Məhkəmə qərarları › İş №3(005)-2649/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2649/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2649/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X7 Etibar qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidməti inspektoru X2, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs - X4 iştirakları ilə, X4 Nərimanov rayon DYPŞ tərəfindən qəbul edilmiş 31 iyul 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Nərimanov rayon DYPŞ tərəfindən qəbul edilmiş 31 iyul 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X9 şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə o, Nərimanov rayonu, Z.Bünyadov prospektində heç bir əsas olmadan Nərimanov rayon DYPŞ əməkdaşı tərəfindən saxlanılmışdır. İlk öncə içkili olub-olmamasını aydınlaşdırmağa çalışmışlar. Daha sonra isə ondan sənədləri istənilmişdir. O, sənədlərini təqdim etmiş, buna baxmayaraq onun avtomobili duracağa aparılmışdır. Nəticədə, yol patrul xidməti əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddələsi ilə müvafiq qaydada tərtib edilmiş protokol tərtib edilmiş və o, protokola etiraz etsə də dərhal qərar qəbul edilərək sistemə otuzdurulmuşdur. Məhkəmə iclasında X9 verdiyi şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, o, bir saat sonra etibarnaməsini aparıb duracağa təhvil vermiş və onun avtomobili buraxılmışdır. Onun etibarnaməsi rəsmi olmuşdur və sistemə şirkət tərəfindən otuzdurulub otuzdurulmamasından xəbəri yoxdur. O, tərtib edilmiş protokola etiraz etmiş və idarəyə bir saat sonra etibarnaməni təqdim edib avtomobilini duracaqdan götürmüşdür. Buna baxmayaraq barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidməti inspektoru X3 çıxış edərək bildirmişdir ki, vətəndaş saxlanılan zaman üzərində etibarnamə olmamışdır və onun avtomobili duracağa yerləşdirilmişdir. X9 protokola etiraz etmiş və bir neçə saat sonra etibarnaməni idarəyə təqdim etmişdir. Bundan sonra onun avtomobili buraxılmışdır. İş materiallarında olan Nərimanov rayon DYPŞ tərəfindən qəbul edilmiş 31 iyul 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X1 Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarının məhkəmə iclasında qarşılıqlı tədqiqi zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə X9 polis əməkdaşları tərəfindən saxlanılan zaman barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola etiraz etmiş və onlayn formada avtomobili idarəyə etməyə dair etibarnaməni göstərmişdir. Daha sonra o, avtomobili idarəyə etməyə dair etibarnaməni rəsmi qaydada polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, X5 BOKT "xxxx" MMC-yə məxsus “Nissan Sunny” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixədək idarə etmək hüququ verilmişdir. Göründüyü kimi xx.xx.2024-cü il tarixində X4 “Nissan Sunny” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə dair etibarnaməsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə olunmuş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasım, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə görə, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 31 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 31 iyul 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar