxx" MTK (VÖEN: **********) tərəfindən işə cəlb edilmiş 1 şəxslə əmək müqaviləsinin bağlanıldığı müəyyən edilmişdir. Tikinti obyektində "X5 Company" MMC ilə xidməti müqavilə əsasında fəaliyyət göstərən fiziki şəxs X12 (VÖEN: **********) tərəfindən işə cəlb edilmiş 1 şəxslə əmək müqaviləsinin bağlanıldığı, müəyyən edilmişdir. Digər 9 şəxslə bağlı X9 Xidməti tərəfindən "X5 Company" MMC barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN1052478 saylı protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi protokola uyğun ifadə verərək "X5 company" MMC tərəfindən işə cəlb edilmiş 11 şəxslə əmək müqaviləsinin bağlanıldığı, 9 şəxslə əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə bağlamadan işlərin yerinə yetirilməsinə cəlb olunması faktı müəyyən edilmişdir. Barəsində inzibati protokol tərtib etmiş şəxsə inzibati xəta haqqında iş üzrə icraata başlama barədə xx.xx.2022-ci il tarixdə **********2 nömrəli məktub göndərilmiş MMC-nin nümayəndəsi inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməmiş, tərəfindən həmin 9 şəxslə podrat müqaviləsinin bağlanması qeyd edilmişdir, lakin bildirdi ki, həmin podrat müqavilələri saxtadır, yoxlamadan sonra tərtib edilmişdir. Yalnız 2 podrat müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan nəzərə alınmışdır. "X5 Company" MMC barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli MN1052478 saylı protokol üzrə müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən “X4 Company” MMC-nin nümayəndəsi və vəkili Nümayəndə çıxış edərək bildirmişdir ki, yoxlama aktlarında qeyd olunan 11 nəfərin hər biri ilə podrat müqaviləsi tərəfimizdən bağlanılmış, lakin yoxlama zamanı yanız onların 2-si nəzərə alınmışdır. Bağlanmış podrat müqavilələrinin “Asan Xidmət” Mərkəzinə təqdim edə biləcəyimiz bildirilsə də inzibati xəta haqqında iş üzrə icraatın başlanması və aparılması ilə bağlı məlumat verilməmişdir. “X4 Company” MMC-də daimi fəaliyyət göstərən ştat cədvəli üzrə 57 əməkdaş mövcuddur, dəmirçi, qəlibçi, fəhlə və digər qısa müddətli işlərin görülməsi üçün işçilərlə podrat müqaviləsi bağlanmış və həmin işçilər müddətli olaraq müvafiq işlərin görülməsini həyata keçirir. Hansı ki, həmin işlər şirkət tərəfindən daimi aparılan işlər deyil. MMC tərəfindən həmin şəxslərlə uzun müddətli əmək müqaviləsinin bağlanmasına zərurət görülmür. Həmçinin qeyd etmişdir ki, yoxlamada aparılmış çəkiliş zamanı da kadr üzrə məsul şəxsin çağırılması təklif olunsa da, buna ehtiyacın olmadığı söylənilmiş, işçilərlə aparılan yoxlamada hər biri təzəlikcə işə başladıqlarını şəxsiyyətlərini təsdiq edən sənədi şirkət nümayəndəsinə təqdim etdiklərini və müvafiq sənəd imzaladıqlarını bildirirlər. Həmin şəxslərlə artıq podrat müqavilələri bağlanılmışdır. Qeyd olunanların, eləcə də məhkəməyə təqdim olunan podrat müqavilələrinin nəzərə alınmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ünvanlanımış 13 iyun 2022-ci il tarixli məktuba əsasən tikinti obyektində aparılmış yoxlamaların nəticəsi baədə yoxlama aktları və digər məlumatlar Agentliyə təqdim edilmişdir. 10 iyun 2022-ci il tarixli KY221745231 nömrəli çıxarışa əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “X4 Company” MMC də plandankənar monitorinqin keçirilməsi barədə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrin”də yoxlama qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X10 X3 Tikinti obyektlərində yoxlanılan şəxslərin Siyahısına əsasən monitorinq zamanı 24 şəxs yoxlanılıb, onlardan 11 nəfər ilə “X4 Company” MMC tərəfindən əmək müqviləsi bağlanılıb, 1 nəfər ilə "xxxx" MTK, 1 nəfər ilə isə "xxxx" MMC tərəfindən əmək müqaviləsinin bağlanması aşkar olunmuşdur. “X4 Company” MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2022-ci il tarixli ştat cədvəlinə əsasən MMC-nin 57 əməkdaşı mövcuddur. “X4 Company” MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan 9 şəxs barəsində podrat müqaviləsinə əsasən hər biri 01 iyun 2022-ci il tarixdə bağlanılmaqla podrat müqavilələri tərtib olunmuşdur. Protokola əlavə edilmiş 1 ədəd DVD diskə baxış keçirilərək müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X10 X1 nümayəndələri yoxlama keçirilmiş hər bir şəxsin şəxsi məlumatları əsasında sistemdə əmək müqaviləsinin olub-olmamasını yoxlamışdır. Məhkəmə inzibati xəta haqqında işin materialları tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, “X5 company” MMC tərəfindən işə cəlb edilmiş 9 nəfər şəxslə əmək müqaviləsi bağlanılmadığı üçün MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. “X5 company” MMC tərəfindən məhkəməyə təqdim olunan podrat müqavilələrinə əsasən həmin 9 şəxslə mülki qanunvericiliyin tələblərinə əsasən müddətli işlərin görülməsi üçün podrat müqviləsi bağlanılmışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş 1 ədəd DVD diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, işə cəlb olunan şəxslər tərəfindən “X5 company” MMC-nin məsul nümayəndəsinə işə başlamazdan əvvəl müvafiq sənədlər təqdim edilərək rəsmiləşdirmə aparılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi – Əmək Məcəlləsininnin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndinə əsasən Əmək Məcəlləsinin müddəaları podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülkihüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəlləninin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Mülki Məcəllənin 5.1-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 1994-cü il tarixli, 228 nömrəli qərarı ilə təsdiq edilmiş “Əsas tikintidə podrat müqavilələri haqqında Qaydalar”ının 1.3-cü bəndinə əsasən podrat müqaviləsi üzrə tərəflərin qarşılıqlı münasibətlərinin başlıca prinsipi mövcud hüquqi əsaslar çərçivəsində müstəqillikdir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən mülkiyyət formasından asılı olmayaraq tikinti-quraşdırma, layihə-tikinti və başqa təşkilat və ya müəssisələr, həmçinin tikintinin yerinə yetirilməsində iştirak edən ayrı-ayrı fiziki və hüquqi şəxslər və yaxud öz üzərlərinə işlərin koordinasiya edilməsi funksiyasını götürmüş vasitəçi təşkilatlar podratçı ola bilərlər. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi). İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin əmək müfəttişi X8 tərəfindən “X4 Company” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolu 13 iyul 2022-ci il tarixdə tərtib edilərək, 14 iyul 2022-ci il tarixdə baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(005)-2173/2022 saylı Qərardadına əsasən “X4 Company” MMC barsində İXM-nin 192.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə geri qaytarılmışdır. İnzibati xəta haqqında protokol və digər aidiyyəti sənədlər 30 avqust 2022-ci il tarixdə yenidən Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur. Qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə inzibati xəta haqqında protokola və digər aidiyyəti sənədlərə inzibati xəta haqqında materiala məhkəmədə baxıldığı zaman inzibati tənbeh tətbiq etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əmək hüquqları əleyhinə olan inzibati xətalar kateqoriyasına aiddir və qanunvericilik bu kateqoriyaya aid inzibati xətalara görə inzibati tənbeh tətbiq etmə müddətini inzibati xətanın törədildiyi gündən 3 ay həddində müəyyən etmişdir. İş materiallarından isə görünür ki, “X4 Company” MMC barəsində inzibati xəta haqqında materiallar inzibati xətanın törədildiyi vaxtdan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuş, hal-hazırda inzibati xəta haqqında materiala məhkəmədə baxıldığı zaman isə inzibati tənbeh tətbiq etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 53.0 və 53.0.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işə baxılan vaxt həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə və İXM-nin 53-cü maddəsinə əsasən “X4 Company” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X4 Company” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2618/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2618/2022
13.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver