Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2628/2025 05.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Vəliyev Mahir Tahir oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, 27 fevral 2025-ci il tarixdə istifadəsində olan **-HO-*** dövlət qeydiyyat nişanlı "Mercedes Benz ML 350 minik" markalı nəqliyyat vasitəsi ilə hərəkət edərkən yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, o hərəkətdə olduğu zaman yaranmış zərurətlə əlaqədar olduğum zolaqdan sağ zolağa keçmək məcburiyyətində qalıb, sağ zolağa keçmiş, lakin bu zaman arxadan gələn **-PP-*** dövlət qeydiyyat nişanlı "Land Rover" markalı nəqliyyat vasitəsi ara məsafəsi saxlamadan və onun sağ zolağa daxil olarkən ondan xeyli məsafədə irəlidə olduğuma baxmayaraq surət həddini azaltmamış və birbaşa düzünə hərəkət edərək onun maşınını arxadan vurmuşdur. Hadisə yerinə gələn yol polisi əməkdaşı isə inzibati xəta haqqında protokolu **-PP-*** dövlət qeydiyyat nişanlı "Land Rover" markalı nəqliyyat vasitəsinin sürücüsü barəsində deyil, onun barəsində tərtib etmiş və nəticədə barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə "İXP 6936193" nömrəli, 27 fevral 2025-ci il tarixli protokol tərtib edilmişdir. Sonradan 27 fevral 2025-ci il tarixdə "İXP 6936193" nömrəli protokol əsasında "TP 7106098" nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və mənim, İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə 40 manat məbləğində cərimə edilməyi haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. Tərəfindən barəsində tərtib edilmiş 09 mart 2025-ci il tarixli, "TP 7106098" nömrəli "İnzibati tənbeh vermə haqqında" qərar ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1740/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, X1 İXM-in 327.1-ci maddəsi ilə cərimə olunmasına dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2025-ci tarixli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmiş və işə yenidən baxılması Bakı şəhər DYPİ-yə tapşırılmışdır. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verərək hesab etmişdir ki, X2 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. t/Bundan sonra 27 fevral 2025-ci il tarixdə "İXP 6936193" nömrəli protokol əsasında xx.xx.2025-ci il tarixli, "TP 7372033" nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və mənim, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyimə görə 40 manat məbləğində cərimə edilməyim haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. İXP 6936193" nömrəli, 27 fevral 2025-ci il tarixli protokoldan müəyyən olunur ki, o həmin gün inzibati xəta hadisəsi törətmişəm. Sözügedən protokol tamamilə əsassızdır. Belə ki, protokolda hadisə ilə bağlı hər hansı bir məlumat mövcud deyildir, eyni zamanda mənim törətdiyim inzibati xətanın nədən ibarət olması, hərəkətimdə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin hansı tələbinin mövcudluğu, ayrıca hansı manevr qaydasının pozulması ilə bağlı məlumatlar mübahisəli protokolda öz əksini apmamışdır. Hətta onyn, eləcə də digər nəqliyyat vasitəsinin izahatı da "İXP 6936193" nömrəli, 27 fevral 2025 -ci il tarixli protokolda göstərilməmişdir ki, bu da İnzibati Xətalar Məcəlləsinin 78.2-ci maddəsinə tamamilə ziddir. Bundan başqa baş vermiş yol nəqliyyat hadisəsini video qeydə alan görüntüdən də müəyyən olunur ki, onun hərəkətdə olduğu zolaqdan sağ zolağa keçməyində, eləcə də sağ zolaqda hərəkət edən **-PP-*** dövlət qeydiyyat nişanlı "Land Rover" markalı nəqliyyat vasitəsinin hərəkətinə hər hansı bir maneə yaratmadığı aydın şəkildə müəyyən edilir. Bütün bunlara baxmayaraq barəsində tərtib olunmuş inzibati protoklda hər hansı bir araşdırılma aparılmamış, pozuntunun onun hərəkət hissəsinin hansı halı ilə əlaqəli olması müəyyən edilməmiş, eləcə də **-PP-*** dövlət qeydiyyat nişanlı "Land Rover" markalı nəqliyyat vasitəsinin sürücüsünün əməlində inzibati xəta hadisəsinin tərkibi olması araşdırılmamışdır. Buna baxmayaraq əsassız protokol əsasında mübahisəli "TP 7372033" nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və onun barəsində, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında qərardan şikayət vermiş şəxs və inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 "Mercedes Benz ML 350 minik" markalı, **-HO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X3 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, şəkillərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X2 barəsində xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək X1 iştirakını təmin etməmiş və bununla onun hüquqlarını pozmuşdur. Belə ki, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmiş, inzibati xəta hadisənin mövcudluğunu sübut etməmişlər. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş işin faktiki hallarını tam, hərtərəfli araşdırmadan X2 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. Belə ki, təqdim edilmiş videogörüntülərə baxış zamanı manevr qaydalarının pozulması tam şəkildə görünmür. Bundan əlavə, protokolda da həmin xüsusat tam əks etdirilməmiş və hansı manevr qaydasının pozulması tam şəkildə qeyd edilməmişdir. Ona görə də, şikayət qismən təmin edilməli, Bakı şəhəri X6 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-nin 327.1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərar ləğv edilməli və X1 iştirakı ilə videogörüntülərə və digər sübutlara baxış keçirilməklə, zəruri olduqda iş üzrə məhkəmə yol nəqliyyat ekspertizası təyin edilməklə işə yenidən baxılması üçün Bakı şəhər X6 İdarəsinə geri qaytarılmalıdır.. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X5 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X6 İdarəsinə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-2628/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2628/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver