Məhkəmə qərarları › İş №3(005)-2618/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2618/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2618/2025 31.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «ARAZ SUPERMARKET” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, «ARAZ SUPERMARKET” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 354.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş 28 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 21 may 2025-ci il tarixində saat 11:00- da Bakı şəhəri Nərimanov rayonu Əlicabbar Orucəliyev küçəsində yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin ( malların ) saxlanılması, yol hərəkətinin təhlükəsizliyinə manə olan şərait yaradılmasına və yolların hərəkət hissəsində, habelə yolların tikintisilə əlaqədar olmayan yüklərin yüklənilməsi və boşaldılması aşkar edilmişdir. Bununla da «ARAZ SUPERMARKET” Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 354.0.1-ci nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi X5 ifadə verərək 28 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə etmiş, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 354.0.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aşağıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən tam sübuta yetirilmişdir. Belə ki, 21 may 2025-ci il tarixində saat 11:00- da Bakı şəhəri Nərimanov rayonu Əlicabbar Orucəliyev küçəsində yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin ( malların ) saxlanılması, yol hərəkətinin təhlükəsizliyinə manə olan şərait yaradılmasına və yolların hərəkət hissəsində, habelə yolların tikintisilə əlaqədar olmayan yüklərin yüklənilməsi və boşaldılması aşkar edilmişdir. Odur ki, inzibati material üzrə iş araşdırılıb sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirib, sözügedən Cəmiyyəti inzibati məsuliyyətə cəlb edərək üç min manatdan dörd min manatadək cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «ARAZ SUPERMARKET” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, 21 may 2025-ci il tarixində saat 11:00- da Bakı şəhəri Nərimanov rayonu Əlicabbar Orucəliyev küçəsində yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin ( malların ) saxlanılması, yol hərəkətinin təhlükəsizliyinə manə olan şərait yaradılmasına və yolların hərəkət hissəsində, habelə yolların tikintisilə əlaqədar olmayan yüklərin yüklənilməsi və boşaldılması hallarının onlardan asılı olmadığını, sürücülərin səhvi olduğunu qeyd etmiş, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən daxil olmuş 28 may 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «ARAZ SUPERMARKET” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati qaydada təhbeh edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin «ARAZ SUPERMARKET” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlandığı 21 may 2025-ci il tarixli, 3-27-103/2-9604/2025 nömrəli bildirişdən görünür ki, Şəxs tərəfindən (bundan sonra-Cəmiyyət) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - Məcəllə) 354.0.1-ci maddəsində göstərilən inzibati xətanın törədilməsi müəyyən edilmişdir. Belə ki, 21 may 2025-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsində yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılmasına, yol hərəkətinin təhlükəsizliyinə mane olan şərait yaradılmasına və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yüklərin yüklənməsi və boşaldılması aşkar edilmişdir. Cəmiyyətin hərəkətlərində Məcəllənin 354.0.1-ci maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri mövcuddur. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin tərtib etdiyi 21 may 2025-ci il tarixli aktdan görünür ki, 21 may 2025-ci il tarixində saat 11:00- da Bakı şəhəri Nərimanov rayonu Əlicabbar Orucəliyev küçəsində yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin ( malların ) saxlanılması, yol hərəkətinin təhlükəsizliyinə manə olan şərait yaradılmasına və yolların hərəkət hissəsində, habelə yolların tikintisilə əlaqədar olmayan yüklərin yüklənilməsi və boşaldılması aşkar edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, Şəxs MMC tərəfindən qeyd olunan inzibati xəta törədilmişdir. Beləliklə, yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 354.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 354.0.1-ci maddəsinə əsasən yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin saxlanılmasına (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gedişgəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla), yol hərəkətinin təhlükəsizliyinə mane olan şərait yaradılmasına və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yüklərin yüklənməsinə və ya boşaldılmasına görə - fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə «ARAZ SUPERMARKET” Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin tərtib etdiyi 21 may 2025-ci il tarixli aktdan görünür ki, 21 may 2025-ci il tarixində saat 11:00- da Bakı şəhəri Nərimanov rayonu Əlicabbar Orucəliyev küçəsində yolun hərəkət hissəsində və ya səkilərdə materialların yığılması və predmetlərin ( malların ) saxlanılması, yol hərəkətinin təhlükəsizliyinə manə olan şərait yaradılmasına və yolların hərəkət hissəsində, habelə yolların tikintisilə əlaqədar olmayan yüklərin yüklənilməsi və boşaldılması aşkar edilmişdir. Bu fakt iş materiallarına əlavə edilmiş fotoşəkillər ilə də təsdiq olunur. Bununla da, «ARAZ SUPERMARKET” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-nin 354.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Beləliklə, məhkəmə «ARAZ SUPERMARKET” Məhdud Məsuliyyətli Cəmiyyətinin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, “«ARAZ SUPERMARKET” Məhdud Məsuliyyətli Cəmiyyətinin hərəkətlərində İXMnin 354.0.1-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 354.0.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «ARAZ SUPERMARKET” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3.000 (üç min) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar