Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2660/2023 12.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, X1 Bakı şəhəri DYPİ Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati iş üzrə icraata xitam verilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri DYPİ Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023cü tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, H.Əliyev pr-ti ilə Qala qəsəbəsindən Koroğlu metrosu istiqamətinə hərəkətdə olarkən, onun idarə etdiyi ** JV *** DQN-li “BMC Procity 12M CNG” markalı sərnişin avtobusu YPX inspektoru X2 tərəfindən saxlanılaraq Aeraport yolu kimi tanınan, yəni H.Əliyev prospektinə avtobusun girişinin qadağan olunduğunu, nişanın tələbini bildirirək onun barəsində İXM-nin 327.1 -ci maddəsi ilə protokol tərtib edərək, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərar çıxarmışdı. Barəsində tərtib edilmiş protokol və qərar inspektor tərəfindən ona təqdim edilməmişdir. İnspektora dəfələrlə izah etsə də ki, o heç bir qayda pozmamış, inspektor onu dinləmədən barəsində protokol tərtib etmişdir. İnspektorun sözlərinə görə, H.Əliyev prospektinin, Suraxanı Rayonuna giriş hissəsində, yəni Buta Palace adlanan yerdən avtobusların Ramanı qəsəbəsi istiqamətinə dönməsi üçün 4.1.2 nişanı var. Həmin nişana əsasən avtobusların hərəkəti Ramanı qəsəbəsi ərazisindən təşkil edilməlidir. Lakin, X3 idarə etdiyi avtobusun “Q1” xətt üzrə express avtobus olmasını və yalnız iki dayanacağın olmasını, prospekt üzrə heç bir dayanacaqda dayanmadığını deyib, pr-də hərəkət edən digər mülki avtobuslardan fərqi olmadığını bildirsə də, 4.1.2 nişanının sərnişin avtobusuna aid olmadığını qeyd etsə də inspektor onu dinləməmişdi. Qeyd edilən nişan müntəzəm dayancaqlar üzrə hərəkət edən sərnişin avtobusları üçündür. Pr-də əvvəllər sürəti 10 km/s olduğundan, hərəkətin təhlükəsizliyini avtobusların prospekt boyunca dayanmamasını və orada dayanacaqların olmamasını, eyni zamanda sərnişinlərin prospektə daxil olmamasını nəzərə alaraq bütün sərnişin avtobuslarını qeyd edilən ərazidən Ramanı qəsəbəsi istiqamətinə yönəldirlər. Lakin, onun idarə etdiyi “Q1” xətti üzrə hərəkət edən avtobus expressdir və yalnız 2 dayanacağı vardır. Dayanacağın biri Qala qəsəbəsində, digəri isə Koroğlu nəqliyyat mübadilə mərkəzindədir. Onlar sürücülər olaraq express olduğundan 1-ci dayancaqda sərnişinlərini götürdükdən sonra, heç bir dayanacaqda dayanmadan 2-ci dayanacaq istiqamətində hərəkət edirlər. Bakı şəhərində fəaliyyət göstərən hər bir daşıyıcıya məxsus sərnişin avtobusların fəaliyyət göstərdiyi marşrut xəttləri Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilir. Həmin marşrut xəttlərinin pasportları qeyd edilən agentlik tərəfindən təyin edilir. Həmin pasortlarda marşrut hərəkət cədvəli və marşrut sxemi öz əksini tapır. İstər daşıyıcı, istərsə də sürücü ona əvvəlcədən təyin edilmiş marşrut xəttindən kənara çıxa bilməz. Bu həm Agentlik tərəfindən nəqliyyatın intelektual idarə edilməsi tərəfindən, həm də daşıyıcının online izləmə şöbəsi tərəfindən izlənilir. Sürücü avtobusa əyləşdiyi zaman, avtobuslarda quraşdırılmış sistemə öz kodunu və marşrutun nömrəsini daxil etdiyi zaman, manitorda onun üçün müəyyən edilmiş və icazə verilmiş marşrut xəttinin yolu əks olunur. Sürücü gpsdə əks olunan yolu sürmək məcburiyyətindədir. Çünki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli Fərmanı ilə Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsinin 3-cü maddəsinə əsasən 3.1. Agentlik, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Bakı şəhərinin inzibati ərazisində aşağıdakı vəzifələri yerinə yetirir: 3.1.1. müntəzəm sərnişindaşıma işini təşkil edir, habelə tabeliyindəki qurum vasitəsilə sərnişindaşıma fəaliyyətini həyata keçirir, bu sahədə xidmətlər göstərir, sərnişindaşıma xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması üçün tədbirlər görür; 3.1.2. dövlət sifarişi əsasında avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımaya müsabiqə qaydasında daşıyıcıları cəlb edir və müsabiqənin qalibləri ilə müvafiq müqavilə bağlayır, habelə müqavilə şərtlərinə riayət olunmasına nəzarət edir; 3.1.3. avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımalar üzrə marşrut şəbəkəsini, marşrutların sxemini, hərəkət cədvəlini və reysi, habelə avtonəqliyyat vasitələrinə dair tələbləri müəyyən edir; 3.1.4. müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərini müəyyənləşdirir, onları quraşdırır və idarə olunmasını təmin edir. “Q1” nömrəli şəhərətrafı marşurut xəttinin pasportunda hərəkətimiz prospekt boyu əsas yolnan qeyd edilib. Belə ki, Bakı Nəqliyyat Agentliyinin S-00008 №-li, xx.xx.2021ci il tarixli sərəncamına əsasən “Q1” xəttinin marşurut BNA tərəfindən təsdiqlənib. Həmin marşurut pasportuna, yəni sxemə əsasən “Q1” nömrəli şəhərətrafı marşurut xəttinin dövrü uzunluğu 63.1 kmdir. A dayancağndan B dayanacğınm arasındakı məsafə 32.9 km , əks istiqamətdə isə B dayanacağından A dayancağına olan məsafə 30.2 km təşkil edir. Marşrutun hərəkəti Qala istiqamətindən başlayır və H.Əliyev prospektində əsas yolnan Koroğlu nəqliyyat mübadilə mərkəzinə qədər davam edir. Bundan əlavə qeyd edilən yol ayrıcında məcburi hərəkət nişanı 4.1.2 (Sağa hərəkət) nişanı və heç bir yerdə olmayan və 7.4.4 nişanı var. Halbuki 4.1.2 nişanı ilə 7.4.4 nişanın bir yerdə tətbiq olunması qanunsuzdur. “Q1” saylı marşrut xəttinin səlahiyyətli orqan tərəfindən təsdiq edilmiş marşrut sxemini və Azərbaycan Respublikasının Yol hərəkəti haqqında qanununa nəzərə alaraq bildirir ki, barəsində aparılmış inzibati icraat və mənə tətbiq edilmiş TP ******* inzibati tənbeh vermə haqqında qərar tamamilə qanunsuzdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər X6 İdarəsinin nümayəndəsi və şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər X6 İdarəsinin nümayəndəsinin və şikayət vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X3 Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, qırx (40) manat miqdarında cərimə edilmişdir. Qərarın məzmunudan görünür ki, sürücü X3 xx.xx.2023-cü il Tarixdə saat 18:49-da Bakı, Heydər Əliyev pr 477 ərazisində BMC PROCİTY 12M CNG markalı, ** JV *** dövlət qeydiyyat nişanlı şərnişin avtobusunu idarə edərkən yol nişanlarının tələblərinə riayət edilməməsi nəticəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işə yenidən baxılması Bakı şəhər X6 İdarəsinə tapşırılmalıdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X3 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, inzibati xətanın mövcudluğu ilə razılaşmayan X1 barəsində tərtib edilən inzibati xəta haqqında protokola baxılarkən onun göstərdiyi dəlillər araşdırılmamış, araşdırma düzgün aparılmamış və barəsində inzibati qaydada cərimə olunmasına dair qərar qəbul edilmiş, həmçinin hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, halbuki sübutetmə yükü məhz onun üzərinə düşür (İXM-8.2). İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X3 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X3 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X3 barəsində işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinə tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 İXM-in 327.1-ci maddəsi ilə cərimə olunmasına dair Bakı şəhəri DYPİ Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-2660/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2660/2023
12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver