Məhkəmə qərarları › İş №3(005)-2716/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2716/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2716/2024 11.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Qərarından şikayət verilən orqan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X9 axtarış üzrə inspektoru X2, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs - X4 iştirakları ilə, X4 Nərimanov rayon DYPŞ tərəfindən qəbul edilmiş 03 avqust 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Nərimanov rayon DYPŞ tərəfindən qəbul edilmiş 03 avqust 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X7 şikayət ərizəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə Bakı şəhəri Nərimanov rayon X11 Şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə isə həmin protokol əsasında barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, İXM-nin 327.6 və 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinirək 100 manat məbləğində cərimə olunmuşdur. Qeyd edir ki, o, istinad olunan inzibati xətanı törətməmişdir. İXM-nin 327.6-cı maddəsinin tələbini pozmamışdır. O, yol nəqliyyat hadisəsi yerindən yayınmamışdır. Hadisə baş verdikdən sonra o, həmin avtomobilin zərər dəyən hissəsini videoya çəkmişdir və təxminən 10 dəqiqə hadisə yerində maşının sahibini gözləmişdir. Maşın sahibinin gec gələcəyini düşünüb öz mobil nömrəsini qeyd edərək, həmin avtomobilin ön hissəsinə yerləşdirmişdir. Bir müddət sonra həmin şəxs onunla əlaqə saxlamışdır və o, həmin şəxsə irad bildirmişdir ki, avtomobilə dəyən zərəri qarşılaya və ya təmir etdirə bilər. Aralarında razılıq olmuşdur. Bundan sonra onun cərimə olunmağı ilə bağlı qərar qəbul olunduğundan xəbərdar olmuşdur. Onun əməli ən yaxşı halda İXM-nin 327.1-ci maddəsi ilə qiymətləndirilə bilərdi. Lakin barəsində qərəzli olaraq qərar qəbul olunmuşdur. Həmin qərarla razı deyil. Ona görə elə hesab edir ki, həmin qərar ləğv olunmalıdır. Məhkəmə iclasında X7 verdiyi şikayətin məzmununa uyğun çıxış edərək məhkəmədən şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, qarşı tərəfin avtomobilində yüngül cızıq olmuşdur. Həmin avtomobilin üzərinə mobil nömrəsini yazıb qoyub getmişdir. Həmin şəxsin də ondan polisə şikayət etmə səbəbini bilmir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X9 axtarış üzrə inspektoru X6 çıxış edərək bildirmişdir ki, avtomobili zərər görən vətəndaş təmir üçün X3 900 manat istəmişdir. X7 isə vətəndaşa 50 manat təklif etmişdir. Bundan sonra vətəndaş 102 xidmətinə zəng edərək X3 şikayət edib. İş materiallarında olan Nərimanov rayon DYPŞ tərəfindən qəbul edilmiş 03 avqust 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X1 Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinib 100 manat cərimə edilmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - 40 manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Həmin maddənin qeyd hissəsinin 7-1-ci bəndində qeyd edilir ki, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilmir. İş materiallarında olan inzibati tənbeh etmə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 08:00-da X7 yol-nəqliyyat hadisəsi yerindən yayınma və əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğuna görə səlahiyyətli orqan tərəfindən cərimə edilmişdir. Lakin məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra sürücü, yəni X7 tərəfindən qarşı tərəfin avtomobilinə əlaqə saxlanılması üçün mobil nömrəsini qoymuş və daha sonra tərəflər hadisə ilə bağlı əlaqə saxlamışlar. Bu zaman tərəflər arasında dəymiş zərərin məbləği ilə bağlı mübahisə yaranmışdır. Tərəflər arasında yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə mübahisə olmamışdır. X4 yol-nəqliyyat hadisəsi törətdikdən sonra qarşı tərəfin avtomobilinə mobil nömrəsini qoyması onun təqsirini etiraf etməsinə dəlalət edir. Məhkəmə qeyd edir ki, X4 təqsirini etiraf edərək qarşı tərəfin avtomobilinə mobil nömrəsini qoyması və tərəflər arasında dəymiş zərərin ödənilməsi ilə bağlı danışıqların aparılması X4 hadisə yerindən yayınmamasını göstərir. Həmçinin məhkəmə qeyd edir ki, təqdim edilmiş sənədlərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, X7 30 iyul 2024-cü il tarixdə saat 08:00-da idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-YJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur. İş materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsinin əks edilməsinə dair sxemdən görünür ki, X7 hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq sol zolaqda hərəkətsiz olan “İnfinity” markalı, **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ hissəsindən vurmuşdur. Beləliklə məhkəmə hesab edir ki, X7 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində göstərilən inzibati xəta törədilməsə də, protokolda qeyd edilən digər maddə üzrə, yəni 327.1-ci maddəsində göstərilən inzibati xəta törədilmişdir. İnzibati Xətalar Məcəlləsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. 135.1 və 135.1.1-ci maddələrinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Nərimanov rayon DYPŞ-nin TP ******* nömrəli, 03 avqust 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı X4 İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilməli, İXM-in 327.1-ci maddəsi hissəsində isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X7 onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə tərtib edilmiş İXP ******* saylı 03 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Nərimanov rayon DYPŞ-nin qəbul etdiyi TP ******* nömrəli, 03 avqust 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı X4 Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsində təqsirli bilinməsi hissəsində ləğv edilsin. X7 onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə tərtib edilmiş İXP ******* saylı 03 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında Nərimanov rayon DYPŞ-nin qəbul etdiyi TP ******* nömrəli, 03 avqust 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı X4 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində təqsirli bilinməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar