Məhkəmə qərarları › İş №3(005)-2698/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2698/2023

21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2698/2023 21.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Mirsaleh Cavadovun 07 avqust 2023-cü il tarixli qərarından və 13 avqust 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-ci il tarixdə saat 22.20 radələrində o etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən sa2 vəziyyətdə olan "Hummer" markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobil ils Nərimanov rayonu Atatürk prospekti ilə ilə sağ zolaqla üzü Ayna Sultanov istiqamətində 10- km saat sürətlə hərəkətdə olan zaman sag zolaqdan sol zolağa dönmə işiğını yandırıb hərəkətini dəyişərək sol zolaqa keçmək istədikdən ikinci zolaqdan artıq 1-ci zolağa hərəkətini dəyişəndə arxadan gələn moped onun idarə etdiyi avtomobilin arxa hisəsinə çırpılmışdır. Hadisə nəticəsində X3 yüngül dərəcəli bədən xəsarətləri almışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı izahatı alınmış Vət.X3 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22.30 radələrində o İdarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Spontini RKS100 SS" markal motosiklet ilə Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti ilə üzü A.Sultanov istiqamətində saatda 70-75 km saatla sol zolaqla hərəkətdə olan zaman qəfildən Hummer markalı avtomobil qarşısına çıxmış və o motoskleti saxlaya bilməyib həmin avtomobilin arxa hissəinə çırpılmışdır.Hadisə zamani o xəsarət aldığı ücün TTYS-sı vasitəsi ilə xəstəxanaya aparılmışdır.Hadisə zamanı o qarşısında qəfildən dönmə edən avtomobili görsə də, əyləcdən istifadə etməyinə baxmayaraq motosikleti dayandıra bilməmişdir.Hadisə zamanı xəsarət almışdır. Aparılan təhqiqat araşdırması zamanı sürücü Şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-ci il tarixdə saat 22.20 radələrində o etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Hummer" markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobil ils Nərimanov rayonu Atatürk prospekti ilə ilə sağ zolaqla üzü Ayna Sultanova istiqamətində 10- km saat sürətlə hərəkətdə olan zaman sag zolaqdan sol zolağa dönmə işiğını yandırıb hərəkətini dəyişərək sol zolaqa keçmək istədikdən ikinci zolaqdan artıq 1-ci zolağa hərəkətini dəyişəndə arxadan gələn moped onun idarə etdiyi avtomobilin arxa hisəsinə çırpılmışdır.Daha sonra moped sürücüsü yüngül xəsarət aldığı ücün TTYS vasitəsi ilə həmin şəxs xəstəxanaya aparılmışdır.Hadisə zamanı o sag zolaqdan sol zolağa keçərək sola dönmə etmək istəyən zaman hadisə baş vermişdir.Hadisə zamanı xəsarət almamış və MTE- dən keçməkdən imtina etmişdir.O avtomobildə tək olmuşdur.Hadisə baş verən zaman o mopedin həmin zolqada hərəkətini görməmişdir. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Elvin Kərimov tərəfindən tərtib edilmiş HK-1N 805 nömrəli, xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:49-də vət. Şəxs DİN-in 102 XZM-dən məlumat daxil oldu ki, Nərimanov rayonu Atatürk prospektində cəhətdən saz vəziyyətdə olan "Hummer" markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə motosikletin toqquşması və xəsarət olması barədə bildirmişdir. 2/22016 nömrəli, 13 iyul 2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs həmin gün ayıq olmuşdur; Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hummer" markalı ** CE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2r; İş materiallarında olan sənəddən görünür ki, Şəxs B1,B,C1,C kateqoriyalı sürücüdür; İş materiallarında olan "xxxx"MMC tərəfindən verilmiş Yol vərəqəsindən görünür ki, Hummer" markalı ** CE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs təhkim olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 28 iyul 2023-cü il tarixli, 899 nömrəli rəyindən görünür kiVət. X1 aşkar edilmiş xəsarətlər-ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ mil bilək oynağının yumuşaq toxumalarının şişkinlik halında əzilməsi, oynağın bayır və ön səthlərinin sıyrıqları, sol saidin yuxarı və aşağı üçdə birinin ön səthlərinin, sağ dirsək oynağının bayır səthinin, sol və sağ diz oynaqlarının, sağ baldırın yuxarı və aşağı üçdə birinin ön və iç səthlərinin sıyrıqları-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 07 avqust 2023-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X5 İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar