Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2684/2024 11.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Abdurahmnalı Pınar Zakir qızının katibliyi , "xxxx"-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X2 tərtib edərək məhkəməyə göndərmiş oluduğu xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-329/2023 saylı İcra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 325.985 ABŞ dolları məbləğində əsas borc, 15.000 ABŞ dolları məbləğində penya, cəmi 340985 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş rnediasiya xərclərinin əvəzi olaraq 300 və dövlət rüsumunun əvəzi olaraq 550 manat məbləğində pul vəsaiti tutularaq “Tru Treydinq" MMC-yə ödənilməlidir. Lakin icra sənədi üzrə borclu tərəfindən icra məmurlarının qanuni tələbləri yerinə yetirilməmişdir. Bununla da "xxxx"-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN seriyalı xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx"-nin rəhbəri Şəxs, protokol tərtib etmiş qurumun nümayəndəsinə və tələbkara məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-329/2023 saylı İcra Vərəqəsindən görünür ki,cavabdeh "xxxx" MMC-dən 325.985 ABŞ dolları məbləğində əsas borc, 15.000 ABŞ dolları məbləğində penya, cəmi 340985 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü AR Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş rnediasiya xərclərinin əvəzi olaraq 300 və dövlət rüsumunun əvəzi olaraq 550 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməsi nəzərdə tutulmuşdur. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2024-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin sürətindən görünür ki, borclu "xxxx"-MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-329/2023 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə təqdim edilmiş məlumata əsasən “Təsis payının alqı-satqısı” ilə bağlı xx.xx.2024-cü il tarixli notariat qaydada təsdiq edilmiş müqavilənin 6-cı bəndinə əsasən "xxxx" MMC-nin keçmiş olan qətnamələri əsasında olan borcların tam şəkildə öhdəliyi ilə əlaqədar cavabdeh olan şəxs X1r. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx"nin rəhbəri kimi göstərilmiş Şəxs qeyd edilən icra sənədinin icrası üzrə cavabdeh şəxs olmadığından icra vərəqəsinin icrası ilə bağlı heç bir məsuliyyət daşımadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, Şəxs borclu "xxxx"-MMC-nın xx.xx.2023-cü il tarixli icra sənədini icra etməli olan cavabdeh şəxs deyildir və xx.xx.2024-cü il tarixdən qeyd edilən icra vərəqəsi üzrə borcu ödəmək onun öhdəlində deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda Şəxs xx.xx.2023-cü il tarixli icra sənədini icra etməli olan cavabdeh şəxs olmaması səbəbilə onun barəsində başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2684/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2684/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver