Məhkəmə qərarları › İş №3(005)-271/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-271/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-271/2021 02.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 iştirakı ilə, “xxxx” MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-3696/2019 nömrəli, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(082)- 1035/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, 2-2(082)-1014/2019 nömrəli, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(082)-1041/2019 nömrəli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(82)-1046/2019 saylı, xx.xx.2020-ci il tarixli, e-2-2(113)-456/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, 2-2(113)-576/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, 2-2(113)-471/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, e-2-2(113)- 530/2020 nömrəli, xx.xx.2019-cu il tarixli, 2-2(113)-524/2019 nömrəli, xx.xx.2020-ci il tarixli, 2-2(113)-667/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, 2-2(113)-503/2020 nömrəli icra sənədlərinin icrası ilə bağlı borclu “xxxx” MMC-nin rəhbəri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-3696/2019 nömrəli, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019cu il tarixli, e-2-2(082)-1035/2019 nömrəli, xx.xx.2019-cu il tarixli, 2-2(082)-1014/2019 nömrəli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(082)- 1041/2019 nömrəli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(82)- 1046/2019 saylı, xx.xx.2020-ci il tarixli, e-2-2(113)-456/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, 2-2(113)-576/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, 2-2(113)-471/2020 nömrəli, xx.xx.2020ci il tarixli, e-2-2(113)-530/2020 nömrəli, xx.xx.2019-cu il tarixli, 2-2(113)-524/2019 nömrəli, xx.xx.2020-ci il tarixli, 2-2(113)-667/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, 2-2(113)-503/2020 nömrəli icra sənədləri üzrə yaranmış 1974799,89 manat borc tələbkarların xeyrinə borclu “xxxx” MMC-nin rəhbəri Şəxs tərəfindən qərəzli olaraq icra edilməmişdir. Nəticədə, borclu MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. MN ******* nömrəli inzibati haqqında protokola əlavədən görünür ki, şöbənin icraatında “xxxx” MMC-nin borclu olduğu, ümümi məbləği cəmi 1974799,89 manat təşkil edən tələbkarlara ödənilməli olan 13 ədəd icra işi vardır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3696/2019 saylı, xx.xx.2019-cu il tarix icra sənədinə əsasən borclu “xxxx” MMCdən və Şəxs cəmi 210162,46 manat borc və 30,40 manat dövlət rüsumu tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 1035/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu “xxxx” MMC-dən 13648,14 manat məbləğində əsas borc, ödənilməmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-1046/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 144113,5 manat məbləğində əsas borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(82)-1041/2019 saylı, xx.xx.2019-cu tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 326484,72 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1014/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 222901,15 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Bank "xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-456/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 288.88 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-576/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu “xxxx” MMC-dən 546866,47 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti borclu “xxxx” MMC-dən tutularaq tələbkar “xxxx” ASC-yə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-471/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 22786 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi" publik hüquqi şəxsinin xeyrinə ödənilməlidir. Borclu "xxxx" MMC-dən 29,30 manat dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 530/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 98596.49 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin X2 xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-524/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 100000 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-667/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 3617 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-503/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 100000 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Xəzər rayon Məhkəməsinin 2(003)-2896/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən "xxxx" MMC-dən cəmi 353640,85 manat məbləğində pul vəsaiti tutularaq “xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədləri şöbənin icraatına müxtəlif tarixlərdə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün müvafiq məhkəməyə və tələbkarlara göndərilmişdir. İcra sənədlərinin icra ounması məqsədi ilə borclu “xxxx" MMC-nin mülkiyyətində olan əmlaklar barədə sorğu edilmiş, borclunun adına tələbin yönəldilə biləcəyi daşınmaz əmlak aşkar edilməmişdir. “xxxx" MMC-nin bank hesabları mövcud olsa da, həmin hesablarda tələbi tam təmin edə biləcək vəsaitlər olmadığından borc məbləğinin tələbkarlara ödənilməsi mümkün olmamışdır. İcra sənədləri üzrə borclu "xxxx" MMC-nin bank hesabları “xxxx”xxxx“xxxx” QSC, “xxxx”xxxx“xxxx”xxxx“xxxx"xxxx“xxxx”xxxx“Rabitəbank’xxxx‘Unibank”xxxx“xxxx” ASC və s.də olduğu aşkar edilmiş və buna baxmayaraq qeyd olunan bank hesablarına iddianın təmin tədbirləri ilə həbs qoyulduğuna görə icra sənədləri üzrə borc məbləğlərinin ödənilməsi mümkün olmamışdır. Eyni zamanda borclunun icra vərəqələrində göstərilən ünvanında olarkən borclu cəmiyyətin həmin ünvanda fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron portalından əldə edilmiş məlumatda borclu “xxxx" MMC-nin rəhbərinin Şəxs olduğu göstərilmişdir. Həyata keçirilmiş icra tədbirləri nəticəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 məktubuna əsasən borclu "xxxx" MMC-yə məxsus “Nissan X-Trail” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən olmuşdur. Nərimanov Rayon məhkəməsinin 8(005)-357/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən icra sənədləri icra olunanadək “xxxx” MMC-nin rəhbəri xx.xx.1984-cü il təvəllüdlü Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İcra sənədinin icrası ilə bağlı borclu “xxxx" MMC-nin rəhbəri Şəxs şöbədə olmamış və ondan icra sənədlərinin icrası ilə bağlı izahat alınmamışdır. Borclu “xxxx" MMC-dən Nərimanov Rayon Məhkəməsinin 2(005)-3696/2019 saylı, xx.xx.2019-cu il tarixli və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1014/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə borc məbləğlərindən onun əmlakları hesabına tələbkarlara qismən ödəniş edilmişdir. Bununla da borclu “xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburu olan məhkəmə qərarlarının icrasını təmin etməmiş, icra sənədi üzrə tələbləri müəyyən edilmiş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirildiyindən, o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında icra işinin materiallarına əsasən müəyyən olunur ki: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)- 3696/2019 nömrəli icra sənədindən görünür ki, “xxxx” MMC-dən və Şəxs 204526,62 manat məbləğində əsas borc, 5635,84 manat məbləğində faiz borcu, cəmi 210162,46 manat borc və 30,40 manat dövlət rüsumu “xxxx” ASC-nin xeyrinə tutulmalıdır; “İcraata başlamaq haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan və həmin tarixli e168652/2019-15-4 nömrəli bildirişin surətindən görünür ki, borclu “xxxx” MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-3696/2019 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; “Borclunun əmlakının axtarılması haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, böyük icra məmuru X6 tərəfindən borclu “xxxx” MMC-nin əmlakının axtarılmasına başlanılmışdır; 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(082)- 1035/2019 nömrəli icra sənədindən görünür ki, cavabdeh “xxxx” MMC-dən 12.998,23 manat məbləğində əsas borc, 649,91 manat məbləğində cərimə, ccəmi 13.648,14 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir; “İcraata başlamaq haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan və həmin tarixli e1933343/2019/2019-15-4 nömrəli bildirişin surətindən görünür ki, borclu “xxxx” MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(082)-1035/2019 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(082)- 1014/2019 nömrəli icra sənədindən görünür ki, cavabdeh “xxxx” MMC-dən 220.076,15 manat əsas borc, 2825 manat faiz borcu, cəmi 222.901,15 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaiti tutularaq Bank “xxxx” ASC-yə ödənilməlidir; “İcraata başlamaq haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan və həmin tarixli e190477/2019/2019-15-4 nömrəli bildirişin surətindən görünür ki, borclu “xxxx” MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(082)-1014/2019 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(082)- 1014/2019 nömrəli icra sənədindən görünür ki, cavabdeh “xxxx” MMC-nin “xxxx” ASC-də olan AZ35PAHA40060AZNHCO190013176 saylı hesablaşma hesabı üzərinə 238.232,44 manat məbləğində pul vəsaitinə həbs qoyulmuşdur; Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-456/2020 nömrəli icra sənədindən görünür ki, cavabdeh “xxxx” MMC-dən 275,54 manat məbləğində cavabdehin hesabında qalmış pul vəsaiti və 13,34 manat məbləğində xidmət haqqı, cəmi 288,88 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X4 ödənilməlidir; “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan və həmin tarixli 55351/2020-15-4 nömrəli bildirişin surətindən görünür ki, borclu “xxxx” MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-456/2020 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-576/2020 nömrəli icra sənədindən görünür ki, 546866,47 manat məbləğində pul vəsaiti “xxxx” MMC-dən tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir; “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan və həmin tarixli e62534/2020-15-4 nömrəli bildirişin surətindən görünür ki, borclu “xxxx” MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-576/2020 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-471/2020 nömrəli icra sənədindən görünür ki, cavabdeh “xxxx” MMC-dən 22186 manat məbləğində əsas borc və 600 manat məbləğində cərimə, cəmi 22786 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət İmtihan Mərkəzi publik hüquqi şəxsinə ödənilməlidir; “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan və həmin tarixli e63329/2020-15-4 nömrəli bildirişin surətindən görünür ki, borclu “xxxx” MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-471/2020 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-530/2020 nömrəli icra sənədindən görünür ki,xx.xx.2017-ci il tarixli, 48/17-EP nömrəli müqavilə üzrə yaranmış 98596,49 manat məbləğində borc cavabdeh “xxxx” MMC-dən tutularaq iddiaçı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X5 ödənilməlidir; “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan və həmin tarixli e63517/2020-15-4 nömrəli bildirişin surətindən görünür ki, borclu “xxxx” MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-530/2020 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Bakı Kommersiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(113)-524/2019 nömrəli icra sənədindən görünür ki, cavabdeh “xxxx” MMC-dən 100.000 manat məbləğində cərimə və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulmalıdır; “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan və həmin tarixli 64243/2020-15-4 nömrəli bildirişin surətindən görünür ki, borclu “xxxx” MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(113)-524/2019 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-667/2020 nömrəli icra sənədindən görünür ki, cavabdeh “xxxx” MMC-dən 3587 manat məbləğində borc və 30 manat dövlət rüsumu olmaqla, 3617 manat məbləğində pul tutularaq “BBTV Kommunikeyşn” MMC-yə ödənilməlidir; “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan və həmin tarixli e64663/2020-15-4 nömrəli bildirişin surətindən görünür ki, borclu “xxxx” MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-667/2020 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-503/2020 nömrəli icra sənədindən görünür ki, cavabdeh “xxxx” MMC-dən 100.000 manat və ödənilmiş dövlət rüsumu 30 manat məbləğində pul “xxxx” MMC-nin xeyrinə ttulmalıdır; “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan və həmin tarixli e64663/2020-15-4 nömrəli bildirişin surətindən görünür ki, borclu “xxxx” MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-503/2020 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(082)-1041/2019 nömrəli icra sənədindən görünür ki, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 324.661,28 manat (üç yüz dörd min altı yüz altmış bir manat iyirmi səkkiz qəpik) məbləğində əsas borc, borcun gecikdirilməsinə görə hesablanmış 1823,44 manat (bir min səkkiz yüz iyirmi üç manat qırx dörd qəpik) məbləğində faiz, cəmi 326.484,72 manat (üç yüz iyirmi altı min dörd yüz səksən dörd manat yetmiş iki qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir; “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan və həmin tarixli 27735/2020-7-5 nömrəli bildirişin surətindən görünür ki, borclu “xxxx” MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(082)-1041/2019 nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-1046/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, borclu "xxxx" MMC-dən 131.012,27 məbləğində əsas borc, xx xxx 2019-cu il tarixdən qətnamə çıxarıldığı tarixə kimi hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0,05 faizi olmaqla hesablanmış 13.101.23 manat cərimə, cəmi 144113,5 manat məbləğində borc, ödənilməmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir; “İcraata başlamaq haqqında” xx.xx.2020-ci il tarixli qərardan və həmin tarixli 28526/2020-15-4 nömrəli bildirişin surətindən görünür ki, borclu “xxxx” MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Kommersiya Məhkəməsinin 2- 2(82)-1046/2019 saylı, xx.xx.2019-cu il nömrəli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Xəzər Rayon Məhkəməsinin 2(003)-2896/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, cavabdeh "xxxx" MMC cəmi 353610,85 manat və 30 manat dövlət rüsumu, cəmi 353, 640,85 manat tutularaq “xxxx" ASC-yə ödənilməlidir; “İcraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərardan və həmin tarixli e2975/2021-15-19-003 nömrəli bildirişin surətindən görünür ki, borclu “xxxx” MMC-yə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Xəzər Rayon Məhkəməsinin 2(003)-2896/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-357/2020 nömrəli, xx.xx.2020ci il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3696/2019 saylı, xx.xx.2019-cu il tarixli, 2 saylı Bakı inzibati-lqtisadi Məhkəməsinin e-2- 2(82)-1035/2019 saylı, xx.xx.2019-cu il tarixli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(82)- 1046/2019 saylı, xx.xx.2019-cu il tarixli və Sumqayıt İnzibati-lqtisadi Məhkəməsinin 2- 2(82)-1041/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədlərinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədləri tam icra olunanadək "xxxx" MMC-nin rəhbəri xx.xx.1984-cü il il tarixdə Bakı şəhərində anadan olmuş Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır; “İcra sənədinin ümumi icraata birləşdirilməsi haqqında” xx xxxxxx 2021-ci il tarixli qərardan görünür ki,Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinin icra böyük icra məmuru Cəmil Tağıyev tərəfindən xx.xx.2019-cu il tarixdə icraata daxil olmuş Nərimanov Rayon Məhkəməsinin 2(005)-3696/2019 saylı, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixdə icraata daxil olmuş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(82)-1035/2019 saylı, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixdə icraata daxil olmuş Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-1046/2019 saylı, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixdə icraata daxil olmuş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(82)-1041/2019 saylı, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixdə icraata daxil olmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1014/2019 saylı, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixdə icraata daxil olmuş Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-456/2020 saylı, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixdə icraata daxil olmuş Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-576/2020 saylı, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixdə icraata daxil olmuş Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 471/2020 saylı, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixdə icraata daxil olmuş Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-530/2020 saylı, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixdə icraata daxil olmuş Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-667/2020 saylı, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixdə icraata daxil olmuş Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-524/2020 saylı, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixdə icraata daxil olmuş Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-503/2020 saylı, xx.xx.2020ci il tarixli və xx.xx.2021-ci il tarixdə icraata daxil olmuş Xəzər Rayon Məhkəməsinin 2(003)-2896/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında icra işinin materialları ilə müəyyən edildi ki, icra sənədləri şöbənin icraatına müxtəlif tarixlərdə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün müvafiq məhkəməyə və tələbkarlara göndərilmişdir. İcra sənədlərinin icra ounması məqsədi ilə icra tədbirləri həyata keçirilmiş və borclu “xxxx” MMC-nin mülkiyyətində olan əmlaklar barədə sorğu edilmiş, borclunun adına tələbin yönəldilə biləcəyi daşınmaz əmlak aşkar edilməmişdir. Borclunun icra vərəqələrində göstərilən ünvanında olarkən cəmiyyətin həmin ünvanda fəaliyyət göstərmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergiər Nazirliyinin elektron portalından əldə edilmiş məlumatda borclu “xxxx" MMC-nin rəhbərinin Şəxs olduğu göstərilmişdir. Borclu “xxxx" MMC-dən Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3696/2019 saylı, xx.xx.2019-cu il tarixli və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2- 2(82)-1014/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə borc məbləğlərindən onun əmlakları hesabına tələbkarlara qismən ödəniş edilmişdir. Qeyd olunanlar borclu vəzifəli şəxs tərəfindən icra sənədinə əsasən onun üzərinə qoyulan tələblərin tam icra olunmaması onun tərəfindən icra sənədinin üzrsüz səbəbdən və qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilməsinə əsas verir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Hazırki iş üzrə borclu vəzifəli şəxs icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədi üzrə tələbləri qərəzli olaraq yerinə yetirməmişdir. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə vəzifəli şəxs “xxxx” MMC-nin rəhbəri Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri vardır və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, həmçinin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə də, məhkəmə hesab edir ki, vəzifəli şəxs “xxxx” MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında İXM-in 32 və 33-cü maddələrinə müvafiq olaraq vəzifəli şəxs “xxxx” MMC-nin rəhbəri Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, “xxxx” MMC-nin rəhbəri Şəxs icra sənədinin icrasını qərəzli olaraq təmin etmədiyini, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarlarının icra edilməməsini, həmçinin inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, “xxxx” MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar