Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2665/2024 11.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Abdurahmnalı Pınar Zakir qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs müdafiəçisi “Ədalət” Vəkil bürosunun vəkili X2 iştirakları ilə, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X4 xx.xx.2024-cü il tarixdə saat 09:30-radələrində Nərimamov rayonu, Ağa Neymətulla küçəsi 23 ünvanında borclu "xxxx" MMC-nin rəhbəri Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3017/22 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə qeyri-yaşayış sahəsinin tələbkara təhvil verilməsi təmin edilmsəi təklif edilmiş,lakin borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 26 avqust 2024-cü protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* protokola əlavədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3017/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən "xxxx" MMC-nin üzərinə X3 164 nömrəli, 24 noyabr 2017-ci il tarixli müqavilə üzrə ünvan 2 ünvanında tikilmiş Tələt Şıxəliyev küçəsindəki çoxmənzilli hündürmərtəbəli binada 3 otaqlı 64.35 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyi həvalə edilməli, borclu "Poleks” MMC-dən əldən çıxmış fayda olaraq 29.343,60 manat məbləğində pul vəsaiti alınaraq tələbkar X3 ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaiti borclu "Poleks” MMC tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənpdi üzrə borclu "xxxx" MMCyə göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Belə ki, tələbkarın hesabına 29343,60 manat pul vəsaitinin ödənilməsi tam təmin edilmişdir. Lakin ünvan 2 ünvanında tikilmiş çoxmənzilli hündürmərtəbəli binada 3 otaqlı 64.35 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi hissəsində icra olunmamasına dair icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə müvafiq akt tərtib edilmişdir. Bununla da o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X5 müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin rəhbəri Şəxs vəkili X6 bildirmişdir ki, icra sənədi üzrə pul ilə nəzərdə tutulmuş hissə tam şəkildə icra olunmuş, qeyd edilən qeyri-yaşayış sahəsində hal-hazırda tam şəkildə tikilmədiyindən onun tələbkara təhvil verilməsi mükün olmamışdır. Məsələ ilə bağlı tələbkarla görüşlərimiz olmuşdur, ərzi ona göstərilmişdir. Hazırda təqdim olunan şəkillərdən də görünür ki ərazidə tikinti işləri aparılır, yekunlaşdıqdandan dərhal sonra məhkəmə qərarında göstərilən sahənin tələbkara təqdim edilməsi təmin olunacaqdır. Bununla bağlı bir sıra zəruri sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs və tələbkar məhkəmə iclasına gəlməmiş, bu barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə qeyd edilə şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini uyğun hesab etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3017/2022 saylı icra sənədinə əsasən "xxxx" MMC-nin üzərinə X3 164 nömrəli, 24 noyabr 2017- ci il tarixli müqavilə üzrə ünvan 2 ünvanında tikilmiş Tələt Şıxəliyev küçəsindəki çoxmənzilli hündürmərtəbəli binada 3 otaqlı 64.35 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyi həvalə edilmiş, Cavabdeh "Poleks” MMC-dən əldən çıxmış fayda olaraq 29.343,60 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X3 ödənilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin sürətindən görünür ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3017/2022 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Fotocədvəllərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3017/22 saylı, xx.xx.2022-ci il tarixli qərarla tələbkara təhvil verilməli olan qeyri-yaşayış sahəsinin tikili vəziyyətdə olduğu, hazır olmadığı müəyyən edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adıçəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. İş materiallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3017/22 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən tələbkara verilməli olan 29.343,60 manat məbləğində pul vəsaiti borcu tərəfindən ödənilmiş, qeyri-yaşayış sahəsinin isə hazır olmaması səbəbilə təhvil verilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, borclu tərəfindən məhkəmə aktının vaxtında icra edilməməsi üçün qəsdən maneə törədilməsi halları iş materiallarında müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda borclu "xxxx" MMC-nin rəhbəri Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi hallar hazırkı halda mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2665/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2665/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver