Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-272/2021 19.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs- Novruzova Gövhər Zöhrab qızının, Müdafiəçi 14 saylı Vəkil Bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Ermənistan Respublikasının Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4854/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin tələbinə əsasən Novruzova Gövhər Zöhrab qızının övladı xx.xx.2015-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 15:00-dan 17:00-dək görüş vaxtı müəyyən edilmişdir. İcra sənədi Nərimanov rayon icra və probasiya şöbəsinin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş, müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək Şəxs qeydiyyatda olduğu ünvanına bildiriş göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Şəxs qeyd olunan icra vərəqəsinin real icrası üçün hərəkətsizlik nümayiş etdirir və G.Novruzovanın uşaqla görüş hüququnu təmin etmir. Zərərçəkmiş şəxs Novruzova Gövhər Zöhrab qızı məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs tərəfindən qeyd edilən icra vərəqəsi qərəzli şəkildə pozulur. Övladı ilə görüş hüququna şərait yaradılmır. İcra vərəqəsinin vaxtlı-vaxtında icra olunmasını və övladı ilə görüş hüququnun təmin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədinin vaxtlı-vaxtında icra olunmamasının səbəbi Süleyman Novruzovun anası ilə görüş hüququndan könüllü imtina etməsidir. Görüş zamanı övladı anası ilə ünsiyyətdə olduğu zaman onda psixoloji təsir yarandığı dəfələrlə müşahidə edilib. Görüş zamanı bitdikdən sonra aqressiv hal alır. Həmçinin görüşün təmin edilməsi ilə bağlı müxtəlif tarixlərdə oğlunu icra şöbəsinə gətirərkən anası ilə ünsiyyətdən imtina etmişdir. Yəni başqa sözlə desək icra vərəqəsinin icra olunmamasının səbəbi onunla bağlı deyil. Uşaq özü görüş hüququndan imtina edir. O da məcburiyyət nəticəsində övladının psixologiyasına mənfi təsir olmasın deyə icra vərəqəsini icra edə bilmir. Odur ki, göstərilənləri nəzərə alaraq qanuna müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4854/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin tələbinə əsasən Novruzova Gövhər Zöhrab qızının övladı xx.xx.2015-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 15:00-dan 17:00-dək görüş vaxtı müəyyən edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4854/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə Şəxs göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İş materiallarına əlavə edilmiş aktlar məhkəmə baxışında tədqiq edilərkən müəyyən edilmişdir ki, Şəxs tərəfindən icra sənədinin icra edilməməsinin səbəbləri qərəzli xarakter daşımamış, əksinə müəyyən edilmişdir ki, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərdə icra şöbəsinin inzibati binasında Gövhər Novruzova ilə Süleyman Novruzovun görüşü baş tutmuşdur. Görüş zamanı uşaq atanın yanından ayrılmamış, ana ilə bilavasitə ünsiyyətdə olmaqdan imtina etmişdir. Bununla yanaşı iş materiallarında olan sənədlərdən görünür ki, uşağın anası ilə ünsiyyətdə olduğu vaxt psixoloji təsirin yaranması müşahidə edildiyindən icra qurumu tərəfindən görüş zamanı uşaq üzrə psixoloq dəvət edilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-272/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-272/2021
19.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver