Məhkəmə qərarları › İş №3(005)-2637/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2637/2022

15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2637/2022 15.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs – X2 və onun nümayəndəsi və vəkili – Bakı şəhəri 20 Saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 11 avqust 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 11 avqust 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar kimi Nərimanov Rayonu H.Əliyev 143 ünvanında “Başkent” restoranını işlədir. Təxminən cari ilin 19 iyul tarixində özünü Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X8 və Təbii Sərvətlər İdarəsinin əməkdaşı kimi təqdim edən şəxs fərdi sahibkar kimi fəaliyyət göstərdiyi yuxarıda qeyd edilən ünvanda yerləşən restorana daxil olmuş və bildirmişdir ki, guya işlətdiyi restoran ətraf mühitə qanunla müəyyən edilmiş həddən artıq zərərli maddələr buraxır və həmin zərərli maddələrin zərərsizləşdirilməsi üçün restoranda müvafiq qurğu mövcud deyildir. Həmin vəzifəli şəxs restoranda qeyd etdiyi nöqsanların aşkar və müəyyən edilməsi məqsədilə özü ilə heç bir qurğu avadanlıq və ya cihaz gətirməmişdir və ya restoranın hər hansı hissəsinə baxış keçirtməmişdir. Bu isə mürəkkəb prosedur olan və yalnız xüsusi qurğu və avadanlıqlar vasitəsilə müəyyən edilməli olan zərərli maddələrin normadan artıq ətraf mühitə buraxılması halının aşkar edilməsini qeyrimümkün edir. Belə olanda səlahiyyətli şəxsin onun tərəfindən törədildiyinə istinad edilən inzibati xətanın bütün tərkib əlamətlərini necə müəyyən etdiyi sual altındadır. Bu isə qanunvericiliyə uyğun olaraq onun inziabti məsuliyyətini tam şəkildə aradan qaldırır. Ona istinad edilən inzibati xətanın müəyyən edilməsi yalnız xüsusi qurğular vasitəsilə mümkündür. Belə qurğulardan səlahiyyətli şəxs tərəfindən istifadə etməsi işlətdiyi restoranın bütün videomüşahidə kameraları ilə də tam şəkildə təkzib olunur. Həmçinin, sözügedən dövlət qurumuna və səlahiyyətli nümayəndəsinə bildirmişdir ki, o, fəaliyyətini qanunvericiliyin tələbinə uyğun qurmaq məqsədilə şəxsi təşəbbüsü ilə irad tutulan nöqsanın aradan qaldırılması üçün onların monitorinq fəaliyyətindən 3 ay öncə daha dəqiq demək mümkündürsə, xx.xx.2022-ci il tarixində tərəfindən "xxxx" MMC ilə qeyd edilən qurğunun satın alınamsına dair 048/22 saylı alqı-satqı müqavilə imzalamışdır. Tələb olunan qurğu Azərbaycan Respublikasında istehsal olunmadığından yalnız xarici ölkələrdən idxalı mümkündür. Konkret halda isə müqavilə bağladığı kontragent həmin qurğunu Türkiyə Respublikasından idxal etmişdir. Yuxarıda qeyd edilən müqaviləyə əsasən, kontragent tərəfindən təmizləyici qurğu 15 avqust 2022-ci il tarixindən quraşdırılmışdır və X9 Monitorinq İdarəsi tərəfindən müvafiq monitorinq keçirilərək tullantıların yol verilən hədd daxilində olması təsbit edilmişdir. Tərəfindən fəaliyyəti ilə bağlı normativ aktların tələblərinin pozulmasının müəyyən edilməsi üçün xüsusi biliyə və texniki vasitələr malik olmamağı atmosferə atılan tullantıların miqdarının ətraf mühit üçün yol verilən hədd daxilində olduğunu müəyyən etmək imkanından məhrum etmişdir. İcra hakimiyyəti orqanın məhz sahibkarların və hüquqi şəxslərin analoji qaydada inzibati xəta törətməsinin qarşısını almaq və profilaktikası məqsədilə müvafiq dövlət orqanları qarşısında tələblər müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2002-ci il tarixli, 63 saylı qərarı ilə təsdiq edilmiş “Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi haqqında” Qaydanın 3.1-ci yarımbəndində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və onun müvafiq qurumlarının atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar hüquqları təsbit edilmişdir. Belə ki, həmin qurumlar ilk öncə mənsubiyyətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlardan, eləcə də vəzifəli şəxslərdən və vətəndaşlardan atmosfer havasının mühafizəsinə dair müvafiq tədbirlərin keçirilməsini tələb etməlidirlər. Konkret halda 11 X8 və Təbii Sərvətlər İdarəsi bu normaya əməl etməyərək hər hansı xəbərdarlıq formasında və ya digər formada tələb ifadə etmədən birbaşa inzibati tənbeh tətbiq etmişdir. Həmçinin, səlahiyyəli dövlət qurumunun onun haqqında inzibati xəta protokolu tərtib edildiyi gündən 2 gün sonra inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu subyektiv və prosessual hüquqlarının kobud şəkildə pozulmasıdır. Belə ki, ona istinad edilən inzibati xəta ilə bağlı tərtib edilmiş protokolu izahatı ilə mövqeyini bildirməməyinə baxmayaraq protokolda guya protokolun tərtibində iştirakdan və protokolu imzalamaq və surətini təhvil almaqdan imtinası barədə həqiqətə uyğun olmayan qeyd yazılmışdır. Digər tərəfdən protokolun işlətdiyi restoranda tərtib edilməməsinə dair videomüşahidə kameralarmın görüntüləri də mötəbər sübut sayılır. Bundan əlavə inzibati xəta haqqında protokolda həqiqət uyğun olmayan şəkildə guya ölçmələrin aparılması və ölçmələrin aparıldığı qurğunun texniki göstəricilərinə dair qeydlər həqiqəti əks etdirmir və tam təhrif edilmişdir. Protokol xx.xx.2022-ci ildə tərtib edilməsinə baxmayaraq xx.xx.2022-ci il tarixli müşayiət məktubu ilə tərəfindən xx.xx.2022-ci il tarixində təhvil alınmışdır. Həmçinin xx.xx.2022-ci il tarixli məktubla barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunacağı bildirilmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərar tərəfindən xx.xx.2022-ci il tarixində təhvil alınmışdır. Şikayət vermiş şəxs X5 və onun nümayəndəsi və vəkili məhkəmə iclasında şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək və məhkəməyə sənədləri təqdim edərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, ünvan 2 ünvanında fəaliyyət göstərən “Başkent” restoranının ətraf ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri və İdarənin əməkdaşları tərəfindən ətraf mühitin monitorinqi aparılan zaman istismar olunan, restorandan ətraf mühitə atılan zərərli maddələrin miqdarının ətraf üçün yol verilə bilən normativlərdən artıq olduğu və restoranda ətraf mühitə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün təmizləyici qurğunun quraşdırılmadığı müəyyən edilmişdir. Bunun əsasında protokol və protokol əsasında qərar qəbul edilərək inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hesab edir ki, şikayət əsassızdır. Qeyd olunanlara əsasən, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 19 iyul 2022-ci il tarixli monitorinq aktından görünür ki, ETSN-in tapşırığına əsasən, Nərimanov rayonu, Albert Aqarunov küçəsində fəaliyyət göstərən “Başkent” adlı ictimai iaşə obyektlərinin ətraf ərazilərində atmosferə atılan tullantıların miqdarının təyin edilməsi məqsədilə monitorinq keçirilmişdir. Monitorinq zamanı baxış keçirilərkən məlum olmuşdur ki, ictimai iaşə obyektində qaz-toz tutucu təmizləyici qurğudan istifadə edilmir. Obyektdə manqalın fəaliyyəti mövcuddur. Ölçmə işi obyekt fəaliyyətdə olarkən cihaz vasitəsilə ətraf ərazidən aparılmışdır. Norma: CO- 5mq/m3-dir. Nəticə 18,2 mq/m3 təşkil edir. Təyin olunmuş göstərici ətraf mühit üçün yol verilən hədd normasından artıqdır. MN ******* seriya və nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 tərəfindən Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 143 ünvanında fəaliyyət göstərən “Başkent” restoranında atmosfer havasına atılan zərərli maddələrin miqdarının 19.07.222-ci il tarixdə yol verilə bilən normativ həddən artıq olması və zərərli maddənin zərərsizləşdirilməsi üçün təmizləyici qurğunun olmaması aşkar edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X8 və Təbii Sərvətlər İdarəsinin X4 ünvanlandığı 29 iyul 2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərar çıxarılması ilə bağlı xx.xx.2022-ci il tarixdə, saat 10:00-da 11 X8 və Təbii Sərvətlər İdarəsinə gəlmək və yaxud səlahiyyətli nümayəndənin iştirakını təmin etmək xahiş olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X8 və Təbii Sərvətlər İdarəsinin X4 ünvanlandığı 29 iyul 2022-ci il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanında fəaliyyət göstərən “Başkent” restoranının ətraf ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri və İdarənin əməkdaşları tərəfindən ətraf mühitin monitorinqi aparılan zaman istismar olunan, restorandan ətraf mühitə (atmosfer havasına) atılan zərərli maddələrin (CO-18,2 mq/m3 – norma: 5,0 mq/m3) miqdarının ətraf üçün yol verilə bilən normativlərindən artıq olduğu və restoranda ətraf mühitə (atmosfer havasına) atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün təmizləyici qurğunun (avadanlığın) quraşdırılmadığı müəyyən edilmişdir. Aşkar olunmuş qanun pozuntuları ilə bağlı X5 barəsində akt və inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunanları nəzərə alaraq “Başkent” restoranından atmosfer havasına atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün təmizləyici (qaz-toz tutucu) qurğunun (avadanlığın) quraşdırılması, həmçinin zərərli maddələrin ətraf mühitə (atmosfer havasına) norma (YVH) daxilində atılmasının təmin edilməsi üçün qısa müddət ərzində müvafiq tədbirlərin görülməsi və nəticəsi barədə İdarəyə məlumat verilməsinin zəruriliyi diqqətə çatdırılmışdır. “İnzibati tənbeh vermə haqqında” MN № ******* nömrəli, 11 avqust 2022-ci il tarixli qərardan görünür ki, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi 143 ünvanında yerləşən “Başkent” restoranının fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin miqdarının normativlərdən artıq olması və qurğunun olmaması müəyyən edilmiş, nəticədə X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən, 2.500 manat miqdarında inzibati cərimə tətbiq olunmuşdur. "xxxx" MMC ilə X5 arasında bağlanmış 25 aprel 2022-ci il tarixli müqavilədən və müqaviləyə 1 saylı əlavədən görünür ki, tərəflər arasında elektrostatik filter 5000 m3 məhsulun alqı-satqısı barədə razılıq əldə olunmuşdur. Həmçinin, iş materiallarına əlavə olunmuş zəmanət talonundan görünür ki, 15 avqust 2022-ci il tarixdə qeyd olunan məhsulun satışı həyata keçirilmiş və qeyd olunan qurğu 17 avqust 2022-ci il tarixdə işə salınmışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə əsasən, atmosfer havasının mühafizəsinə dair qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməyən yeni texnikanın, texnologiyanın, avadanlıqların, texniki vasitələrin, materialların, məmulatların, digər məhsulların tətbiqi və istifadə edilməsi və insanın sağlamlığı və həyatı, ətraf mühit üçün təhlükə dərəcəsi müəyyən edilməmiş maddələrin atmosfer havasına atılması qadağandır, atmosfer havasının vəziyyətinin və atmosfer proseslərinin dəyişməsinə yönələn fəaliyyət yalnız müvafiq icra hakimiyyəti orqanının verildiyi xüsusi icazə əsasında bu fəaliyyətin insanın sağlamlığı və həyatı, ətraf mühit üçün zərərli nəticələri olmadıqda həyata keçirilə bilər. Həmin Qanunun 14.7-ci maddəsinə əsasən, atmosfer havasının mühafizəsi qaydalarında nəzərdə tutulmuş qaztoztutucu qurğuları və atmosfer havasına atılan zərərli maddələrə ölçü-nəzarət vasitələri olmayan təsərrüfat obyektlərinin yerləşdirilməsi və istismarı qadağandır. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri olan hüquqi və fiziki şəxslər: 27.1.1. atmosfer havasına atılan zərərli maddələrin inventarlaşdırılmasının keçirilməsini və atmosfer havasına atılan zərərli maddələrin və onların fiziki təsirlərinin yol verilən həddinə dair normativlərə əməl olunmasını təmin etməyə; 27.1.3. atmosfer havasının çirklənməsi səviyyəsinin azaldılması məqsədilə az tullantılı və tullantısız texnologiyaları tətbiq etməyə; 27.1.4. atmosfer havasına zərərli maddələrin atılmasının qarşısının alınmasına, onların təkrar işlədilməsinə, zərərsizləşdirilməsinə, belə maddələrin istehsalına dair tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etməyə; 27.1.6. atmosfer havasına atılan zərərli maddələrin və onların mənbələrinin uçotunun aparılmasını, həmçinin müəyyən edilmiş normativlərə əməl olunmasına istehsalat nəzarətini keçirməyə; 27.1.7. atmosfer havasına zərərli maddələrin atılmasına nəzarəti və onların zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş tikililərin, qurğuların və cihazların quraşdırılmasını həyata keçirməyə və onların istismar qaydalarına əməl etməyə; 27.1.10. atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının aradan qaldırılması dair müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin sərəncamlarını və yazılı göstərişlərini yerinə yetirməyə; 27.1.11. qəza nəticəsində atmosfer havasının çirklənməsinə səbəb olan zərərli maddələr barədə məlumatları müvafiq icra hakimiyyəti orqanlarına dərhal göndərməyə; 27.1.12. atmosfer havasının mühafizəsi məsələlərinə dair məlumatları müvafiq icra hakimiyyəti orqanlarına müəyyən edilmiş qaydada təqdim etməyə borcludurlar. Həmin Qanunun 28-ci maddəsinə əsasən atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə bu Qanunda nəzərdə tutulmuş zərərli maddələrin atılmasını və zərərli fiziki təsirlərin normativləri və hədlərini aşdıqda; müvafiq icra hakimiyyəti orqanlarının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələr atdıqda; xüsusi icazədə göstərilmiş normalardan artıq zərərli maddələri atdıqda və zərərli fiziki təsir etdikdə; atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə nəzarət etmək məqsədilə quraşdırılmış qurğulardan, avadanlıqdan və cihazlardan istismar qaydaları pozulduqda; atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinə cavab verməyən yeni və yenidən qurulmuş qurğuları və avadanlıqları istismara verdikdə; atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməyən və atmosfer havasına zərərli maddələrin atılmasına nəzarət üçün texniki vasitələrlə təmin olunmasını nəzərə almayan kəşfləri, ixtiraları, səmərələşdirici təklifləri, yeni texniki sistemləri, maddələri tətbiq etdikdə, habelə bu cür texnoloji avadanlıqları idxal etdikdə; atmosfer havasının mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanların göstərişlərini yerinə yetirmədikdə; sənaye və məişət tullantılarının toplanması: yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral kübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havası çirkləndikdə; müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl etmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqsirkar hesab edilən hüquqi və fiziki şəxslər, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsinə əsasən, yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1, 99.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər biri də inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsidir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən atmosfer havasına atılan zərərli maddələrin qarşısını almaq üçün ünvan 3 ünvanında yerləşən “Başkent” restoranından ətraf mühitə atılan zərərli maddələrin miqdarının ətraf mühit üçün yol verilə bilən normativlərdən artıq olduğu və restoranda ətraf mühitə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün təmizləyici qurğunun quraşdırılmaması faktı aşkar edilərək bu barədə inzibati icraata başlanılmışdır. Məhkəmə hesab edir ki, aşkar olunan fakt üzrə inzibati araşdırma aparmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 X8 və Təbii Sərvətlər İdarəsi Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X5 barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X5 ünvan 3 ünvanında yerləşən “Başkent” restoranı tərəfindən ətraf mühitə atılan zərərli maddələrin miqdarının ətraf üçün yol verilə bilən normativlərindən artıq olduğu və restoranda ətraf mühitə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün təmizləyici qurğunun quraşdırılmadığı üçün Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.1-ci maddələrinin tələblərini pozmuşdur. Qeyd edilən pozuntu ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X8 və Sərvətlər İdarəsi tərəfindən barəsində 27 iyul 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında qanunvericiliyin tələblərinə müvafiq olaraq səlahiyyətli şəxs tərəfindən 11 avqust 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmin qərarla xəta törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi, eləcə də qərarın ləğvi üçün əsaslar yoxdur. Eləcə də məhkəmə tərəfindən hazırki iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikası İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. Odur ki, Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi 11 X8 və Sərvətlər İdarəsi tərəfindən X5 barəsində 27 iyul 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 11 avqust 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbbi Sərvətlər Nazirliyi 11 X8 və Sərvətlər İdarəsi tərəfindən X5 barəsində 27 iyul 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 11 avqust 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar