Məhkəmə qərarları › İş №3(005)-2623/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2623/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2623/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin polis sahə rəisi X4, Zərərçəkmiş şəxsin nümayəndəsi – Şahid, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 iştirakları ilə, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraat materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsindən daxil olmuş 23 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X2 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Araz” marketdən 30 manat dəyərində pendir və yağ məhsulları gizli üsulla talamışdır. Bununla da X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinin polis sahə rəisi X6 məhkəmə iclasında protokolların məzmununa uyğun çıxış edərək bildirmişdir ki, qeyd olunan faktla bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə müvafiq qərar qəbul edilmişdir. X2 tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Şahid X2 ilə barışdığını, buna görə də ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanı ödədiyini nəzərə alıb, ərizə ilə məhkəməyə müraciət edərək X2 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibinin əlamətləri olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş və X1 barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi Şahid məhkəmə iclasında yazılı ərizəsini təqdim edərək X2 ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. “İnzibati qaydada tutma haqqında” 22 iyul 2025-ci il tarixli protokoldan görünür ki, X2 həmin gün saat 15:40-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və protokol tərtib etmiş şəxsin izahatlarını, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X2 xx.xx.2025-ci il tarixdə Nərimanov rayonu, A.Nemətulla küçəsi ünvanında yerləşən “Araz” marketdən ümumi miqdarı 30 manat məbləğində olan məhsulları gizli üsulla ələ keçirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla yanaşı məhkəmə, X1 məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, X1 zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və dərhal məhkəmə iclas zalında inzibati qaydada tutmadan azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39- 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. X2 məhkəmə iclas zalından dərhal inzibati qaydada tutmadan azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar