Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-262/2021 09.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, şikayət vermiş şəxs X5 nümayəndəsi və vəkili Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 nümayəndəsi və vəkili X4 izahatında göstərdi ki, X10 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, X3 BİG.AZ saytının aid olduğu “xxxx” MMC-də xx xxxxxxx 2020-ci il tarixdən videoqraf vəzifəsinə işə qəbul edilmiş, daha sonra xx xxxxxxx 2020-ci il tarixdə redaktor ilə mübahisə etdiyi üçün işdən çıxıb getmişdir. Əbülfəz Ələkbərov iddia etdiyi kimi “xxxx” MMC-də xx xxxxxxx 2020-ci il tarixə qədər işləmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin iddia etdiyi inzibati xəta, yəni Əbülfəz Ələkbərovun əmək müqaviləsi hüquqi qüvvəyə minmədən və mülki hüquq müqaviləsi olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi əməli də xx xxxxxxx 2020-ci il tarixədək törədilmişdir. Əbülfəz Ələkbərov işə götürülməsi məqsədi ilə Emil Əkbərovun rəhbəri olduğu “xxxx” MMC tərəfindən deyil, “xxxx” MMC tərəfindən işə cəlb edilmişdir. Lakin Ə.Ələkbərov təyin olunması nəzərdə tutulan vəzifəyə uyğun olmadığından işə götürülməmişdir. Ə.Ələkbərovun BİG.AZ saytında videoqraf vəzifəsinə işə təyin olunması nəzərdə tutulmuşdur ki, həmin sayt da xx xxxxxx 2020-ci il tarixdən Emil Əkbərovun rəhbəri olduğu “xxxx” MMC-yə deyil, “xxxx” MMC-yə məxsusdur. Ə.Ələkbərovun bundan məlumatı olmamış və ona Emil Əkbərov tərəfindən BİG.AZ saytına işə götürüləcəyi bildirilmiş, lakin həmin saytın ümumiyyətlə hansı MMC-yə aid olması barədə məlumat verilməmişdir. Ə.Ələkbərovun xidməti vəsiqəsində də BİG.AZ saytını özündə əks etdirən möhür vurulmuşdur. xx xxxx 2020-ci il tarixdən hüquqi şəxslərin dövlət qeydiyyatından keçən “xxxx” MMC BİG.AZ xx xxxxxx 2020-ci il tarixdən domeni öz adına qeydiyyatdan keçirmişdir. Bununla bağlı, “xxxx” MMC domenlərin onlayn qeydiyyatını həyata keçirən Network Technologies şirkəti ilə xx xxxxxx 2020-ci il tarixdə müqavilə bağlamış və həmin tarixdən BİG.AZ saytının domenini 1 il müddətinə öz adına keçirtmişdir. Həmin tarixdən də BİG.AZ saytı “xxxx” MMC-yə məxsus olmuşdur. Emil Əkbərov isə həm “xxxx” MMC-nin, həm də yeni yaradılan “xxxx” MMC-nin təsisçisi və rəhbəridir. İnzibati orqan isə inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən qeyd olunan xüsusatları ümumiyyətlə nəzərdən qaçırmış və iş üzrə inzibati xətanı törətmiş şəxsin müəyyən edilməsi məqsədi ilə düzgün araşdırma aparmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən inzibati xətanı törətmiş şəxsi düzgün müəyyən etməmişdir. Bu hal isə X5 əməlində inzibati xəta tərkibinin olmamasına dəlalət edir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən işə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “xxxx” MMC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, vətəndaş X3 “xxxx” MMCdə işə götürülməmiş, onunla heç bir müqavilə bağlanmamış və barəsində işə götürməklə bağlı əmr verilməmişdir. Müraciətinə əsasən işlə tanışlıq məqsədilə təcrübəçi kimi ona 15 gün vaxt verilmiş, lakin özünü doğrultmadığı üçün müdiriyyət tərəfindən işə qəbul olunmamışdır; X1 Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsində yazdığı izahatdan görünür ki, o, xx.xx.2020-ci ildə “xxxx” MMC-nin layihəsi olan Big.az və sonxəbər.az saytında videoqraf vəzifəsinə təyin olunmuşdur. 15 iş günü sınaq müddəti keçdikdən sonra işə başlamışdır. xx.xx.2020-ci ildə redaktor Fəridə Ağazadə ilə telefonda işlədiyi video bağlı mübahisə yaranmışdır. Mübahisə ilə bağlı səbrli və təmkinli danışdığı halda, üzərinə səsini yüksəldərək, qışqıraraq danışmağa davam etmiş və o, sərt cavab verərək danışığı davam etdirərək danışığı sonlandırmışdır. xx.xx.2020-ci ildə işə gəldikdə onu yenidən studio otağına dəvət edərək mübahisəni davam etdirmişdir. Ona 2 gün vaxt verərək işini bitirməyini demişdir; X6 kommersiya qurumlarının dövlət reyestr məlumatları haqqında çıxarışlardan görünür ki, “xxxx” MMC xx.xx.2019-cu il və “Big Media” MMC xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, təsisçisi X7r. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işəgötürən “xxxx” MMC-nin direktoru X10 tərəfindən müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Belə ki, “xxxx” MMC-nin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin Bakı şəhər İdarəsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubda vətəndaş X1 “xxxx” MMC-də işə götürülmədiyi, onunla heç bir müqavilə bağlanmadığı və barəsində işə götürməklə bağlı əmr verilmədiyini, həmçinin X1 təcrübəçi kimi müəyyən işlərin görülməsinə cəlb edilməsi bildirilmişdir. Yəni, “xxxx” MMC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçi müvafiq işlərin görülməsinə cəlb edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi “xxxx” MMC tərəfindən işçinin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş “xxxx” MMC-nin direktoru X10 barəsində haqlı olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM): 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir; 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati xəta haqında iş üzrə icraat zamanı qanunvericiliyin tələblərinin pozulması və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. İXM-in 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-in 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-262/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-262/2021
09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver