Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2713/2023 19.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunu katibliyi ilə, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X5 prospektində BMW markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol patrul xidməti inspektoru mənə dayanma əmri verərək məni saxladı. Bundan sonra əməkdaş mənə idarə etdiyim avtomobillə yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etmədiyini, yəni zolaq üzrə düz istiqamətdə getməli olduğu halda yol ayrıcından sola döndüyünü bildirərək Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini və buna görə də barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə 40 manat miqdarında cərimə olunacağımı dedi. O, inspektorun fikri ilə razılaşmayaraq hər hansı bir yol hərəkəti qaydasını pozmadığını, hərəkətdə olduğu zolaqdan sola dönməni qadağan edən hər hansı bir nişanın olmadığını bildirdi. O inspektorun onun inzibati xəta törətməyi ilə bağlı fikri ilə razı olmadığı üçün protokol və ya qərar qəbul etməməsini xahiş etmişdir. İnspektor isə onunla eyni fikirdə olmadığı üçün barəsində inzibati xəta törətməyimlə bağlı İXP4891767 nömrəli protokol tərtib edərək, tərtib edilən protokola baxılması zamanı iştirak edib öz şikayətimi bildirməyi təklif etdi. Daha sonra həmin protokola baxılması ilə bağlı mənə nə rəsmi, nə də şifahi məlumat verilməmiş, xx.xx.2023-cü il tarixədək də həmin protokol üzrə mənfi və ya müsbət qərar qəbul edilməmişdir. xx.xx.2023-cü il tarixdə isə mənə mobil telefon vasitəsilə mesaj göndərilərək həmin prokotol üzrə barəmdə eyni tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyi bildirildi. Qəbul edilmiş qərarla bağlı qeyd etmişdir ki, həmin qərar qəbul edilməsi zamanı Azərbaycan Respublikası qanunvericiliyinin bir sıra normaları pozulmuş, habelə inzibati xəta törətmədiyim halda barəmdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Barəsində inzibati xəta haqqında protokol xx.xx.2022-ci ildə tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar isə xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Qeyd edilən normalardan göründüyü kimi barəmdə tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin müvafiq maddələrinin tələblər pozulmaqla qəbul edilmişdir. Bununla yanaşı, barəmdə olan inzibati xəta haqqında işə iştirakı olmadan baxılmış, iştirak etmədiyinun səbəbləri müəyyənləşdirilməmişdir, yəni işə baxılması haqqında ona rəsmi və ya şifahi məlumat verilməməklə həmin işdə iştirak edib öz hüquqlarını müdafiə etməyi əsassız olaraq təmin edilməmişdir. Daha sonra tərəfindən xx.xx.2023-cü il tarixli qərardan məhkəməyə şikayətlə müraciət edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsi tərəfindən 18.04.203-cü il tarixli qərarla xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı elektron qərar ləğv edilmiş və işə yenidən baxılması Bakı şəhər X7 İdarəsinə tapşırılmışdır. Bundan sonra Bakı şəhər DYPİ tərəfindən xx.xx.2023-cü il tarixdə iş üzrə yenidən inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar qəbul edilmişdir. Qeyd edilən işə baxılarkən barəsində icraat aparılan şəxs olmağına baxayaraq, ona işə baxılmasının vaxtı və yeri barədə şifahi və ya yazılı məlumat verilməmiş, o cümlədən iştirakım olmadan işə baxılmaqla əleyhimə qərar qəbul edilmişdir. Bununla da işin halları üzrə şikayətimə mahiyyəti üzrə baxılmamış, ilkin qərarın məhkəmə tərəfindən ləğv olunması üçün əsas olmuş pozuntular aradan qaldırılmamış, iş üzrə hər hansı bir araşdırma aparılmadan formal qərar qəbul edilmişdir. Qeyd edilən pozuntulardan başqa bildirmişdir ki, o qeyd edilən hadisədə inzibati xəta törətməmişdir. Belə ki, hərəkətdə olduğu zolaq üzrə sola dönmənin qadağan edilməsi, eləcə də həmin zolaq üzrə düz istiqamətdə hərəkətin davam etdirilməli olduğunu bildirən hər hansı bir məcburi hərəkət istiqaməti və ya məlumatvericigöstərici nişa olmamışdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 qərardan verilmiş şikayət üzrə ötürülmüş müddətin bərpa edilməsini xahiş etmiş və şikayətin məzmununa uyğun çıxış edərək barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın həm prosessual pozuntularla qəbul edildiyi, həm də əməlində inzibati xəta tərkibi olmadığı üçün xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhər X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Baş Polis İdarəsinin X7 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2023-cü iltarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 (qırx) manat cərimə edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)- 1057/2023 saylı qərardan görünür ki, X2 şikayəti qismən təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)- 1057/2023 saylı qərardan görünür ki, X3 barəsində inzibati icraat qanun pozuntularına yol verilməklə aparılmışdır. Bununla bağlı məhkəmə qərar qəbul edərək yenidən hərtərəfli araşdırılması barədə materialları qərarı qəbul etmiş quruma göndərsə də barəsində protokol tərtib olunan şəxs polis idarəsinə dəvət edilmədən, pozuntu barədə video görüntülərin və digər təsdiqedici materiallar təqdim edilmədən, pozuntunun mahiyyəti barədə ətraflı məlumat verəmədən yenidən eyni məzmunlu qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq göstərilən qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Məhkəmə qeyd edir ki, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Bakı şəhəri DYPİ-nin TP seriyalı ******* nömrəli xx.xx.2023-cü iltarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2023cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-2713/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2713/2023
19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver