Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2669/2024 30.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızı, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs MMC barəsində İXM-430.4-cü maddəsi ilə MN seriyalı ******* nömrəli 23 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. İş materiallarını araşdırılarkən müəyyən edildi ki, Şəxs MMC barəsində İXM-in 430-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 10.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. İXM-in 109.1 və 109.1.7-ci maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən Şəxs MMC barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli 23 avqust 2024-cü il inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə MN seriyalı ******* nömrəli 23 avqust 2024-cü il inzibati xəta haqqında protokol üzrə inzibati material aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2669/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2669/2024
30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver