Məhkəmə qərarları › İş №3(005)-2619/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2619/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2619/2023 14.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin rəhbəri X1 vəkilləri X10 və Vəkil iştirakı ilə, Şəxs MMC-nin rəhbəri X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru X11 tərəfindən X2 barəsində MN seriyalı, ******* nömrəli, 25 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 25 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-200/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra sənədində qeyd edilən mənzillərin tikinti-söküntü və yenidən təmir işlərinin aparılması 3-cü şəxslərə və Şəxs MMC-yə qadağan edilmişdir. Lakin Şəxs MMC-nin rəhbəri X5 icra məmurunun qanuni tələblərini icra etməmişdir. Nəticədə Şəxs MMC-nin rəhbəri X4 tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X11 bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-200/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin A girişi, 1ci və 2-ci mərtəbəsində, hər mərtəbədə 100 kv.metr olmaqa, toplum 200 kv.metr olan qeyri-yaşayış sahələrində, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin C girişi, yaşayışın 2-ci mərtəbəsi, ümumi sahəsi 106 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət 131 nömrəli mənzilində, həmin evin C girişi, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 162 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət 140 nömrəli mənzilində, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin A girişi 1-ci və 2-ci mərtəbəsi, hər mərtəbədə 103,4 kv.metr olmaqla, toplam 206,8 kv.met olan qeyri-yaşayış sahələrində, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan, 5 girişli, 16 mərtəbəli yaşayış evinin 1-ci girişi, yaşayışın 5-ci mərtəbəsi, ümumu sahəsi 230,4 kv.metr olan izolə olunmuş, 4 otaqdan ibarət 13 nömrəli mənzilində, həmin evin 1-ci girişi, 6-cı mərtəbəsi, ümumi sahəsi 230,4 kv.metr olan, izolə olunmuş 4 otaqlı 16 nömrəli mənzillərində, Bakı şəhəri, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan, 6 girişli 16 mərtəbəli yaşayış evinin D girişi, yaşayışın 10-cu mərtəbəsi, ümumi sahəsi 212 kv.metr olan, izolə olunmuş 4 otaqlı, 228 nömrəli mənzilində, həmin evin C girişi, yaşayışın 10-cu mərtəbəsi, ümumi sahəsi 139 kv.metr olan, izolə olunmuş 3 otaqdan ibarət 162 nömrəli mənzilində, həmin evin C girişi, yaşayışın 10-cu mərtəbəsi, izolə olunmuş, ümumi sahəsi 162 kv.metr olan, 3 otaqlı 168 nömrəli mənzilində, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan, 6 girişli, 16 mərtəbəli yaşayış evinin B girişi, yaşayışın 2-ci mərtəbəsi, ümumi sahəsi 161,7 kv.metr olan, izolə olunmuş, 3 otaqdan ibarət 78 nömrəli mənzilində, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan, 5 girişli, 16 mərtəbəli yaşayış evinin 1-ci girişi, yaşayışın 3-cü mərtəbəsi, ümumu sahəsi 230,4 kv.metr olan, izolə olunmuş 4 otaqlı, 7 nömrəli mənzilində, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımov küçələrinin kəsişməsində inşa olunan, 6 girişli, 15 mərtəbəli yaşayış binasının E girişi, yaşayışın 6-cı mərtəbəsində, ümumi sahəsi 161,7 kv.metr olan, 3 otaqlı, 263 nömrəli mənzilində, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa edilən 16 mərtəbəli yaşayış binasının 1-ci girişi, yaşayışın 5-ci mərtəbəsində, ümumi sahəsi 313 kv.m olan 5 otaqlı 15 nömrəli mənzilində Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində inşa olunan 16 mərtəbəli yaşayış binasının D girişi yaşayışın 15-ci mərtəbəsi ümumi sahəsi 93.75 kv.m olan 2 otaqlı 239 nömrəli həmin binanın C girişi yaşayışın 14-cü mərtəbəsində ümumi shəsi 162 kv.m olan 3 otaqlı 180 nömrəli və Bakı şəhəri Təbriz F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa edilən 16 mərtəbəli yaşayış binasının C girişi yaşayışın 14-cü mərtəbəsi ümumi sahəsi 106 kv.m olan 2n otaqlı 179 nömrəli həmin binanın B girişi yaşayışın 14-cü mərtəbəsi ümumi sahəsi 161.7 kv.m olan, 3 otaqlı 126 nömrəli mənzillərdə hər hansı bir tikinti söküntü, təmir, yenidən qurma işlərinin aparılmasının və istifadə edilməsinin cavabdeh Şəxs MMC-yə və digər şəxslərə qadağan edilmişdir. İcra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərarlar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs MMC-yə göndərilmişdir. Borclu Şəxs MMCnin rəhbəri X5 vəzifəli şəxs kimi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə riayət etməmiş və icra sənədinin icrasını təmin etməmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs MMC-nin rəhbəri X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Yekunda "xxxx" MMC-nin rəhbəri X2 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin rəhbəri X1 vəkili X10 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X11 tərəfindən icra hərəkətləri natamam aparılmış, qanunvericiliyin tələbləri pozulmuşdur. Şəxs MMC-nin rəhbəri X3 müvafiq bildirişlər göndərilməmiş və onun izahatı alınmamışdır. Bu səbəbdən o, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin rəhbəri X1 vəkili Vəkil EVROSTROY-S.S” MMC-nin rəhbəri X4 barəsində tərtib olunmuş protokol ilə razı olmadığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-200/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin A girişi, 1-ci və 2-ci mərtəbəsində, hər mərtəbədə 100 kv.metr olmaqa, toplum 200 kv.metr olan qeyri-yaşayış sahələrində, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin C girişi, yaşayışın 2-ci mərtəbəsi, ümumi sahəsi 106 kv.metr olan izolə olunmuş 2 otaqdan ibarət 131 nömrəli mənzilində, həmin evin C girişi, yaşayışın 4-cü mərtəbəsi, ümumi sahəsi 162 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət 140 nömrəli mənzilində, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan 6 girişli, 16 mərtəbəli yaşayış evinin A girişi 1-ci və 2-ci mərtəbəsi, hər mərtəbədə 103,4 kv.metr olmaqla, toplam 206,8 kv.metr olan qeyri-yaşayış sahələrində, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan, 5 girişli, 16 mərtəbəli yaşayış evinin 1-ci girişi, yaşayışın 5-ci mərtəbəsi, ümumu sahəsi 230,4 kv.metr olan izolə olunmuş, 4 otaqdan ibarət 13 nömrəli mənzilində, həmin evin 1-ci girişi, 6-cı mərtəbəsi, ümumi sahəsi 230,4 kv.metr olan, izolə olunmuş 4 otaqlı 16 nömrəli mənzillərində, Bakı şəhəri, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan, 6 girişli 16 mərtəbəli yaşayış evinin D girişi, yaşayışın 10-cu mərtəbəsi, ümumi sahəsi 212 kv.metr olan, izolə olunmuş 4 otaqlı, 228 nömrəli mənzilində, həmin evin C girişi, yaşayışın 10-cu mərtəbəsi, ümumi sahəsi 139 kv.metr olan, izolə olunmuş 3 otaqdan ibarət 162 nömrəli mənzilində, həmin evin C girişi, yaşayışın 10-cu mərtəbəsi, izolə olunmuş, ümumi sahəsi 162 kv.metr olan, 3 otaqlı 168 nömrəli mənzilində, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa olunan, 6 girişli, 16 mərtəbəli yaşayış evinin B girişi, yaşayışın 2-ci mərtəbəsi, ümumi sahəsi 161,7 kv.metr olan, izolə olunmuş, 3 otaqdan ibarət 78 nömrəli mənzilində, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan, 5 girişli, 16 mərtəbəli yaşayış evinin 1-ci girişi, yaşayışın 3-cü mərtəbəsi, ümumu sahəsi 230,4 kv.metr olan, izolə olunmuş 4 otaqlı, 7 nömrəli mənzilində, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Məmmədov və K.Kazımov küçələrinin kəsişməsində inşa olunan, 6 girişli, 15 mərtəbəli yaşayış binasının E girişi, yaşayışın 6-cı mərtəbəsində, ümumi sahəsi 161,7 kv.metr olan, 3 otaqlı, 263 nömrəli mənzilində, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində inşa edilən 16 mərtəbəli yaşayış binasının 1-ci girişi, yaşayışın 5-ci mərtəbəsində, ümumi sahəsi 313 kv.m olan 5 otaqlı 15 nömrəli mənzilində Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində inşa olunan 16 mərtəbəli yaşayış binasının D girişi yaşayışın 15-ci mərtəbəsi ümumi sahəsi 93.75 kv.m olan 2 otaqlı 239 nömrəli həmin binanın C girişi yaşayışın 14-cü mərtəbəsində ümumi shəsi 162 kv.m olan 3 otaqlı 180 nömrəli və Bakı şəhəri Təbriz F.Məmmədov və K.Kazımzadə küçələrinin kəsişməsində inşa edilən 16 mərtəbəli yaşayış binasının C girişi yaşayışın 14-cü mərtəbəsi ümumi sahəsi 106 kv.m olan 2n otaqlı 179 nömrəli həmin binanın B girişi yaşayışın 14-cü mərtəbəsi ümumi sahəsi 161.7 kv.m olan, 3 otaqlı 126 nömrəli mənzillərdə hər hansı bir tikinti söküntü, təmir, yenidən qurma işlərinin aparılmasının və istifadə edilməsinin cavabdeh Şəxs MMC-yə və digər şəxslərə qadağan edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16(005)-200/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs MMC-yə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2619/2023 saylı, xx.xx.2023-cü il tarixli(hakim H.Kamranov) qərarı ilə "Evrostroy-S.S” MMC-nin direktoru X4 Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1200 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1964/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə EVROSTROY-S.S" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. “EVROSTROY-S.S" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati qaydada cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 3(005)-2619/23 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin rəhbəri X1 əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, bu Məcəllənin 135.1.1-135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdırması zamanı, iş materiallarına əlavə olunan 20.07.23 tarixli tələbin könüllü icrası bildirişdə icra sənədində göstərilən tələbin dərhal icra edilməsi xahiş olunmuş, tələbin üzrsüz səbəbdən icra edilməməsi nəticəsi qeyd edilmişdir. Lakin icra işi materiallarına əsasən icra məmuru tərəfindən qəbul edilən icraata başlanması haqqında xx.xx.2023-cü il tarixli qərarın icra olunması üçün müvafiq bildirişlə birlikdə borclu Şəxsnə göndərilməsini və sonuncu tərəfindən qəbul edilməsini təsdiq edən hər hansı sübut olmamışdır. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati icraata aparılan şəxsə, bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməli, bu barədə protokolda müvafiq qeyd aparılmalı, həmin protokolun surətinin ona təqdim edilməli, həmin protokolu imzalamağı ona təklif edilməli, həmçinin şəxsin imzalamaqdan imtina etməsi barədə akt tərtib olunmalıdır. Buna görə də məhkəmə borclu barədə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs MMC-nin rəhbəri X1 əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X6 icra sənədlərinin icrası ilə bağlı borclu Şəxs MMC-nin rəhbəri X1 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin rəhbəri X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar