Məhkəmə qərarları › İş №3(005)-2667/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2667/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2667/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi İnzibati protokol tərtib edən qurumun nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin nümayəndəsi X1, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı 6672867saylı qərardan verdiyi şikayətə baxaraq, məhkəmə Müəyyən etdi: X10 onun barəsində olan İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər DYPİ-nin qəbul etdiyi xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı 6672867saylı qərarından şikayət verərək, haqqında qanuna zidd tərtib olunmuş protokola əsasən verilmiş qərarın əsassız hesab edilməsi, inzibati xəta halı olmadığı üçün şikayətinin tam təmin edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, barəsində tərtib edilmiş xx.xx.2024 tarixli İXP ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq Bakı şəhər polis kapitanı X2 xx.xx.2024-ci il tarixli TP ******* saylı qərara əsasən müəyyən etmişdir ki, X10 xx.xx.2024-ci il tarixdə saat 15:48-da Bakı şəhəri Moskva prospekti 52 ünvan ərazisində Mercedes Benz E220 CDİ Minik markalı 90RE273 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun qadağanedici işarəsi verilərkən hərəkətinin davam etdirməsi nəticəsində barəsində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edimişdir.xx.xx.2024-ci il tarixli inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarı xx.xx.2024-ci il tarixdə saat 12:22-də Nərimanov rayon X9 əldə edilmişdir.xx.xx.2024-ci il Həmin tarixdə Həsənbəy Zərdəbi küçəsindən 20 yanvar dairəsinə daxil olduqdan sonra yol patrul xidmət inspektoru polis baş serjantı X5 tərəfindən güya qanun pozuntusuna görə bilə-bilə avtobusların hərəkəti zolağında dayanmamı tələb etmişdir. Saxlanılma səbəbi olaraq 20 yanvar dairəsinə quraşdırılmış svetoforun qadağanedici işarəsi verilərkən hərəkətinin davam etdirməsi olmuşdur. Həmin dairəyə girişdə sağda 1 ədəd şaquli svetofor quraşdırılmışdır. Svetoforun qarşısına yolda 1.12. Köndələninə üfüqi nişanlanması xətti (stop-xətt) yerə çəkilməmiş, habelə, svetoforun işlək olmadığı zaman üçün nişanlar quraşdırılmamışdır. Lakin həmin dairənin əks istiqamətinə həmin dairəyə cəmi 4 ədəd svetofor (sola 1 ədəd şaquli, yuxarı 1 ədəd üfüqi, sağa lədəd şaquli və sağa 1 ədəd rəqəmli svetofor) yerləşdirilmişdir. Habelə, svetoforun qarşısına yerə stop nişan xətti çəkilmiş və svetoforun işlək olmadığı zaman üçün baş yol və düzünə/sola nişanlar quraşdırılmışdır. Fotoşəkillər iddia ərizəsinə əlavə edilib. Həmçinin, yuxarıda qeyd etdiyim məsələ üzrə Babək prospektində (maşın bazarı qarşısındakı dairəya) qaydalara cavab verən bütün yol nişanları, yol nişanlarıma xətləri, svetoforları (sola, sağa və üfüqi) normativ və qanunlara istinad edilmiş dairə (həmin dairənin fotoşəkili şikayətə əlavə edilib) xalqa xidmətə verilmişdir. Beləliklə, yol-patrul xidməti aparan nəqliyyat vasitəsinin üstünə quraşdırılmış video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitə ilə sözdə aşkar edilmiş inzibati xətalara görə iddiaçının avtomobilini avtobusların hərəkəti zolağında dayanmasını tələb etmiş və nəqliyyat vasitəsinin üstünə quraşdırmış kamera görüntüsü iddiaçıya təqdim edilərək protokol tərtib edilmişdir. Lakin, həmin xx.xx.2024 tarixli İXP ******* nömrəli protokoldan şikayət hələ də cavablandırılmamışdır. Habelə, Daxili İşlər Nazirliyinin elektron səhifəsindən xx.xx.2024-ci il tarixli şikayət nəticəsində elektron şəkildə qeydiyyata alınmış 3-13-16/1-A- 1225xx/xx/2024 nömrəli ikinci şikayətə hələ də cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində qərar qəbul edilən şəxs X10 inzibati qərarın qanunsuz olduğunu və barəsində tərtib edilmiş protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin nümayəndəsi X3 inzibati xətanın əks olunduğu görüntünü məhkəməyə təqdim edərək şikayətin əsassız olmasının nəzərə alınmasını və şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri DYPİ-nın Yol Patrul Xidməti xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı 6672867saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 80 manat miqdarında cərimə edilmişdir. Məhkəməyə təqdim olunan DVD disk görüntüsündə X4 idarə etdiyi avtomobilin inzibati qayda pozuntusu törətməsi müşahidə edilməmişdir. İXM-nin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs X10 inzibati xətanın mövcudluğu ilə razılaşmamaqla yanaşı hər hansı qayda pozuntusuna yol vermədiyini bildirməməsinə baxmayaraq onun barəsində inzibati tənbeh tətbiq edilmişdir. Halbuki inzibati qanunvericiliyin tələblərinə əsasən yol polisi əməkdaşı protokola baxılmasının vaxtı və yeri barəsində məlumat verməli və X4 iştirakı ilə araşdırma aparıb qərar qəbul etməli idi. Məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü, protokol və s) istintaq etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmişdir. Bundan başqa məhkəmədə şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmədə tədqiq edilən DVD görüntüdə isə X10 tərəfindən hər hansı inzibati qayda pozunusu müşahidə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq göstərilən qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Məhkəmə qeyd edir ki, X6 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş hansı inzibati pozuntunun törədildiyi barədə qərar qəbul edilsə də şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübut (videogörüntü, protokol və s) təqdim olunmamışdır. Həmçinin, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, lakin məhkəməyə təqdim edilmiş DVD disk görüntüsündə hər hansı qayda pozuntusu aşkar olunmamışdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X10 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri DYPİ-nin TP seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Bakı şəhər DYPİ Yol Patrul Xidməti tərəfindən qəbul etdiyi xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında TP seriyalı 6672867saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar