Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2661/2023 12.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunu katibliyi ilə, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Nəzərəlioğlu Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində Bakı şəhəri, H.Əliyev prospekti ilə Qala qəsəbəsindən Koroğlu metrosu istiqamətinə hərəkətdə olarakən, mənim idarə etdiyim **-JV-*** DQN-lı “BMC Procity 12M CNG” markalı sərnişin avtobusu YPX inspektoru X2 tərəfindən saxlanılaraq, Aeroport yolu kimi tanınan, yəni H.Əliyev prospektinə avtobusun girişinin qadağan olunduğunu, nişanın tələbini bildirirək barəsində İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edərək, TP ******* saylı İnzibati tənbeh vermə haqqmda qərar çıxardı. Barəsində tərtib edilmiş protokol və qərar inspektor tərəfindən ona təqdim edilmədi. İnspektora dəfələrlə izah etsədə ki, ona heç bir qayda pozmamış, inspektor ona dinləmədən barəsində protokol tərtib etdi. İnspektorun sözlərinə görə, H.Əliyev prospektinin, Suraxanı Rayonuna giriş hissəsində, yəni Buta Palace adlanan yerdən avtobusların Ramanı qəsəbəsi istiqamətinə dönməsi üçün 4.1.2 nişanı var. Həmin nişana əsasən avtobusların hərəkəti Ramanı qəsəbəsi ərazisindən təşkil edilməlidir. Lakin, onu idarə etdiyi avtobusun “Q1” xətt üzrə express avtobus olmasını və yalnız iki dayanacağın olmasını, prospekt üzrə heç bir dayanacaqda dayanmadığını deyib, pr-də hərəkət edən digər mülki avtobuslardan fərqi olmadığını bildirsədə, 4.1.2 nişanının sərnişin avtobusuna aid olmadığını qeyd etsədə inspektor ona dinləmədi. Qeyd edilən nişan müntəzəm dayancaqlar üzrə hərəkət edən sərnişin avtobusları üçündür. Pr-də əvvəllər sürəti 10 km/s olduğundan, hərəkətin təhlükəsizliyini avtobusların prospekf boyunca dayanmamasını və orada dayanacaqlarm olmamasını, eyni zamanda sərnişinlərin prospektə daxil olmamasını nəzərə alaraq bütün sərnişin avtobuslarını qeyd edilən ərazidən Ramanı qəsəbəsi istiqamətinə yönəldirlər. Lakin, mənim idarə etdiyi “Q1” xətti üzrə hərəkət edən avtobus expressdir və yalnız 2 dayanacağı vardır. Dayanacağın biri Qala qəsəbəsində, digəri isə Koroğlu nəqliyyat mübadilə mərkəzindədir. Biz, express olduğunuzdan 1-ci dayancaqda sərnişinlərinizi götürdükdən sonra, heç bir dayanacaqda dayanmadan 2-ci dayanacaq istiqamətində hərəkət edirik. Bakı şəhərində fəaliyyət göstərən hər bir daşıyıcıya məxsus sərnişin avtobuslarının fəaliyyət göstərdiyi marşrut xəttləri Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilir.Həmin marşrut xəttlərinin pasportları qeyd edilən agentlik tərəfindən təyin edilir. “Q1” nömrəli şəhərətrafı marşurut xəttinin pasportunda hərəkətləri prospekt boyu əsas yolnan qeyd edilib. Belə ki, Bakı Nəqliyyat Agentliyinin S-00008 №-li, xx.xx.2021-ci il tarixli sərəncamına əsasən “Q1” xəttinin marşurut BNA tərəfindən təsdiqlənib. Həmin marşurut pasportuna, yəni sxemə əsasən “Q1” nömrəli şəhərətrafı marşurut xəttinin dövrü uzunluğu 63.1 kmdir. A dayancağndan В dayanacağı arasındakı məsafə 32.9 km, əks istiqamətdə isə В dayanacağından A dayancağına olan məsafə 30.2 km təşkil edir. Marşrutun hərəkəti Qala istiqamətindən başlayır və H.Əliyev prospektində əsas yolnan Koroğlu nəqliyyat mübadilə mərkəzinə qədər davam edir. Bu səbədən TP seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək “Q1 nömrəli şəhərətrafı marşurutun” Sxemini məhkəmə tədqim eədərl şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 (qırx) manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma,sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq göstərilən qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Məhkəmə qeyd edir ki, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri DYPİ-nin TP seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2023cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2661/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2661/2023
12.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver