Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2670/2025 25.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Vəliyev Mahir Tahir oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru X1, Zərər çəkmiş şəxs – X2, Müdafiəçi – Bakı şəhəri “Kermur” Vəkil Bürosunun vəkili Vəkil Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı PŞ-dən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin sahə inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi ilə bağlı barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin sahə inspektoru X3 izahatında göstərdi ki, X2 300 manat pulu dələduzluq yolu ilə ələ keçirilmişdir. Müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 çıxış edərək bildirmişdir ki, «Avropa Qapıları» şirkətinə xx.xx.2025-ci il tarixdə 2 ədəd qapı sifariş verərkən evinə getmiş usta tərəfindən ölçülər götürülərək ilkin ödəniş olaraq 300 manat ödəmiş və qapıların xx.xx.2025-ci il tarixədək hazırlanacağına dair vədlər verilmişdir. Lakin sonradan zənglərə cavab verilməmiş, hazırkı tarixədək qapılar hazırlanmayaraq 300 manat ələ keçirilmişdir. Sonuncu dəfə onların idarələrinə getdikdə hələ də, sifarişin hazırlanmadığı, ölçü götürülməli olduğu bildirilmişdir. İyun ayının əvvəllərində yenidən həmin idarəyə getdikdə çatdırılma üçün əlavə ödəniş istənilmişdir. Bu səbəbdən barələrində polisə şikayət etmişdir. Hazırda Şəxs qarşı şikayətçidir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, “Tağıyev” şirkəti direktoru olaraq olaraq ünvan 1 ünvanda fəaliyyət göstərirlər. Elgün Həsənovun qapı sifariş etmişdir, 300 manat da ilkin ödəniş etmişdir, tam hazır olanda qalan 600 manat pulu da ödəyəcəkdir. Lakin sifariş deyilən vaxtdan gec hazır olduğu üçün qalan ödənişi ödəmədən sifarişin təhvil verilməsini tələb edir. Sifariş Xırdalan fabrikində tam hazırdır, lakin ödəniş tam ödənilmədiyinə görə ünvana aparılmamışdır. Bildirdi ki, ödənilmiş 300 manat firmanın vergi terminalındadır, qalıq pul ödənildikdən sonra Elgün Həsənovun qapıları bu gün ünvanda quraşdırılacaqdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, Şəxs əmlində İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanının tərkib əlamətləri olduğundan qərarın surəti Şəxs məsuliyyətə cəlb edilməsi məqəsədi ilə Nərimanov RPİ-nin 16 cı PŞ-yə göndərilmişdir. İnzibati Qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:30 radələrində inzibati qaydada tutulmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən (Təqsirsizlik prezumpsiyası prinsipi) inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin törədilməsi müəyyən edilməlidir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında işin materiallarını, o cümlədən 25 iyul 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı, tərəflərin məhkəmə iclasında verdiyi izahatları və digər sənədləri hərtərəfli, tam və obyektiv tədqiq etdikdən sonra, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə uyğun olaraq sübutları öz daxili inamı ilə qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs əməlində İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. İXM-nin 227-ci maddəsi xırda talamanın formalarından biri kimi dələduzluq yolu ilə özgənin əmlakını talamağa görə inzibati məsuliyyət müəyyən edir. Dələduzluğun həm cinayət, həm də inzibati hüquqpozma kimi əsas tərkib elementi subyektiv cəhətdən təqsirin qəsd formasında olması və niyyətin əmlakı aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirməyə yönəlməsidir. Bu o deməkdir ki, şəxsin niyyəti ilkin olaraq öhdəliyi yerinə yetirməmək və əldə etdiyi əmlakı (pul vəsaitini) mənimsəmək olmalıdır. Mülki-hüquqi müqavilə münasibətlərinin pozulmasından irəli gələn mübahisələri dələduzluqdan fərqləndirən əsas meyar məhz bu ilkin niyyətin olub-olmamasıdır. Tərəflər arasında yaranmış münasibətlər müqavilə öhdəliklərinin icrası zamanı yaranan fikir ayrılığından ibarətdirsə və təqsirli niyyət sübuta yetirilmirsə, bu, mülki-hüquqi mübahisə hesab olunur və inzibati və ya cinayət məsuliyyəti yaratmır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs X4 ilə “Tağıyev” şirkəti arasında qapıların hazırlanmasına dair podrat xarakterli bir müqavilə münasibəti yaranmışdır. Zərərçəkmiş ilkin ödəniş olaraq 300 manat ödəmişdir. Barəsində icraat aparılan şəxs Şəxs nə müqavilənin mövcudluğunu, nə də ilkin ödənişin alınması faktını inkar etmir. Əksinə, o, sifarişin hazır olduğunu, lakin zərərçəkmişin qalıq məbləği ödəmədən malın təhvil verilməsini tələb etdiyi üçün təhvil-təslim prosesinin baş tutmadığını bildirir. Bu izahatlar tərəflər arasında münasibətlərin mahiyyətcə mülki-hüquqi müstəvidə olduğunu göstərir. Zərərçəkmişin şikayətinin əsasını öhdəliyin icra edilməməsi deyil, onun icrasının gecikdirilməsi təşkil edir. Müqavilə öhdəliyinin icrasının gecikdirilməsi isə özlüyündə dələduzluq tərkibini yaratmır və bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənən bir haldır. İnzibati xəta haqqında protokolun tərtib edilməsi üçün əsas olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda da Şəxs əməlində cinayət tərkibinin olmadığı, lakin inzibati xəta əlamətlərinin olduğu qeyd edilmişdir. Lakin inzibati xəta tərkibinin olması üçün də, yuxarıda qeyd edildiyi kimi, talama niyyətinin olması mütləqdir. İş materiallarında və məhkəmə istintaqı zamanı Şəxs 300 manatı alarkən ilkin olaraq qapıları hazırlamaq və təhvil vermək niyyətində olmadığını təsdiq edən heç bir sübut toplanmamışdır. Sifarişin hazır olması, lakin ödənişin qalan hissəsi ilə bağlı mübahisənin yaranması onun dələduzluq niyyətinin olmadığını, əksinə, müqavilə öhdəliyinin icrası ilə bağlı mübahisənin olduğunu göstərir. İXM-in 8-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin tələbinə görə, şəxsin təqsirli olması barəsində aradan qaldırılması mümkün olmayan bütün şübhələr onun xeyrinə həll edilir. Hazırkı işdə X2 izahatları Şəxs izahatı ilə ziddiyyət təşkil edir və inzibati orqan tərəfindən Şəxs məhz talama niyyəti ilə hərəkət etdiyini sübuta yetirən başqa heç bir mötəbər sübut təqdim edilməmişdir. Zərərçəkmişin subyektiv mülahizələri və iddiası şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün kifayət deyil. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə mülki müqavilə öhdəliklərinin icrası ilə bağlıdır və Azərbaycan Respublikasının mülki qanunvericilik qaydasında həll edilməlidir. Şəxs əməlində İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyektiv cəhəti – yəni, aldatma yolu ilə özgə əmlakını ələ keçirmək niyyəti – sübuta yetirilmədiyindən, onun əməlində inzibati xəta tərkibi mövcud deyildir və məsələ mülki xarakterlidir. Göstərilənlərə əsasən, İXM-nin 53.1.2-ci maddəsinə uyğun olaraq, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-2670/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2670/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver