Məhkəmə qərarları › İş №3(005)-2699/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2699/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2699/2024 11.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Şikayət vermiş şəxs X1, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X4 iştirakları ilə, Şikayət vermiş şəxs X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkifaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsi xx.xx.2024-cü il tarixdə, SH- 362950 saylı sorğu ilə “QƏSR” Mədəni İrsi və X6 İctimai Birliyinə müraciət etmişdir. Sorğu xx.xx.2024-cü il tarixdə İctimai Birliyə poçt vasitəsilə təqdim olunmuşdur. Sorğuda bildirilir ki, ünvan 1 ünvanında olan ““QƏSR” Mədəni İrsi və X6 İctimai Birliyi”-nin istifadəsində olan “Mercedes-260” minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs xx.xx.2024-cü il tarixində, saat 13:38-də Süleyman Rəhimov 10471 ünvanında İXM- nin 346.1.3-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Sorğuya uyğun olaraq “Mercedes-260” minik markalı, **-PH-*** dövlət nömrə nişanlı avtomobilin sorğuda göstərilən gündə və vaxtda X1 idarə etməsini təsdiq edən 025-055/24 saylı, xx.xx.2024-cü il tarixli minik avtomobili üçün birdəfəlik yol vərəqəsi elektron qaydada ünvana göndərilmişdir. 025-055/24 saylı, xx.xx.2024-cü il tarixli yol vərəqəsini alan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs birdəfəlik yol vərəqəsində göstərilən şəxsə yəni X2 müxtəlif tarixlərdə və eyni gündə yazılmış: xx.xx.2024-cü il tarixli, AYN ******* saylı qərarla, xx.xx.2024-cü il tarixdə, saat 14:51-də Nəqliyyat vasitəsinin parklanmasma görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə, nəticədə AR-nin İXMnin 346.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində hakim Xalidə Elisoy tərəfindən “QƏSR” Mədəni İrsi və X6 İB-nə təqdim edilmişdir. Qərarı nəzərdən keçirərkən məlum olmuşdur ki, qərarda göstərilən İX-nın törədilməsi barədə “QƏSR” Mədəni İrsi və X6 İB-nə ancaq bir sorğu göndərilmişdir. xx.xx.2024-cü 1 tarixli SH362950 saylı sorğuda ancaq xx.xx.2024-cü il tarixdə, saat 13:38-də Mersedes 260 minik markalı 10PH446 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi S.Rəhimov 10471 ünvanında İXM-nin 346-1.3-cü maddəsində göstərilən inzibati xətanı törətməsi barədə sorğuya birdəfəlik yol vərəqəsini göndərən kimi yuxarıda göstərilən qərar yazılmışdır. Təqdim olunan qərarla razı deyillər, təqdim olunan qərarlar həqiqəti əks etdirmir və qanuna ziddir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X7 çıxış edərək bildirmişdir ki, hazırkı iş aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, inzibati xəta Nəsimi rayonunda törədilmişdir. Odur ki, işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 məhkəmə iclasında bildirmişdir ki, vermiş olduğu şikayəti müdafiə edir və şikayətin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi Nəsimi rayonunun ərazisində törədilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri rəhbər tutaraq QƏRARA ALDİ: X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin AYN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar