Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-271/2025 04.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X4, X1 iştirakları ilə, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verilmiş şikayət barədə X5 şikayət ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X10 Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xx.xx.2024-cü il tarixində barəsində AYN ******* saylı elektron qərar tərtib edilmişdir. Elektron qərarda qeyd edilir ki, xx.xx.2024-cü il tarixində, saat 07:53:19-da Toyota LAND- CRUİSER-PRADO minik markalı, ** HN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Dəlidağ- 20684 parklanma yerində (müvafiq vol nişanları və nişanlama xətləri ilə müəyyən edilmiş parklanma üsulunun sürücüsü tərəfindən pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma verində qanuna uyqun parklanması qeyri-mümkün olduqda) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346-1.2 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 346-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 20 (iyirmi) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. AYNA Çağrı mərkəzinə ünvanladı xx.xx.2024-cü il tarixli, AYN ******* saylı elektron qərarın əsassız olması barəsində olan müraciətinə Ağentliyin idarə heyətinin sədr müavini Natiq Dadaşovun imzası ilə rəsmi cavab verilmişdir. Cavab məktubunda ağentliyin məsul işçisi elektron qərarın əsaslı olduğunu qeyd etmişdir. AYNA-nın rəsmi cavabını əsassız hesab edərək, Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyinə xx.xx.2024-cü il tarixli, Dəlidağ-20684 parklanma yerində AYNA tərəfindən barəmdə tərtib edilmiş AYN ******* saylı elektron qərarın ləğv edilməsi müraciətinə, yenə AYNA-nın həmin məmuru eyni formada rəsmi cavab vermişdir. Bununla əlaqədar bildirir ki, o işi ilə əlaqədar AYNA-nın parklanma dayanacaqlarından müntəzəm istifadə etməyə məcburdur. Ona görə, parklanma barəsində olan qayda və qanunlara mütəmadi olaraq əməl edir. Hesab edir ki, barəsində tərtib edilmiş AYN ******* saylı elektron qərar əsassızdır. Çünki, xx.xx.2024-cü il tarixində, saat 07:53:19-da, Dəlidağ-20684 dayanma parkında nizamlama xətləri ilə müəyyən edilmiş parklanma üsulu səkiyə bucaq altında çəkilmişdir. Ətrafdakı digər nəqliyyat vasitələridə dayanacaqda səkiyə bucaq altında nizamlama xəttinə uyğun saxlanmışdır. O da digər avtomobillərin saxlandığı kimi, yəni nizamlama xəttinə uyğun saxlamışdır. Bu halda, avtomobili başqa formada saxlamaq imkanı olmamışdır. Əlavə olunmuş fotolardan da görünür ki, Parklanma yerində müvafiq yol nişanı ilə dayanacaqda olan nişanlama xətləri fərqlidir. Sürücü avtomobilini saxlayan zaman nizamlama xəttinə üstünlük verir. Yəqin ki, nizamlama xətləri olan parklanma yerlərində avtomobili yolun hərəkət hissəsində saxlayib, avtomobildən düşərək parklanma lövhəsinə baxıb yenidən avtomobili lövhəyə uyğun dayanacaqda saxlamaq sürücülərdə xaos və çaşqınlıq yaradar. Digər tərəfdən, hesab edir ki, AYNA-nın müvafiq işçiləri öz vəzifələrinə məsuliyyətsiz yanaşmış, məlumatverici nişanı dəyişdikləri halda, nizamlama xətlərini köhnə formada saxlamışlar. Bu isə AYNA-nın aidiyyəti işçilərinin süni surətdə əsassız elektron qərarların tərtib olunmasına şərait yaradır. Hesab edir ki, bu cür hallar qanunvericiliyə ziddir və aidiyyəti işçilərin məmur özbaşinalığı, səlahiyyətlərindən sui istifadə, dövlətçiliyə qarşı naraziliq hissi yaradır. xx.xx.2024-cü il tarixində barəsində AYN ******* saylı qərara xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X8 Tağı oğlu şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv olunaraq icrasına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X7 etiraz edərək bildirmişdir ki, icraatıda olan 3(005)-271/2025 nömrəli iş üzrə 28 noyabr 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan barəsində icraat aparılan X10 tərəfindən verilmiş şikayət qanunvericiliyin tələbləri baxımından əsassız olduğundan təmin edilməməli və AYNA-nın 28 noyabr 2024-cü il tarixli AYN ******* saylı qərarı qüvvədə saxlanmalıdır. Belə ki, X1 idarə etdiyi “TOYOTA LAND-CRUİSER-PRADO MİNİK” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə, saat 07:53:19-da Nərimanov rayonu Dəlidağ küçəsində yerləşən 20684 nömrəli parklanma yerində parklanma qaydalarını pozaraq parklanması, inzibati xəta hadisəsini fiksə edən fotoşəkillərdə də göründüyü kimi təsdiq olunur. Qeyd olunanlara əsasən AYNA tərəfindən X10 barəsində 28 noyabr 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. AYNA tərəfindən qərar qanuna əsasən qəbul edilmişdir. Hesab edir ki qərar qüvvədə saxlanılmalıdır. AYNA parklanma verlərini müəyyənləşdirir, onları təşkil və idarə edir. Bildiririk ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi AYNA parklanma yerlərini müəyyənləşdirir, onları təşkil və idarə edir, parklanma yerlərində nəqliyyat vasitələrinin parklanmasına dair tələblərə əməl olunmasına nəzarət edir və parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə tədbirlər görür. “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinin 1-ci hissəsinə əsasən dövlət avtomobil yollarında parklanma yerləri Bakı şəhərinin inzibati ərazisində AYNA tərəfindən müəyyən olunur. Həmin maddənin 2-ci hissəsinə əsasən parklanma yerləri bələdiyyə yollarında bələdiyyələr, özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən Bakı şəhərinin inzibati ərazisində AYNA ilə razılaşdırılmaqla təşkil edilir. Eyni zamanda “Yol hərəkəti haqqında” Qanunun 53-cü maddəsinə əsasən Parklanma yerləri ödənişli və ödənişsiz ola bilər. Parklanmaya görə ödəniş parkomat (nağd qaydada və ya plastik kartla), SMS, elektron ödəmə sistemləri və ya internet vasitəsilə həyata keçirilir. Bu zaman ödənişə dair məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür. X3 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması üçün səbəbdir. AYNA tərəfindən qərar qanuna əsasən qəbul edilmişdir. Hesab edirik qərar qüvvədə saxlanılmalıdır. “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 61-ci maddəsinin İ hissəsinə əsasən Yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır. Həmin maddəsinin Vl-İ hissəsinə əsasən Müvəqqəti yol nişanlarının tələbləri ilə daimi yol nişanlarının, nişanlama xətlərinin və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti yol nişanlarına üstünlük verilməlidir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Həmçinin qanunvericiliyin tələbinə uyğun olaraq, bütün ödənişli parklanma verlərinda Agentlik tərəfindən istifadəçilər ücün aydın görünən verdə və oxuna bilən ölçülərdə məlumat lövhələri yerləşdirilmişdir. Həmin lövhələrdə parklanma məntəgəsinin nömrəsi, parklanmava görə ödənişin məbləği və parklanmaya görə ödəniş üsulları: həmçinin parklanma verlərindən istifadə gavdalarına dair məlumatlar yerləşdirilmişdir. Hər bir sürücü ödənişli parklanma məntəgəsinə daxil olarkən həmin məlumatlarla tanış olmalı və özünə uyğun ödəniş vasitəsini seçməlidir. Sözügedən ərazidə (Dəlidağ küçəsindəki 20684 nömrəli parklanma verində) parklanma löhfəsində 7.6.1 - Nəqliyyat vasitəfərınin duracaqa qovulma üsulu məlumatlandırıcı nişan» ilə birlikdə 5.15 nişanıda təşkil edilmişdir. X2 tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 07:53:19-da Nərimanov rayonu Dəlidağ küçəsində yerləşən 20684 nömrəli parklanma yerində nəqliyyat vasitəsini bucaq altında saxlayaraq (7.6.1 - nişanının tələblərini pozaraq) parklanma üsulu kobud şəkildə pozulmuşdur. İXM-nin 346-1.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə «fcCmanat/20 manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Eyni zamanda İXM-nin 122.2-ci maddəsinin tələblərinə əsasən (inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır) Beləliklə hesab edir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X10 şikayəti əsassızdır və təmin edilməməlidir. Şikayətçinin iş üzrə icraata xitam verilməsi barədə xahişi də hüquqi baxımdan əsassızdır. Belə ki, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas kimi həmin Məcəllənin 53-cü (İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar) maddəsində nəzərdə tutulmuş hallar müəyyən olunmalıdır. Hazırkı işdə isə belə halların heç biri yoxdur. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Yol hərəkəti haqqında Qanununu 53, 61-ci maddələrini və 4 saylı əlavəsini, İnzibati Xətalar Məcəlləsinin 53, 99,121.1 və 346-1.2-ci maddələrini, Azərbaycan Respublikasının Prezidentinin 19 aprel 2023-cü il 2109 nömrəli və 13 mart 2024-cü il 20 nömrəli Fərmanlarını nəzərə alaraq xahiş edir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 28 noyabr 2024-cü il tarixli AYN ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından X10 tərəfindən verilmiş şikayət əsassız və qanunsuz olduğundan təmin edilməsin, AYNA-nın 28 noyabr cü il tarixli AYN ******* saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X10 parklanma yerində müvafiq yol nişanları və nişanlanma xətləri ilə müəyyən edilmiş parklanma üsulunu pozumuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 20 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, X5 inzibati icraat zamanı qaydaların pozulması barədə dəlilləri əsassız olmaqla hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəmə şikayət verən şəxs X6 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 346-1.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 42.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə bu Məcəllənin 40.0.3-cü maddəsində nəzərdə tutulan orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Prezidentinin İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı haqqında” 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanının 17.0cı bəndinə əsasən Bakı Nəqliyyat Agentliyi adından Məcəllənin 319.1-ci, 320.1-ci və 322.0.3– 322.0.6-cı maddələrində (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə), 346-1.1-ci, 346-1.5-ci və 350.2-ci maddələrində (Bakı şəhərinin inzibati ərazisində), habelə iş üzrə icraat Agentliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1-ci və 322.0.7-ci maddələrində (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya və taksi minik avtomobilləri ilə sərnişindaşımaya münasibətdə), 346-cı, 346-1.2 – 346-1.4-cü, 352.0.2-ci, 354.0.1-ci, 354.0.4-cü, 354.0.5-ci və 354.0.8-ci maddələrində (Bakı şəhərinin inzibati ərazisində) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – İdarə Heyətinin sədri, onun müavinləri, Aparat rəhbəri və şöbə müdirləri. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.33-2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346- 1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi baxır. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2023-cü il tarixli 2109 nömrəli Fərmanının 1ci bəndinə əsasən Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilmişdir. Həmin Fərmanın 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilmişdir. “Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 7.4-cü maddəsinə əsasən dövlət orqanının adı dəyişdirildikdə və ya bu orqan adının dəyişdirilməsinə səbəb olan birləşmə, qoşulma, çevrilmə yolu ilə yenidən təşkil edildikdə, əvvəlki adı əks etdirən normativ hüquqi aktlarda ad dəyişmə hissəsində dəyişikliklər edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 09 iyul 2024-cü il tarixli qərardaddında qevd olunmuşdur ki, ümumiyyətlə dövlət orqanlarının hüquqi varisliyinin universal (məsələn, mövcud dövlət orqanı ləğv edildikdə, yenidən təşkil edildikdə) və sinqular (məsələn, mövcud dövlət orqanının səlahiyyətlərinin yeni yaradılmış orqana ötürülməsi) formaları mövcuddur. Publik hüquqi münasibətlərində, hətta dövlət orqanı ləğv edildikdə, publik hüquqi münasibətlər xitam olunmur, belə ki. bu münasibətlərin tərəfi dövlətin özüdür, dövlət orqanları isə dövlətin funksivasınının icraçısıdır. Dövlət orqanları (qurumu) publik hüquq münasibətlərində hakimiyyət səlahiyyətlərinə malik xüsusi publik subyekt olaraq iştirak edir və onların arasında hüaua varisliyi maddi hüququn keçməsi ilə deyil. hüquqi statusun və səlahiyyətlərin (funksional hüquq varisliyi) keçməsi ilə şərtləndirilir. Dövlət orqanlarının (qurumlarının) funksional hüquq varisliyi məsələsi tənzimlənərkən digər sahələrdə olduğu kimi, inzibati xətalar sahəsində də dövlət orqanlarının (qurumunun) üzərinə düsən vəzifələrin icra edilməsinin davam etməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əks təqdirdə inzibati xəta qanunvericiliyin prinsiplərinin, o cümlədən inzibati məsuliyyətin qacılmazlıqı prinsipinin təmin edilməsinə, inzibati xəta nəticəsində zəzər cəkmis şəxsin hüquqlarının həyata keçirilməsinə xələl yetirilmiş olar. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 7.4-cü maddəsinin mənasına görə, dövlət orqanı qoşulma şəklində yenidən təşkil edildiyi halda qoşulan orqanın (hazırkı halda Bakı Nəqliyyat Agentliyinin) adı dəyişilir və bu səbəbdən müvafiq normativ hüquqi aktlarda addəyişmə hissəsində dəyişikliklər edilənədək əvvəlki adı aks etdirən normativ hüquqi aktların adı dəyişdirilmiş (yeni yaradılmış) orqana şamil olunur. Burada xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasİ Prezidentinin 2022-ci il 8 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsinin” 3.1.2-ci maddisinə əsasən, müvafiq sahədə inzibati xəta əlamətləri aşkar edildikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllləsinə uyğun olaraq tədbirlər görmək Agentliyin vəzifəsi kimi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Palatası hesab edir ki, “İnzibati Xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanı ilə İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Bakı Nəqliyyat Agentliyindən funksional hüquqi varislik qaydasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsinə ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.2-ci maddəsinə əsasən Parklanma yerində müvafiq yol nişanları və nişanlama xətləri ilə müəyyən edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində qanuna uyğun parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdıqda– iyirmi manat məbləğində cərimə edilir. İXM-in 127-2.1-ci maddəsinə əsasən bu Məcəllənin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə əlaqədar inzibati tənbeh vermə haqqında elektron qərar parklanma yerlərində quraşdırılmış parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tərtib edilir. Bütün parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında həmin mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. İXM-in 127-2.2-ci maddəsinə əsasən parklanma yerlərində quraşdırılmış parkomat və foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına, parklanma müddətinə (parklanma yerinə daxil olması və oranı tərk etməsinə) və parklanmaya görə edilmiş və ya edilməmiş ödənişlərə, habelə 24 saatdan artıq müddətdə parklanma yerində saxlanılan nəqliyyat vasitələrinə dair məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş AYN seriyalı ******* nömrəli, xx.xx.2024-cü tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X5 şikayəti təmin edilməsin. Qərardadın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-271/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-271/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver