Məhkəmə qərarları › İş №3(005)-2706/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2706/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2706/2025 29.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X3, X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 05 mart 2025-ci il tarixli, 01200/00141 saylı qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: X2 xx.xx.2025-ci il tarixdə ünvanlandığı şikayət ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 05 mart 2025-ci il tarixli, 01200/00141 saylı qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, X2 tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materialları ilə müəyyən edilir ki, X2 tərəfindən şikayət verilmiş inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, lakin həmin qərarın onun tərəfindən rəsmi qaydada alınmasına dair heç bir sənəd, yaxud şikayət vermə müddətinin bərpa edilməsi haqqında vəsatət əlavə edilmədən şikayət ərizəsinin qanunla nəzərdə tutulan 10 günlük müddət ötürülməklə - xx.xx.2025-ci il tarixdə verilməsi şikayətin geri qaytarılması üçün əsasdır. Bununla yanaşı, məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 müvafiq qərardan şikayət verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etməyi zəruri hesab edir. Həmçinin qeyd olunur ki, X2 şikayət ərizəsində 05 mart 2025-ci il tarixli, 01200/00141 saylı qərarın ləğv edilməsini xahiş etməsinə baxmayaraq, ərizəsində mübahisələndirdiyi qərarı iş materiallarına əlavə etməmişdir. Bu da öz növbəsində X2 tərəfindən mübahisələndirilən qərarın mövcudluğuna şübhə yaradır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 106, 109, 126 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 05 mart 2025-ci il tarixli, 01200/00141 saylı qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxılması ilə əlaqədar şikayət etmə müddətinin bərpası haqqında vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar