Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2650/2022 02.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X2, Müdafiəçi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X4, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1966-ci il tarixdə Bərdə şəhərində Hacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Bərdə şəhərində Hacılı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin təhqiqatçısı Rövşən Bayramovun 03 iyul 2022-ci il tarixli qərarı və rədd materialına əsasən tərtib edilmiş 02 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində vətəndaş X3 məxsus sayğacı oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X5 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu, Sütəmurdov kəndində yaşayan, X1 21:00 radələrində ünvan 2 ünvanında yerləşən mənzilin suyunu açarkən binanın ümumi dəhlizində quraşdırılmış, mənzilə məxsus su sayağacının oğurlanmasını aşkar etmişdir. Göstərilən fakt üzrə Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin təhqiqatçısı Rövşən Bayramov araşdırma aparmış və 03 iyul 2022-ci il tarixli qərarla cinayət işinin başlanmasını rədd etmişdir. Həmin qərar əsasında Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin bildirdi ki, iş üzrə zərərçəkmiş şəxs işlərinin çoxluğu səbəbindən məhkəmə iclasında iştirak etmir, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dəymiş zərəri, yəni 88,58 (səksən səkkiz manat, əlli səkkiz qəpik) manatı ödədiyi üçün zərərçəkmiş şəxs barışmış və ona vurulmuş ziyanın tamamilə ödənilməsi barədə məhkəməyə ərizə ünvanlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, diabet xəstəliyindən əziyyət çəkir və heç yerdı işləmir, pula ehtiyacı olduğu üçün oğurluq etmişdir. Hal-hazırda zərərməkmiş şəxslə barışmış və ona dəymiş maddi ziyanı ödəmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X7 barəsində protokol tərtib edilmiş şəxsin zərərçəkmiş şəxslə barışmasını, ona vurmuş olduğu maddi ziyanı tam şəkil ödəməsini nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 iyul 2022-ci il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı Rövşən Bayramov tərəfindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin icra edilməsi 18-ci PŞ-yə göndərilmişdir. İXM-in 39.2-ci maddəsinə əsasən İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İXM-in 53.0 və 53.0.10-cu maddələrinə əsasən İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 105.1-ci maddəsinə əsasən məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın tamamilə ödənilməsi və onunla barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 53.0.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2650/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2650/2022
02.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver