Məhkəmə qərarları › İş №3(005)-2678/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2678/2021

18.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2678/2021 18.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 447.0.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş MN seriyalı ******* nömrəli, 22 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC İD********** nömrəli müraciət əsasında idxal olunan qida məhsullarını qida təhlükəsizliyi sertifikatı olmadan ünvan 1 ünvanında yerləşən anbarda 27.09.2021-ci il tarixdə satmışdır. Bununla da Şəxs MMC-nin barəsində İXM-in 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və protokol tərtib etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13.09.2021-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC tərəfindən qanunda nəzərdə tutulan dövlət rüsumunun ödənilməsinə dair müvafiq qəbz Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə təqdim edilməmişdir. Ölkəyə idxal olunmuş qida məhsulları partiyası barədə məlumatların 27.09.2021-ci il tarixədək Agentliyin Bakı regional bölməsinə təqdim edilməsi xahiş olunmuşdur; Qida təhlükəsizliyi sertifikatının ləğv edilməsi haqqında 10.09.2021-ci il tarixli, İD********** nömrəli qərardan görünür ki, ərizəçi tərəfindən dövlət rüsumu ödənilmədiyindən Şəxs MMC-nin 25.12.2021-ci il tarixli, İD********** nömrəli müraciəti əsasında idxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatı ləğv edilmişdir; 23.09.2021-ci il tarixli qəbzdən görünür ki, İD********** nömrəli müraciət üzrə Şəxs MMC tərəfindən qanunda nəzərdə tutulmuş dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, Şəxs MMC barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunduğu kimi, Şəxs MMC-nin 25.12.2021-ci il tarixli, İD********** nömrəli müraciəti əsasında idxal olunan yeyinti məhsullarına verilmiş qida təhlükəsizliyi sertifikatının ləğv olunmasına səbəb adı çəkilən MMC tərəfindən müvafiq rüsumun ödənilməməsi olmuşdur və həmin qərar 10.09.2021-ci il tarixdə qəbul edilmişdir. Halbuki, iş materiallarında olan 23.09.2021-ci il tarixli qəbzdən göründüyü kimi İD********** nömrəli müraciət üzrə Şəxs MMC tərəfindən qanunda nəzərdə tutulmuş dövlət rüsumu ödənilmişdir. Bundan başqa inzibati xəta haqqında protokolda Şəxs MMC tərəfindən İD********** nömrəli müraciət əsasında idxal olunan qida məhsullarının qida təhlükəsizliyi sertifikatı olmadan ünvan 2 ünvanında yerləşən anbarda 27.09.2021-ci il tarixdə satılması göstərilsə də, bununla bağlı hər hansı sübut inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi). İXM-in: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; Odur ki, Şəxs MMC təqsirliliyi sübuta yetirilmədiyindən barəsində tərtib olunmuş 22 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 22 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar