Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2657/2023 26.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi , ŞəxsMəhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən ŞəxsMəhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə 00100-02227/23 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN:**********) Saray qəsəbəsində yerləşən anbarında xx.xx.2023-cü il tarixli **********6302, xx.xx.2023-cü il tarixli **********6348, xx.xx.2023-cü il tarixli **********3238, xx.xx.2023-cü il tarixli **********0114, xx.xx.2023-cü ıl tarixli **********2348 sorğu nömrəli bəyannamələr ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş “metalların tökülməsi üçün qəliblər” adlı yüklərin mövcudluqunun monitorinqi həyata keçirilərkən gömrük təminatının olmadığı və yüklərin istifadə edildiyi müəyyən edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə şirkətin Saray qəsəbəsində yerləşən anbarına gömrük əməkdaşı Əli Niftəliyevin, Şəxs MMC-nin direktoru Alim İsmayılovun və şirkətin anbardan Elsevər İbrahimovun iştirakı ilə baxış keçirilmiş və baxış zamanı metalların tökülməsi üçün qəliblər yükünün istifadə edildiyi müəyyən edilmiş və akt tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Tərəfimizdən izahat verməsi üçün Şəxs MMC-nin ünvanına xx.xx.2023-cü il tarixli 3-33- 1100/2-007912/2023 nömrəli məktubla müraciət edilmiş, xx.xx.2023-cü il tarixdə şirkətin əməkdaşları Bakı Bas Gömrük idarəsinə gəlmiş, iş materialları ilə tanış olmuş və müddət istəmişlər. Tərəfimizdən dəvət məktubunun xx.xx.2023-cü il tarixə təyin edildiyi və o müddətə kimi zaman verə biləcivimizi bildirmişdik. Lakin şirkətdən həmin tarixdə heçkım gəlməmiş və gəlməməsi barədə üzrlü səbəb təqdim etməmişdir. Araşdırma zamanı xx.xx.2023-cü il tarixə tərtib edilmiş akta əsasən xx.xx.2023cü il tarixli **********6302, xx.xx.2023-cü il tarixli **********6348 xx.xx.2023-cü il, tarixli **********3238, xx.xx.2023-cü il tarixli **********0114, xx.xx.2023-cü il tarixli **********2348 sorğu nömrəli bəyannamələri üzrə istifadə edilmiş yüklərin gömrük dəyəri 92342.28 manat təşkil edir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Şəxs MMC-nin (VÖEN: **********) Saray qəsəbəsində yerləşən anbarında müvəqqəti saxlanc proseduru altında rəsmiləşdirilmiş malların mövcudluğunun monitorinqi həyata keçirilmişdir. Araşdırma zamanı xx.xx.2023-cü il tarixli **********6302, xx.xx.2023-cü il tarixli **********6348, xx.xx.2023-cü il tarixli **********3238, xx.xx.2023-cü il tarixli **********0114, xx.xx.2023-cü il tarixli **********2348 sorğu nömrəli bəyannamələr ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş “metalların tökülməsi üçün qəliblər" adlı yüklərin gömrük təminatının olmadığı və yüklərin istifadə edildiyi müəyyən edilmişdir. Qeyd olunan uyğunsuzluq barədə müvafiq akt tərtib edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixə tərtib edilmiş akta əsasən xx.xx.2023-cü il tarixli **********6302, xx.xx.2023-cü il tarixli **********6348, xx.xx.2023-cü il, tarixli **********3238, xx.xx.2023-cü il tarixli **********0114, xx.xx.2023-cü il tarixli **********2348 sorğu nömrəli bəyannamələri üzrə istifadə edilmiş yüklərin gömrük dəyəri 92342.28 manat təşkil edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 83.2-ci maddəsinə əsasən ixrac gömrük proseduru, daxili tranzit və ya xaricdə emal xüsusi gömrük prosedurları üçün bəyan edilən daxili mallar və nəqliyyat vasitələri müvafiq gömrük bəyannaməsi gömrük orqanı tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq, gömrük ərazisindən aparılana, dövlətin xeyrinə imtinaya məhv edilənə, yaxud gömrük bəyannaməsinin bu Məcəllənin 154-cü maddəsinə uyğun olaraq ləğvinədək gömrük nəzarəti altında olurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsini 491.1-ci maddəsinə əsasən Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə -inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin 92342.28 manat pul vəsaitinin 30 (otuz) faizi həcmində, yəni 27.702,684 (iyirmi yeddi min yeddi yüz iki manat altı yüz səksən dörd qəpik) manat məbləğində inzibati cərimə növündə tənbeh edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2657/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2657/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver