Məhkəmə qərarları › İş №3(005)-2698/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2698/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2698/2024 11.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Abdurahmanlı Pınar Zakir qızının katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan X4 tərəfindən AYN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş“İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan X4 tərəfindən AYN ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X4 publik hüquqi şəxsi xx.xx.2024-cü il tarixdə, SH- 362950 saylı sorğu ilə “QƏSR” Mədəni İrsi və X6 İctimai Birliyinə müraciət etmişdir. Sorğu xx.xx.2024-cü il tarixdə İctimai Birliyə poçt vasitəsilə təqdim olunmuşdur. Sorğuda bildirilir ki, ünvan 1 ünvanında olan “QƏSR” Mədəni İrsi və X6 İctimai Birliyi”-nin istifadəsində olan “Mercedes-260” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs xx.xx.2024-cü il tarixində, saat 13:38-də Süleyman Rəhimov 10471 ünvanında İXM-nin 346.1.3-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir.“Məcəllənin 123-cü maddəsinə uyğun olaraq qeyd olunan inzibati xətanın törədilməsi zamanı həmin nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumatları (soyadı, adı, atasının adı sürücülük vəsiqəsinin seriya və nömrəsi; yol vərəqinipAAya etibarnamənin verilmə və bitmə tarixi) sorğunun daxil olduğu vaxtdan 5 gün müddətində Azərbaycan X4nə (AZİ033, Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov, 5 ünvanına və ya offıElektron ünvan elektron poçt ünvanına) rəsmi qaydada müraciət etməyiniz xahiş olunur”.Sorğuya uyğun olaraq “Mercedes-260” minik markalı, **-PH-*** dövlət nömrə nişanlı avtomobilin sorğuda göstərilən gündə və vaxtda X1 idarə etməsini təsdiq edən 025-055/24 saylı, xx.xx.2024-cü il tarixli minik avtomobili üçün birdəfəlik yol vərəqəsi elektron qaydada ünvana göndərilmişdir.025-055/24 saylı, xx.xx.2024-cü il tarixli yol vərəqəsini alan Azərbaycan X4 publik hüquqi şəxs birdəfəlik yol vərəqəsində göstərilən şəxsə yəni X2 müxtəlif tarixlərdə və eyni gündə yazılmış xx.xx.2024-cü il tarixli, AYN ******* saylı qərarla xx.xx.2024-cü il tarixdə, saat 20:35 də Nəqliyyat vasitəsinin parklanmasma görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklarıma yerini tərk etməsinə görə, nəticədə AR-nin İXM-nin 346.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə xx.xx.2024-cü il tarixində, 12:50 də Bakı şəhəri Nərimanov - rayon Məhkəməsində hakim Xalidə Elisoy tərəfindən “QƏSR” Mədəni İrsi və X6 İB-nə təqdim edilmişdir. Qərarı nəzərdən keçirərkən məlum olmuşdur ki, qərarda göstərilən İX-nm törədilməsi barədə “QƏSR” Mədəni İrsi və X6 İB-nə ancaq bir sorğu göndərilmişdir. xx.xx.2024-cü 1 tarixli SH362950 saylı sorğuda ancaq xx.xx.2024-cü il tarixdə, saat 13:38-də Mersedes 260 minik markalı 10PH446 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi S.Rəhimov 10471 ünvanında İXM-nin 346-1.3-cü maddəsində göstərilən inzibati xətanı törətməsi barədə sorğuya birdəfəlik yol vərəqəsini göndərən kimi yuxarıda göstərilən qərar yazılmışdır. Məhkəmə zalında “QƏSR” Mədəni İrsi və X6 İB-ninnümayəndəsinə təqdim olunan qərarla razı deyillər, təqdim olunan qərar həqiqəti əks etdirmir və qanuna ziddir. Məhkəmə iclasında iştirak edən X3 şikayətin ərizəsinə uyğun çıxış edərək, yol vərəqəsi əsasında avtomobilin idarə edildiyini, inzibati qərar qəbul edildiyi tarixdə avtomobili idarə etmədiyini bildirmişdir. Qərarın əsassız olaraq onun adına yazıldığını, buna görə də şikayətin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdırlar. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan X4 tərəfindən qəbul edilmiş AYN ******* nömrəli, 27.0.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 10 (on) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə – iyirmi manat məbləğində cərimə edilir. İXM-in 127-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar parklanma yerlərində quraşdırılmış parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir. Bütün parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında həmin mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. İXM-in 127-2.2-ci maddəsinə əsasən parklanma yerlərində quraşdırılmış parkomat və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına, parklanma müddətinə (parklanma yerinə daxil olması və oranı tərk etməsinə) və parklanmaya görə edilmiş və ya edilməmiş ödənişlərə, habelə 24 saatdan artıq müddətdə parklanma yerində saxlanılan nəqliyyat vasitələrinə dair məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür. Məhkəmə hesab edir ki, X3 barəsində AYN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən, “QƏSR” Mədəni İrsi və X6 İctimai Birliyinin hesabında olan avtomobili Pərvin Gözəlovun idarə edib-etməməsi aydınlaşdırılmamışdır. Məhkəmə, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-nin 346-1.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair X4 tərəfindən xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı X1 İXM-nin 346-1.1-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədib törətməməsini müəyyən etmək mümkün deyil. Belə ki, səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir ki, qərarın əsaslılığını məhkəmədə sübuta yetirsin. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, təqdim olunmuş sənədlər əsasında X1 inzibati xətanı törətməkdə təqsirli olmasının, ümumiyyətlə onun tərəfindən dayanma və ya durma qaydalarının pozulmasına yol verməsinin müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də iş üzrə yenidən araşdırma aparılmaqla müvafiq qərar qəbul edilməsi üçün Azərbaycan X4 tərəfindən AYN ******* nömrəli, 27.0.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. X1 barəsində Azərbaycan X4 Publik Hüquqi Şəxsi tərəfindən qəbul edilmiş AYN ******* nömrəli, xx.xx.2024-cü il tarixli nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan X4 Publik Hüquqi Şəxsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar