Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2635/2023 26.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 505-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 23 avqust 2023-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda oları "xxxx" MMC-nin ünvanına Çin Xalq Respublikasından 42204354 nömrəli nəqliyyat vasitəsilə "Böyük kəsik" gömrük postundan keçməklə daxil olmuş 28350 kq yük **********7695 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə ********** XİFMN kodu ilə sinifləşdirilməklə bəyan olunmuşdur. X1 idarəsinə malın XİFMN kodunun müəyyən olunması ilə əlaqədar müraciət edilmiş, 3-33-5300/2-004569/2023 saylı 08.08. 2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Pİ-0766 nömrəli xx.xx.2023-cü il tarixli invoysdakı mal mövqeləri üzrə idxal olunan yükdən təqdim edilmiş nümünələrdə idxal rüsum faiz dəyişiklikləri mövcuddur. Həmçinin, bir adda bəyan olunan mal 4 ayrı XİFMN kodu ilə sinifləşdirildi. Belə olduğu halda isə, ödənilməli olan idxal gömrük rüsumu üzrə 6493.64 AZN, ƏDV üzrə 1168.86 AZN, elektron gömrük xidmət haqqı üzrə 30.00 AZN, elektron gömrük xidməti üzrə ƏDV üzrə 5.40 AZN, ümumilikdə isə təqribən, 7697.90 AZN fərq yaranır. Həmçinin "xxxx" MMC barəsində 21,02.2022-ci il tarixdə İXM-nin 505-ci maddəsi ilə 00100-00528/23 nömrəli iş başlanılmış və ilk dəfə törətdiyi və vurulmuş ziyan ödənildiyi üçün İXM-nin 505-ci maddəsinin qeyd hissəsinə əsasən təqsirli bilinərək iş üzrə icraata tərəfimizdən xitam verilmişdir. Bununlada adı qeyd olunan MMC İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli cari ildə təkrar olaraq törətdiyi müəyyən edilir. Barəsində inzibati protokol tərtib edilmiş müəssisəyə və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan aydın olur ki, xx.xx.2023-cü il tarixində "xxxx" MMC-nin ünvanına Çin Xalq Respublikasından 42204354 nömrəli nəqliyyat vasitəsilə "Böyük kəsik" gömrük postundan keçməklə daxil olmuş 28350 kq yük **********7695 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə ********** XİFMN kodu ilə sinifləşdirilməklə bəyan olunmuşdur. X1 İdarəsinə malın XİFMN kodunun müəyyən olunması ilə əlaqədar müraciət edilmiş, 3-33- 5300/2-004569/2023 saylı 08.08. 2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən olunmuşdur, Pİ-0766 nömrəli xx.xx.2023-cü il tarixli invoysdakı mal mövqeləri üzrə idxal olunan yükdən təqdim edilmiş nümünələrdə idxal rüsum faiz dəyişiklikləri mövcuddur. Həmçinin, bir adda bəyan olunan mal ayrı XİFMN kodu ilə sinifləşdirildi. Belə olduğu halda isə ödənilməli olan idxal gömrük rüsumu üzrə 6493.64 AZN, ƏDV üzrə 1168.86 AZN, elektron gömrük xidmət haqqı üzrə 30.00 AZN, elektron gömrük xidməti üzrə ƏDV üzrə 5.40 AZN, ümumilikdə isə təqribən, 7697.90 AZN fərq yaranması müəyyən edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də cəmiyyət həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: 1. Bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. 2. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın obyekti olmuş pul məbləğinin 70 faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin, yəni 7697.90 manat məbləğinin 70 (yetmiş) faizi miqdarında, yəni 5.388,53 (beş min üç yüz səksən səkkiz manat əlli üç qəpik) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2635/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2635/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver