Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-264/2021 28.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Bakı şəhəri Səbail RPİ-nin sahə rəisi Rahib Zeynalov tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail RPİ-nin sahə rəisi Rahib Zeynalov tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X4 şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əmək müqaviləsi əsasında “xxxx” MMC-də (Bravo) Alışlar üzrə inzibatçı vəzifəsində çalışır. Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiq edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli Qərarından sonra iş yerindən onun barəsində məlumatlar “icaze.egov.az” portalına daxil edilmiş, xx xxxxxx 2020-ci ildən xx xxxxxx 2021-ci il tarixinədək Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərlərində hərəkət etməyinə icazə verilmiş və təsdiq edilmişdir. İşi ilə əlaqədar olaraq xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu “Natavani” döngəsinin yaxınlığında olarkən Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru Əkbər İbayev onu saxlamış və icazəsinin olub-olmamasını yoxlamışdır. Polis əməkdaşı şəxsiyyət vəsiqəsini xüsusi texniki vasitə ilə yoxladıqdan sonra ona bildirmişdir ki, AA2445302 seriyalı şəxsiyyət vəsiqəsində icazə aşkar edilmədiyi üçün sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduğundan barəsində İXM-nin 211.1-ci maddəsinə müvafiq olaraq cərimə tətbiq olunacaq. O, polis əməkdaşı Əkbər İbayevə “icaze.e-gov.az” portalında təsdiqlənmiş icazəsinin olduğunu və həmçinin Arayışın surətini təqdim etsə də, polis kapitanı bunlara əhəmiyyət verməyərək bildirmişdir ki, xüsusi texniki vasitə bunu aşkar etməmişdir. O, şəxsiyyət vəsiqəsini 2020-ci ilin noyabr ayında dəyişdirdiyini, ola bilər ki, köhnə şəxsiyyət vəsiqəsi ilə icazə alındığını, amma istənilən halda “icaze.e-gov.az” portalında onun icazəsinin olduğunu bildirsə də, polis kapitanı Əkbər İbayev tərəfindən bu faktlara əhəmiyyət verilmədən barəmdə MN ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduğu üçün Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. Protokola etirazını bildirmək və şikayət vermək üçün xx xxxxxx 2021-ci il tarixində Səbail RPİ-nin 9-cu PB-nə yaxınlaşan zaman ona bildirmişlər ki, protokol yazılan gün, yəni xx xxxxxx 2021-ci il tarixində barəsində MN ******* saylı Qərar qəbul olunmuşdur. Qərarın surətinin ona təqdim edilməsini tələb etdikdə bildirdilər ki, Səbail RPİ-nin sahə rəisi hal-hazırda burada deyil, ona görə təqdim edə bilməyəcəklər. Qərarın surəti xx xxxxxx 2021-ci il tarixində Səbail RPİ-nin sahə rəisi tərəfindən votsap vasitəsilə ona təqdim edilmişdir. Səbail RPİ-nin sahə rəisi onun barəsində guya İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərini pozduğu üçün 200 manat məbləğində cərimə edilməyi ilə bağlı qərar çıxarmışdır. Hesab edir ki, haqqında çıxarılan qərarın hüquqi əsası yoxdur. Belə ki, Azərbaycan Respublikasının ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiq edildikdən sonra iş yerindən onun barəsində məlumatlar “icaze.e-gov.az” portalına daxil edilmiş, xx xxxxxx 2020-ci ildən xx xxxxxx 2021-ci il tarixinədək Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhərlərində hərəkət etməyinə icazə verilmiş və təsdiq edilmişdir. Nəzərə çatdırır ki, Azərbaycan Respublikası ərazisində karantin rejiminin tətbiq olunması barədə Qərar qəbul edildikdən sonra, o, öz əmək funksiyanı evdən, online rejimdə həyata keçirir. 2020-ci ilin noyabr ayında şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyi üçün dəyişdirmişdir. Yeni şəxsiyyət vəsiqəsini isə iş yerinə təqdim etmədiyi üçün onun üçün icazə alınan zaman köhnə şəxsiyyət vəsiqəsindəki məlumatlardan istifadə olunmuşdur. Ancaq buna baxmayaraq hesab edir ki, icazə məhz onun üçün, yəni X3 alındığı üçün qərar ləğv edilməlidir. Göründüyü kimi o, Azərbaycan Respublikasının ərazisində sərtləşdirilmiş karantin rejiminin tətbiq edilməsi barədə qəbul olunmuş Qərarın tələblərini pozmamışdır. Ona görə də, MN ******* saylı protokol əsasında Bakı şəhəri, Səbail RPİ-nin sahə rəisi tərəfindən çıxarılmış xx xxxxxx 2021-cu il tarixli, MN ******* saylı Qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, “İnzibati tənbeh vermə haqqında” qərarı qəbul etmiş Bakı şəhəri Səbail RPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru Əkbər İbayev tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli “İnzibati xəta haqqında protokol”un surətindən görünür ki, X4 tərəfindən karantin rejimi qaydaları pozduğuna görə, saat 16.05-də icazəsinin olmadığı aşkar edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin 9-cu PB-nin sahə rəisi Rahib Zeynalov tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, Səbail rayonu Natavani döngəsində vətəndaş X2 AA ******* nömrəli şəxsiyyət vəsiqəsini saat 16.05-də elektron portalda yoxlayarkən icazəsi aşkar edilməmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan “mygov.az” saytından çıxarışın surətindən görünür ki, AZE 09173870 nömrəli şəxsiyyət vəsiqəsinin sahibi X3 “xxxx” MMC-də (Bravo) “alışlar üzə inzibatçı” vəzifəsi üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək işlə bağlı icazə verilmişdir. İş materiallarında olan AZE seriyalı 09173870 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X3 verilmiş vəsiqə xx.xx.2020-ci il tarixinədək etibarlıdır. İş materiallarında olan AA2445302 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1995-ci il təvəllüdlü X3 verilmiş vəsiqə xx.xx.2030-cu il tarixinədək etibarlıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X4 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı hazırda etibarlı olan X3 məxsus AA2445302 nömrəli şəxsiyyət vəsiqəsi üzrə portalda icazə alınmadığı müəyyən edilmişdir. Orxan Hacızadənin şikayətində göstərdiyi AZE seriyalı 09173870 nömrəli şəxsiyyət vəsiqəsi inzibati xətanın törədildiyi gün, yəni xx.xx.2021-ci il tarixdə etibarlı deyildi. Belə olan halda, həmin sənəd üzrə şəxsə verilmiş icazə qüvvədə ola bilməz. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 4-cü maddəsinə əsasən, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayət verən şəxs X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Səbail RPİ-nin sahə rəisi Rahib Zeynalov tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X2 verdiyi şikayət təmin eidlməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-264/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-264/2021
28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver