Məhkəmə qərarları › İş №3(005)-2721/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2721/2025

25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2721/2025 25.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə daxil olmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, MMC tərəfindən 210013.00 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürülmüş və 2 (iki) il müddətində 195940.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. İnzibati xəta xx.xx.2025-ci il tarixdə hüquqi şəxsin ünvan 1 ünvanında törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixli, PE2305C36AG- A-2 nömrəli müqavilə üzrə MMС tərəfindən ümumilikdə 2116855.00 ABŞ dolları məbləğində pul vəsaiti “X4”-ǝ avans yolu ilə qabaqcadan köçürülmüşdür. Belə ki, xx.xx.2023-cü il 503962.00 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 812893.00 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 210013.00 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə isə 589987.00 ABŞ dolları məbləğində vəsait göndərilmişdir. Bunun müqabilində X4 Şəxs MMC-yə 90 ədəd Hyundai markalı avtomobil satmışdır. Həmin avtomobillərin hamısı Azərbaycan Respublikası ərazisinə idxal edilmişdir. 90 ədəd avtomobildən 70 ədədi “40” tipli bəyannamə ilə idxal edilmiş, yerdə qalan 20 ədəd avtomobil isə “74” tipli bəyannamə ilə idxal edilərək sonradan “11” tipli bəyannamə ilə ixrac edilmişdir. Həmin 20 avtomobildən 6 ədədi hazırki inzibati xəta haqqında protokolun əsasını təşkil edən köçürmənin bağlanması üçün müvafiq banka təqdim edilmiş, bank isə həmin bəyannamələrin “idxal” bəyannaməsi olmaması iddiası ilə köçürməni həmin bəyannamələr ilə bağlamamışdır. Digər 14 avtomobilə dair inzibati xəta haqqında protokola dair 3(005)- 3244/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli Nərimanov Rayon Məhkəməsinin qərarı ilə hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd olunan qərardan hüquqi şəxs tərəfindən apellyasiya şikayəti hazırlanmışdır. Çünki Azərbaycan Respublikası Mərkəzi Bankının mövqeyi ilə razılaşsaq ki, “74” tipli bəyannamə “idxal” hesab edilmir, PE2305C36AG-A-2 nömrəli müqavilə üzrə köçürülmüş məbləğ (6 ədəd avtomobilə dair) ixrac əməliyyatının nəticəsi olaraq ölkəyə geri qaytarılmışdır. Bunu rahatlıqla həmin avtomobillərin ŞASSİ (BAN) nömrəsi ilə müəyyən etmək olar. “74” tipli bəyannamədə (qoşma vərəqində) avtomobilin hansı müqavilə üzrə idxal edildiyi qeyd olunmuşdur (PE2305C36AG-A- 2 nömrəli müqavilə). Həmin avtomobillərə dair digər ölkəyə satış zamanı hazırlanmış müqavilə, hesabfaktura (invoys), köçürmə sənədləri və SWİFT-lərdə avtomobillərin ŞASSİ (BAN) nömrəsini eyniləşdirmək mümkündür. Analoji işlər üzrə qəbul edilmiş məhkəmə qərarlarını təqdim edərək qeyd etmişdir ki, həmin qərarlarda avtomobillərin sonrakı satışı zamanı ölkəyə daxil olan pul vəsaitləri ilkin müqavilə üzrə köçürülmüş pul vəsaitlərin geri qaytarılması kimi qiymətləndirilmiş və Azərbaycan Respublikası Mərkəzi Bankı həmin mövqe ilə razılaşaraq qərarlardan şikayət verməmişdir (3(005)- 2186/2025; 3(005)-2048/2025). Məhkəmənin əvvəlki iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi X2 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etməklə bildirmişdir ki, Şəxs MMC tərəfindən müqavilə üzrə ölkə xaricinə köçürülmüşpul vəsaitlərinin əvəzində han ban nömrəli avtomobillərin gətiriləcəyi ilə bağlı hər hansı qeyd aparılmamış, ölkə ərazisinə gətirildiyi iddia edilən avtomobillər isə “74” tipli gömrük bəyannaməsi ilə gömrük anbarına yerləşdirilmişdir. Barəsində icraat aparılan hüquqi şəxsin mövqeyi ilə Mərkəzi bank ona görə razılaşmır ki, məhz müqavilədə ölkəyə idxal edilməli olan avtomobilləri eyniləşdirmək üçün hər hansı müddəa mövcud olmamışdır. Ona görə də “74” tipli gömrük bəyannaməsi ilə ölkəyə gətirilərək saxlanc anbarında saxlanıldıqdan sonra “11” tipli gömrük bəyannaməsi ilə təkrar ixrac edilən avtomobillərin məhz avans köçürülməsinin edildiyi müvafiq müqaviləyə aidiyyətini müəyyən etmək, iş üzrə bütün halları eyniləşdirmək mümkün deyildir. Həmçinin qeyd edilməlidir ki, “74” tipli gömrük bəyannaməsi ilə malların ölkəyə gətirilməsi malın ölkəyə idxal edilməsi kimi qəbul edilə bilməz. Ona görə də hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsaslıdır. İş materiallarında olan sənədlərin məhkəmə iclasında tədqiqi nəticəsində müəyyən edilmiş işin faktiki halları: "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 6-2-30/2-26843/2025 nömrəli məktubu və ona qoşma olan cədvəldən görünür ki, Şəxs MMC-nin hesabından “PE2305C36AG-A-2 nömrəli xx.xx.2023-cü il tarixli” müqavilə üzrə xx.xx.2023-cü il tarixdə qabaqcadan ödəniş edilmiş 210013.00 ABŞ dolları vəsaitin 195940.00 ABŞ dolları məbləğində hissəsi bəyan edilməmişdir. Şəxs MMC və “X4” arasında bağlanmış xx.xx.2023-cü il tarixli PE2305C36AG-A-2 nömrəli müqavilədən görünür ki, 2116855.00 ABŞ dolları müqabilində 90 ədəd avtomobilin alqı-satqısı üçün razılıq əldə olunmuşdur. “X4” tərəfindən Şəxs MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli təsdiq məktubundan görünür ki, aşağıda qeyd olunan avtomobillərin PE2305C36AG-A-2 nömrəli müqavilə üzrə olması təsdiq edilir:

1. Santa Fe 1.6 Hybrid 4WD-G0UL - KMHS3811DPU091812

2. Santa Fe 1.6 Hybrid 4WD-G0UL - KMHS3811DPU091610

3. Santa Fe 1.6 Hybrid 4WD-G0UL - KMHS3811DPU091511

4. Santa Fe 1.6 Hybrid 4WD-G0UL - KMHS3811DPU091718

5. Santa Fe 1.6 Hybrid 4WD-G0UL - KMHS3811DPU089879

6. Santa Fe 1.6 Hybrid 4WD-G0UL - KMHS3811DPU090006

7. Santa Fe 1.6 Hybrid 4WD-G0UL - KMHS3811DPU089991

8. Santa Fe 1.6 Hybrid 4WD-G0UL - KMHS3811DPU089983

9. Santa Fe 1.6 Hybrid 4WD-G0UL - KMHS3811DPU089925

10. Santa Fe 1.6 Hybrid 4WD-G0UL - KMHS3811DPU089959

11. Santa Fe 1.6 Hybrid 4WD-G0UL - KMHS3811DPU089946

12. Santa Fe 1.6 Hybrid 4WD-G0UL - KMHS3811DPU089909

13. Santa Fe 1.6 Hybrid 4WD-G0UL - KMHS3811DPU089921

14. Santa Fe 1.6 Hybrid 4WD-G0UL - KMHS3811DPU089862

15. Santa Fe 1.6 Hybrid 4WD-G0UL - KMHS3811DPU089892

16. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU270563

17. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU270542

18. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU270536

19. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU270526

20. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU270464

21. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU270437

22. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU270426

23. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU270406

24. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU276512

25. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU276506

26. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU276501

27. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU276495

28. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU276251

29. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU276247

30. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU276241

31. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU273356

32. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU273130

33. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU270401

34. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU270395

35. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU270390

36. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU270385

37. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU270379

38. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU270374

39. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU276148

40. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU276484

41. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU276480

42. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU276456

43. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU276445

44. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU276236

45. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU276230

46. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU276225

47. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU276208

48. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU272846

49. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU272659

50. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU270370

51. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU270365

52. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU276596

53. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU276590

54. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU276573

55. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU276562

56. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU276341

57. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU276335

58. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU276324

59. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU276318

60. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU273976

61. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU273750

62. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU270515

63. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU270505

64. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU270479

65. Venue 1.6 2WD-G-G0JW - KMHRC812BPU270442

66. Staria 2.2 8S A/T-G-G611 - KMHYC811BRU131573

67. Staria 2.2 8S A/T-G-G611 - KMHYC811BRU132028

68. Staria 2.2 8S A/T-G-G611 - KMHYC811BRU131921

69. Staria 2.2 8S A/T-G-G611 - KMHYC811BRU131772

70. Staria 2.2 8S A/T-G-G611 - KMHYC811BRU132088

71. Staria 2.2 7SANT-E-E408 - KMHYF811DRU132925

72. Staria 2.2 7S A/T-E-E408 - KMHYF811DRU132919

73. Staria 2.2 7S A/T-E-E408 - KMHYF811DRU132907

74. Staria 2.2 7S A/T-E-E408 - KMHYF811DRU132893

75. Staria 2.2 7S A/T-E-E408 - KMHYF811DRU132879

76. Staria 2.2 7S A/T-E-E408 - KMHYF811DRU132670

77. Staria 2.2 7S A/T-E-E408 - KMHYF811DRU132662

78. Staria 2.2 7S A/T-E-E408 - KMHYF811DRU132656

79. Staria 2.2 7S A/T-E-E408 - KMHYF811DRU132649

80. Staria 2.2 7S A/T-E-E408 - KMHYF811DRU132442

81. Staria 2.2 7S A/T-E-E408 - KMHYF811DRU132412

82. Staria 2.2 7S A/T-E-E408 - KMHYF811DRU132337

83. Staria 2.2 7S A/T-E-E408 - KMHYF811DRU133044

84. Staria 2.2 7S A/T-E-E408 - KMHYF811DRU133054

85. Staria 2.2 7S A/T-E-E408 - KMHYF811DRU133049

86. Staria 2.2 7S A/T-E-E408 - KMHYF811DRU132563

87. Staria 2.2 7S A/T-E-E408 - KMHYF811DRU132506

88. Staria 2.2 7S A/T-E-E408 - KMHYF811DRU130778

89. Staria 2.2 7S A/T-E-E408 - KMHYF811DRU130487

90. Staria 2.2 7S A/T-E-E408 - KMHYF811DRU130577 "xxxx" ASC-nin Şəxs MMC-nin rəhbərliyinə ünvanlandığı xx.xx.2025-ci il tarixli 6-2-52/2- 2368/2025 nömrəli məktubu və ona qoşma olan cədvəldən görünür ki, Şəxs MMC-nin AZ54İBAZ******************** saylı hesabından “X4” şirkətinə PE2305C36AG-A-2 müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 503962.00, xx.xx.2023-cü il tarixdə 812893.00, xx.xx.2023-cü il tarixdə 210013.00, xx.xx.2023-cü il tarixdə 589987.00 ABŞ dolları müqabilində avans şərti ilə köçürmələr icra olunmuşdur. Qeyd olunan avans köçürmələri əlavədə qeyd olunmuş yük gömrük bəyənnamələrinə əsasən tam və ya qismən bağlanmışdır. Bu məktuba əlavə olan cədvəl və “X4” tərəfindən Şəxs MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli təsdiq məktubu qarşılıqlı müqayisə edildikdə aşağıdakılar müəyyən olunur: - xx.xx.2023-cü il tarixli 503962.00 ABŞ dolları miqdarında avans yolu ilə edilmiş köçürmə **********0613, **********0660, **********5806, **********5072, **********6141, **********5085, **********5088, **********5091, **********5115, **********5117, **********5888, **********6182, **********5075 sorğu nömrəli 40 tipli (sərbəst dövriyyə üçün buraxılış) gömrük bəyannaməsi ilə tam olaraq - 503962.30 (0.30 ABŞ dolları artıq) ABŞ dolları həddində bağlanmışdır. **********0613 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal edilmiş nəqliyyat vasitəsinin 39130.00 ABŞ dolları dəyərinin 34402.90 ABŞ dolları hissəsi bu köçürməyə hesablanmış, qalıq 4727.10 ABŞ dolları hissəsi isə xx.xx.2023-cü il tarixli 589987.00 ABŞ dolları avans yolu ilə köçürmə üzrə nəzərə alınmışdır. Müəyyən edilir ki, bu bəyannamələr üzrə təsdiqedici məktubun 1-3, 4-13 və 15-ci sırasında göstərilən ban kodlu (KMHS3811DPU091812, KMHS3811DPU091610, KMHS3811DPU091718, KMHS3811DPU089879, KMHS3811DPU090006, KMHS3811DPU089991, KMHS3811DPU089983, KMHS3811DPU089925, KMHS3811DPU089959, KMHS3811DPU089946, KMHS3811DPU089909, KMHS3811DPU089921, KMHS3811DPU089892) nəqliyyat vasitələri ölkəyə idxal edilmişdir. - xx.xx.2023-cü il tarixli 812893.00 ABŞ dolları miqdarında avans yolu ilə edilmiş köçürmə **********7652, **********7664, **********8759, **********8831, **********8851, **********8853, **********8870, **********8881, **********8899, **********8920, **********8971, **********8997, **********9041, **********9053, **********9090, **********9099, **********9118, **********9206, **********9208, **********9216, **********9219, **********9223, **********9230, **********9249, **********9475, **********9494, **********9599, **********9615, **********5171, **********5186, **********5196, **********5209, **********7317, **********6794, **********6799, **********6803, **********6804, **********6808, **********6814, **********7050, **********7085, **********7095, **********7104, **********7235, **********7276, **********7295, **********7305, **********7363, **********7383, **********7405, **********7423, **********7613, **********7632 sorğu nömrəli 40 tipli (sərbəst dövriyyə üçün buraxılış) gömrük bəyannaməsi ilə tam olaraq - 812893.00 ABŞ dolları həddində bağlanmışdır. **********6814 və **********7632 sorğu nömrəli gömrük bəyannamələri üzrə idxal edilmiş nəqliyyat vasitəsinin 14143.00 ABŞ dolları dəyərinin 10272.00 və 10213.00 ABŞ dolları hissələri bu köçürməyə hesablanmış, müvafiq olaraq qalıq 3871.00 və 3930.00 ABŞ dolları hissələri isə xx.xx.2023-cü il tarixli 589987.00 ABŞ dolları avans yolu ilə köçürmə üzrə nəzərə alınmışdır. Müəyyən edilir ki, bu bəyannamələr üzrə təsdiqedici məktubun 16-63 və 66-70-ci sırasında göstərilən ban kodlu (KMHRC812BPU270563, KMHRC812BPU270542, KMHRC812BPU270536, KMHRC812BPU270526, KMHRC812BPU270464, KMHRC812BPU270437, KMHRC812BPU270426, KMHRC812BPU270406, KMHRC812BPU276512, KMHRC812BPU276506, KMHRC812BPU276501, KMHRC812BPU276495, KMHRC812BPU276251, KMHRC812BPU276247, KMHRC812BPU276241, KMHRC812BPU273356, KMHRC812BPU273130, KMHRC812BPU270401, KMHRC812BPU270395, KMHRC812BPU270390, KMHRC812BPU270385, KMHRC812BPU270379, KMHRC812BPU270374, KMHRC812BPU276148, KMHRC812BPU276484, KMHRC812BPU276480, KMHRC812BPU276456, KMHRC812BPU276445, KMHRC812BPU276236, KMHRC812BPU276230, KMHRC812BPU276225, KMHRC812BPU276208, KMHRC812BPU272846, KMHRC812BPU272659, KMHRC812BPU270370, KMHRC812BPU270365, KMHRC812BPU276596, KMHRC812BPU276590, KMHRC812BPU276573, KMHRC812BPU276562, KMHRC812BPU276341, KMHRC812BPU276335, KMHRC812BPU276324, KMHRC812BPU276318, KMHRC812BPU273976, KMHRC812BPU273750, KMHRC812BPU270515, KMHRC812BPU270505, KMHYC811BRU131573, KMHYC811BRU132028, KMHYC811BRU131921, KMHYC811BRU131772, KMHYC811BRU132088) nəqliyyat vasitələri ölkəyə idxal edilmişdir. - xx.xx.2023-cü il tarixli 210013.00 ABŞ dolları miqdarında avans yolu ilə edilmiş köçürmənin **********9110 sorğu nömrəli 40 tipli (sərbəst dövriyyə üçün buraxılış) gömrük bəyannaməsi ilə 14073.00 ABŞ dolları hissəsi bəyan edilmiş, 195940.00 ABŞ dolları hissəsi açıq qalmışdır. Müəyyən edilir ki, bu bəyannamə üzrə təsdiqedici məktubun 65-ci sırasında göstərilən ban kodlu (KMHRC812BPU270442) nəqliyyat vasitəsi ölkəyə idxal edilmişdir. - xx.xx.2023-cü il tarixli 589987.00 ABŞ dolları miqdarında avans yolu ilə edilmiş köçürmənin **********5120, **********6794, **********6814, **********7632, **********9317, **********0485, **********0613 sorğu nömrəli 40 tipli (sərbəst dövriyyə üçün buraxılış) gömrük bəyannaməsi ilə 108731.80 ABŞ dolları hissəsi bəyan edilmiş, 481255.20 ABŞ dolları hissəsi açıq qalmışdır. **********6794 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal edilmiş nəqliyyat vasitəsinin 14073.00 ABŞ dolları dəyərinin 3801.00 ABŞ dolları hissəsi, **********0613 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal edilmiş nəqliyyat vasitəsinin 39130.00 ABŞ dolları dəyərinin 4727.10 ABŞ dolları hissəsi, **********6814 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal edilmiş nəqliyyat vasitəsinin 14143.00 ABŞ dolları dəyərinin 3871.00 ABŞ dolları hissəsi, **********7632 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal edilmiş nəqliyyat vasitəsinin 14143.00 ABŞ dolları dəyərinin 3930.00 ABŞ dolları hissəsi bu köçürməyə hesablanmışdır. Lakin hesab edilir ki, **********6794 sorğu nömrəli gömrük bəyannaməsi üzrə idxal edilmiş nəqliyyat vasitəsinin 14073.00 ABŞ dolları dəyəri xx.xx.2023-cü il tarixli 812893.00 ABŞ dolları miqdarında avans yolu ilə köçürməyə tam həcmdə şamil edildiyinə görə bank tərəfindən yalnışlığa yol verilməklə bu bəyannamə üzrə qalıq məbləğ olmadığı halda 3801.00 ABŞ dolları hazırkı köçürməyə şamil edilmişdir. Ona görə də bu köçürmə üzrə bəyan edilməmiş hissə 481255.20 ABŞ dolları deyil, 485056.20 ABŞ dolları həddində qəbul edilməli idi. Digər bəyannamələrin yuxarıda göstərilən köçürmələrə də aid edilməsi nəzərə alınaraq müəyyən edilir ki, **********5120, **********9317 və **********0485 sorğu nömrəli bəyannamələr üzrə təsdiqedici məktubun 3, 14, 64-cü sırasında göstərilən ban kodlu (KMHRC812BPU270479, KMHS3811DPU089862, KMHS3811DPU091511) nəqliyyat vasitələri ölkəyə idxal edilmişdir. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, Şəxs MMC ilə “X4” şirkəti arasında 90 ədəd avtomobilin alqı-satqısı üçün 2116855.00 ABŞ dolları dəyərində “xx.xx.2023-cü il tarixli PE2305C36AG-A-2 nömrəli” müqavilə bağlanmış və bu müqavilə üzrə avans yolu ilə birinci dəfə xx.xx.2023-cü ildə 503962.00, ikinci dəfə xx.xx.2023-cü ildə 812893.00, üçüncü dəfə xx.xx.2023-cü ildə 210013.00, dördüncü dəfə isə xx.xx.2023-cü ildə 589987.00 ABŞ dolları olmaqla qabaqcadan köçürmə edilmişdir. PE2305C36AG-A-2 nömrəli müqavilədə məhz 90 ədəd avtomobilin markası və ban nömrəsi əks olunmasa da “X4” tərəfindən Şəxs MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli təsdiq məktubu ilə 90 ədəd avtomobilin ban nömrələri və modelləri qeyd olunmuş, siyahının 1-70-ci sıralarında qeyd olunan ban nömrəli nəqliyyat vasitələrinin 40 tipli (sərbəst dövriyyə üçün buraxılış) gömrük bəyannaməsi ilə ölkəyə idxal edilməsi "xxxx" ASC tərəfindən nəzərə alınaraq birinci və ikinci köçürmə tam həcmdə, üçüncü və dördüncü köçürmə isə qismən bəyan edilmişdir. Göstərilən təsdiq məktubundakı 1-70-ci sırada olan nəqliyyat vasitələrinin ölkəyə idxalının bank təfərindən avans köçürmələrinin bağlanması üçün nəzərə alınması bu məktubun mötəbərliyini təsdiq etməklə, 71-90-cı sırada olan avtomobillərin də məhz PE2305C36AG-A-2 nömrəli müqavilənin predmeti olduğunu təsdiq edir. Göründüyü kimi birinci və ikinci avans köçürmələri üzrə heç bir mübahisə yoxdur və bank təsdiqedici məktubdakı nəqliyyat vasitələrinin 40 tipli gömrük bəyannaməsi ilə idxal edilməsini qəbul etmişdir. Ona görə də 74 tipli (gömrük anbarı) gömrük bəyənnaməsi ilə ölkə ərazisinə gətirilməklə, 11 tipli (təkrar ixrac) gömrük bəyannaməsi ilə ixrac edilən təsdiqedici məktubun 71-90-cı sırasında olan avtomobillərin PE2305C36AG-A-2 nömrəli müqaviləyə aidiyyəti hissəsinə dair hər hansı mübahisədən söhbət gedə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsi müvafiq fərdi identifikasiya, yəni ban nömrəsinə malik olduğu üçün fərdi müəyyən edilən əşyadır və eyni ban nömrəli ikinci avtomobilin istehsalı qanunla mümkün deyildir. Məhkəmə 74 tipli gömrük bəyannaməsi üzrə malların ölkəyə gətirilməsinin idxal edilmə kimi qəbul edilib-edilməməsi hissəsinə münasibət göstərilməsini zəruri hesab etməməklə, malların müqabilində pulun ölkəyə geri qaytarılması hissəsində hüquqi mövqeyinin əsaslandırılması üçün aşağıdakı sübutlara istinad olunmasını vacib hesab edir. Belə ki, PE2305C36AG-A-2 nömrəli müqavilə üzrə 20 ədəd avtomobili 74 tipli gömrük bəyannaməsi ilə bəyan edilməklə gömrük anbarında saxlanmış, daha sonra 11 tipli gömrük bəyannaməsi ilə təkrar ixrac edilməklə üçüncü ölkəyə satılmış, əvəzində isə onların ümumi dəyərinin həddindən artıq miqdarda pul vəsaiti ölkəyə köçürülmüşdür. Qeyd olunan xüsusatlar iş materiallarında olan xx.xx.2023-cü il tarixli PE2305C36AG-A-2 nömrəli müqavilə üzrə 74 tipli və 11 tipli gömrük bəyannamələrinin surəti, alqı-satqı müqavilələri, invoys və hesabdan çıxarışlar və təsdiq məktubu ilə müəyyən edilir. Belə ki, - xx.xx.2023-cü il tarixli D2023/09-80 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, 42000.00 ABŞ dolları dəyərində bir ədəd, KMHFY811DRU133049 ban nömrəli avtomobilin alqı-satqısı barədə satıcı Şəxs MMC ilə alıcı “X3” şirkəti arasında razılaşma əldə edilmişdir. Şəxs MMC-nin “X3” şirkətinə təqdim etdiyi “COMMERCİAL İNVOİCE” adlı kommersiya fakturasından görünür ki, sənəd AA-0145 nömrəli, xx.xx.2023-cü il tarixlidir, 42000.00 ABŞ dolları dəyərində 1 ədəd KMHFY811DRU133049 ban nömrəli nəqliyyat vasitəsinin satışını əks etdirir, sənədə həmin avtomobilin xx.xx.2023-cü il tarixli PE2305C36AG-A-2 nömrəli müqaviləyə aidiyyəti ilə bağlı qeyd qoyulmuşdur. Təsdiq məktubunda 85-ci sırada qeyd olunan KMHFY811DRU133049 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli **********9796 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34057.00 ABŞ dolları dəyəri ilə gömrük anbarına qəbul edilmiş, xx.xx.2023-cü il tarixli **********1493 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixli AA-0145 nömrəli invoysa əsasən 42000.00 ABŞ dolları dəyəri ilə təkrar ixrac edilmişdir. “Swift” məlumatlarından görünür ki, Şəxs MMC-nin hesabına AA-0145 nömrəli, xx.xx.2023-cü il tarixli invoys üzrə 42000.00 ABŞ dolları köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli D2023/09-72 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, bir ədədi 42000.00 ABŞ dolları olmaqla, 168000.00 ABŞ dolları dəyərində dörd ədəd, KMHFY811DRU132925, KMHYF811DRU132919, KMHFY811DRU133044 və KMHFY811DRU133054 ban nömrəli avtomobilin alqı-satqısı barədə satıcı Şəxs MMC ilə alıcı “SKD İç və Dış Ticaret Limited” şirkəti arasında razılaşma əldə edilmişdir. Şəxs MMC-nin “SKD İç və Dış Ticaret Limited” şirkətinə təqdim etdiyi “COMMERCİAL İNVOİCE” adlı kommersiya fakturasından görünür ki, sənəd AA-0131 nömrəli, xx.xx.2023-cü il tarixlidir, 168000.00 ABŞ dolları dəyərində 4 ədəd KMHFY811DRU132925, KMHYF811DRU132919, KMHFY811DRU133044 və KMHFY811DRU133054 ban nömrəli nəqliyyat vasitəsinin satışını əks etdirir, sənədə həmin avtomobillərin xx.xx.2023-cü il tarixli PE2305C36AG-A-2 nömrəli müqaviləyə aidiyyəti ilə bağlı qeyd qoyulmuşdur. Təsdiq məktubunda 71-ci sırada qeyd olunan KMHFY811DRU132925 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli **********3599 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34057.00 ABŞ dolları dəyəri ilə gömrük anbarına qəbul edilmiş, xx.xx.2023-cü il tarixli **********8663 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixli AA-0131 nömrəli invoysa əsasən 42000.00 ABŞ dolları dəyəri ilə təkrar ixrac edilmişdir. Təsdiq məktubunda 72-ci sırada qeyd olunan KMHYF811DRU132919 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli **********3579 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34057.00 ABŞ dolları dəyəri ilə gömrük anbarına qəbul edilmiş, xx.xx.2023-cü il tarixli **********8669 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixli AA-0131 nömrəli invoysa əsasən 42000.00 ABŞ dolları dəyəri ilə təkrar ixrac edilmişdir. Təsdiq məktubunda 83-cü sırada qeyd olunan KMHFY811DRU133044 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli **********0447 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34057.00 ABŞ dolları dəyəri ilə gömrük anbarına qəbul edilmiş, xx.xx.2023-cü il tarixli **********8677 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixli AA-0131 nömrəli invoysa əsasən 42000.00 ABŞ dolları dəyəri ilə təkrar ixrac edilmişdir. Təsdiq məktubunda 84-cü sırada qeyd olunan KMHFY811DRU133054 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli **********9777 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34057.00 ABŞ dolları dəyəri ilə gömrük anbarına qəbul edilmiş, xx.xx.2023-cü il tarixli **********8692 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixli AA-0131 nömrəli invoysa əsasən 42000.00 ABŞ dolları dəyəri ilə təkrar ixrac edilmişdir. xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Şəxs MMC-nin hesabına AA-0131 nömrəli, xx.xx.2023-cü il tarixli invoys üzrə 167805.05 ABŞ dolları köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli D2023/09-76 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, bir ədədi 42000.00 ABŞ dolları olmaqla, 294000.00 ABŞ dolları dəyərində yeddi ədəd, KMHFY811DRU130487, KMHYF811DPU128878, KMHFY811DPU129052, KMHFY811DPU129107, KMHFY811DPU129127, KMHFY811DPU129344 və KMHFY811DPU129369 ban nömrəli avtomobilin alqı-satqısı barədə satıcı Şəxs MMC ilə alıcı “SKD İç və Dış Ticaret Limited” şirkəti arasında razılaşma əldə edilmişdir. Şəxs MMC-nin “SKD İç və Dış Ticaret Limited” şirkətinə təqdim etdiyi “COMMERCİAL İNVOİCE” adlı kommersiya fakturasından görünür ki, sənəd AA-0139 nömrəli, xx.xx.2023-cü il tarixlidir, 294000.00 ABŞ dolları dəyərində 7 ədəd KMHFY811DRU130487, KMHYF811DPU128878, KMHFY811DPU129052, KMHFY811DPU129107, KMHFY811DPU129127, KMHFY811DPU129344 və KMHFY811DPU129369 ban nömrəli nəqliyyat vasitəsinin satışını əks etdirir, sənədə həmin avtomobillərdən birinin xx.xx.2023-cü il tarixli PE2305C36AG-A-2 nömrəli, altısının isə xx.xx.2023-cü il tarixli PE2304C36AG-A-2 nömrəli müqaviləyə aidiyyəti ilə bağlı qeyd qoyulmuşdur. Təsdiq məktubunda 89-cu sırada qeyd olunan KMHFY811DRU132487 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli **********9817 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34057.00 ABŞ dolları dəyəri ilə gömrük anbarına qəbul edilmiş, xx.xx.2023-cü il tarixli **********8750 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixli AA-0139 nömrəli invoysa əsasən 42000.00 ABŞ dolları dəyəri ilə təkrar ixrac edilmişdir. “Swift” məlumatlarından görünür ki, Şəxs MMC-nin hesabına AA-0139 nömrəli, xx.xx.2023-cü il tarixli invoys üzrə 294000.00 ABŞ dolları köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli D2023/09-78 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, bir ədədi 41500.00 ABŞ dolları olmaqla, 290500.00 ABŞ dolları dəyərində yeddi ədəd KMHFY811DRU130778, KMHFY811DRU132337, KMHFY811DRU132563, KMHYF811DPU129377, KMHYF811DPU129461, KMHYF811DPU129488 və KMHYF811DPU129596 ban nömrəli avtomobilin alqı-satqısı barədə satıcı Şəxs MMC ilə alıcı “X6 Commercial Brokers” L.L.C arasında razılaşma əldə edilmişdir. Şəxs MMC-nin “X6 Commercial Brokers” L.L.C-yə təqdim etdiyi “COMMERCİAL İNVOİCE” adlı kommersiya fakturasından görünür ki, sənəd AA-0142 nömrəli, xx.xx.2023-cü il tarixlidir, 290500.00 ABŞ dolları dəyərində 7 ədəd KMHFY811DRU130778, KMHFY811DRU132337, KMHFY811DRU132563, KMHYF811DPU129377, KMHYF811DPU129461, KMHYF811DPU129488 və KMHYF811DPU129596 ban nömrəli nəqliyyat vasitəsinin satışını əks etdirir, sənədə həmin avtomobillərdən üçünün xx.xx.2023-cü il tarixli PE2305C36AG-A-2 nömrəli, digərlərinin isə xx.xx.2023cü il tarixli PE2304C36AG-A-2 nömrəli müqaviləyə aidiyyəti ilə bağlı qeyd qoyulmuşdur. Təsdiq məktubunda 82-ci sırada qeyd olunan KMHFY811DRU132337 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli **********0409 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34057.00 ABŞ dolları dəyəri ilə gömrük anbarına qəbul edilmiş, xx.xx.2023-cü il tarixli **********4563 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixli AA-0142 nömrəli invoysa əsasən 41500.00 ABŞ dolları dəyəri ilə təkrar ixrac edilmişdir. Təsdiq məktubunda 86-cı sırada qeyd olunan KMHFY811DRU132563 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli **********9171 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34057.00 ABŞ dolları dəyəri ilə gömrük anbarına qəbul edilmiş, xx.xx.2023-cü il tarixli **********4567 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixli AA-0142 nömrəli invoysa əsasən 41500.00 ABŞ dolları dəyəri ilə təkrar ixrac edilmişdir. Təsdiq məktubunda 88-ci sırada qeyd olunan KMHFY811DRU130778 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli **********0462 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34057.00 ABŞ dolları dəyəri ilə gömrük anbarına qəbul edilmiş, xx.xx.2023-cü il tarixli **********4559 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixli AA-0142 nömrəli invoysa əsasən 41500.00 ABŞ dolları dəyəri ilə təkrar ixrac edilmişdir. xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Şəxs MMC-nin hesabına AA-0142 nömrəli, xx.xx.2023-cü il tarixli invoys üzrə 290500.00 ABŞ dolları köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli D2023/09-87 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, bir ədədi 42000.00 ABŞ dolları olmaqla, 126000.00 ABŞ dolları dəyərində üç ədəd, KMHFY811DRU132506, KMHYF811DRU127739 və KMHFY811DRU128867 ban nömrəli avtomobilin alqı-satqısı barədə satıcı Şəxs MMC ilə alıcı “SKD İç və Dış Ticaret Limited” şirkəti arasında razılaşma əldə edilmişdir. Şəxs MMC-nin “SKD İç və Dış Ticaret Limited” şirkətinə təqdim etdiyi “COMMERCİAL İNVOİCE” adlı kommersiya fakturasından görünür ki, sənəd AA-0159 nömrəli, xx.xx.2023-cü il tarixlidir, 126000.00 ABŞ dolları dəyərində 3 ədəd KMHFY811DRU132506, KMHYF811DRU127739 və KMHFY811DRU128867 ban nömrəli nəqliyyat vasitəsinin satışını əks etdirir, sənədə həmin avtomobillərdən birinin xx.xx.2023-cü il tarixli PE2305C36AG-A-2 nömrəli, ikisinin isə xx.xx.2023-cü il tarixli PE2304C36AG-A-2 nömrəli müqaviləyə aidiyyəti ilə bağlı qeyd qoyulmuşdur. Təsdiq məktubunda 87-ci sırada qeyd olunan KMHFY811DRU132506 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli **********0249 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34057.00 ABŞ dolları dəyəri ilə gömrük anbarına qəbul edilmiş, xx.xx.2023-cü il tarixli **********1530 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixli AA-0159 nömrəli invoysa əsasən 42000.00 ABŞ dolları dəyəri ilə təkrar ixrac edilmişdir. xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Şəxs MMC-nin hesabına AA-0159 nömrəli, xx.xx.2023-cü il tarixli invoys üzrə 125975.00 ABŞ dolları köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli D2023/09-86 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, bir ədədi 41500.00 ABŞ dolları olmaqla, 290500.00 ABŞ dolları dəyərində yeddi ədəd, KMHFY811DRU132412, KMHFY811DRU132442, KMHFY811DRU132656, KMHFY811DRU132670, KMHFY811DRU132879, KMHFY811DRU132893 və KMHYF811DRU132907 ban nömrəli avtomobilin alqı-satqısı barədə satıcı Şəxs MMC ilə alıcı “X6 Commercial Brokers” L.L.C arasında razılaşma əldə edilmişdir. Şəxs MMC-nin “X6 Commercial Brokers” L.L.C-yə təqdim etdiyi “COMMERCİAL İNVOİCE” adlı kommersiya fakturasından görünür ki, sənəd AA-0116 nömrəli, xx.xx.2023-cü il tarixlidir, 290500.00 ABŞ dolları dəyərində 7 ədəd KMHFY811DRU132412, KMHFY811DRU132442, KMHFY811DRU132656, KMHFY811DRU132670, KMHFY811DRU132879, KMHFY811DRU132893 və KMHYF811DRU132907 ban nömrəli nəqliyyat vasitəsinin satışını əks etdirir, sənədə həmin avtomobillərin xx.xx.2023-cü il tarixli PE2305C36AG-A-2 nömrəli müqaviləyə aidiyyəti ilə bağlı qeyd qoyulmuşdur. Təsdiq məktubunda 73-cü sırada qeyd olunan KMHFY811DRU132907 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli **********0528 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34057.00 ABŞ dolları dəyəri ilə gömrük anbarına qəbul edilmiş, xx.xx.2023-cü il tarixli **********2981 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixli AA-0159 nömrəli invoysa, D2023/09-86 müqaviləyə əsasən 41500.00 ABŞ dolları dəyəri ilə təkrar ixrac edilmişdir. Təsdiq məktubunda 74-cü sırada qeyd olunan KMHFY811DRU132893 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli **********0542 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34057.00 ABŞ dolları dəyəri ilə gömrük anbarına qəbul edilmiş, xx.xx.2023-cü il tarixli **********2907 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixli AA-0159 nömrəli invoysa, D2023/09-86 müqaviləyə əsasən 41500.00 ABŞ dolları dəyəri ilə təkrar ixrac edilmişdir. Təsdiq məktubunda 75-ci sırada qeyd olunan KMHFY811DRU132879 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli **********0555 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34057.00 ABŞ dolları dəyəri ilə gömrük anbarına qəbul edilmiş, xx.xx.2023-cü il tarixli **********2900 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixli AA-0159 nömrəli invoysa, D2023/09-86 müqaviləyə əsasən 41500.00 ABŞ dolları dəyəri ilə təkrar ixrac edilmişdir. Təsdiq məktubunda 76-cı sırada qeyd olunan KMHFY811DRU132670 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli **********0563 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34057.00 ABŞ dolları dəyəri ilə gömrük anbarına qəbul edilmiş, xx.xx.2023-cü il tarixli **********2893 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixli AA-0159 nömrəli invoysa, D2023/09-86 müqaviləyə əsasən 41500.00 ABŞ dolları dəyəri ilə təkrar ixrac edilmişdir. Təsdiq məktubunda 78-ci sırada qeyd olunan KMHFY811DRU132656 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli **********9211 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34057.00 ABŞ dolları dəyəri ilə gömrük anbarına qəbul edilmiş, xx.xx.2023-cü il tarixli **********2909 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixli AA-0159 nömrəli invoysa, D2023/09-86 müqaviləyə əsasən 41500.00 ABŞ dolları dəyəri ilə təkrar ixrac edilmişdir. Təsdiq məktubunda 80-ci sırada qeyd olunan KMHFY811DRU132442 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli **********0329 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34057.00 ABŞ dolları dəyəri ilə gömrük anbarına qəbul edilmiş, xx.xx.2023-cü il tarixli **********2959 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixli AA-0159 nömrəli invoysa, D2023/09-86 müqaviləyə əsasən 41500.00 ABŞ dolları dəyəri ilə təkrar ixrac edilmişdir. Təsdiq məktubunda 81-ci sırada qeyd olunan KMHFY811DRU13412 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli **********0389 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34057.00 ABŞ dolları dəyəri ilə gömrük anbarına qəbul edilmiş, xx.xx.2023-cü il tarixli **********2940 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixli AA-0159 nömrəli invoysa, D2023/09-86 müqaviləyə əsasən 41500.00 ABŞ dolları dəyəri ilə təkrar ixrac edilmişdir. Məhkəmə 11 tipli yuxarıda qeyd olunan 7 ədəd gömrük bəyannaməsində xx.xx.2023-cü il tarixli AA-0116 nömrəli invoysun qeyd edilməli olduğu halda, müvafiq qrafada xx.xx.2023-cü il tarixli AA- 0159 nömrəli invoysun göstərilməsini texniki səhv kimi qəbul edir. Belə ki, bəyannamədə yalnız həmin hissədə yalnışlığa yol verilmiş, nəqliyyat vasitələrinin ban nömrələri, invoys dəyəri, müqavilənin tarixi və nömrəsi eynilik təşkil etdiyindən bu bəyannamələr həqiqəti əks etdirən mötəbər bəyannamə kimi qəbul edilməlidir. Həmçinin məhkəmənin tədqiq etdiyi AA-0159 nömrəli invoysdan görünür ki, həmin invoys üzrə bir nəqliyyat vasitəsinin dəyəri 42000.00 ABŞ dolları olaraq üç avtomobilə görə 126000.00 ABŞ dolları həcmində müəyyən edilmiş və köçürmə tam icra edilmişdir. Hazırkı bəyannamələrdə isə nəqliyyat vasitələrinin birinin dəyəri 41500.00 ABŞ dolları olaraq müəyyən edilməklə ümumi köçürmənin dəyəri 290500.00 ABŞ dolları həddində olmuşdur. xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Şəxs MMC-nin hesabına AA-0116 nömrəli, xx.xx.2023-cü il tarixli invoys üzrə 290600.00 ABŞ dolları köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli D2023/09-04 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, bir ədədi 42000.00 ABŞ dolları olmaqla, 84000.00 ABŞ dolları dəyərində iki ədəd, KMHFY811DRU130577 və KMHYF811DPU129528 ban nömrəli avtomobilin alqı-satqısı barədə satıcı Şəxs MMC ilə alıcı “X6 Commercial Brokers” L.L.C arasında razılaşma əldə edilmişdir. Şəxs MMC-nin “X6 Commercial Brokers” L.L.C-yə təqdim etdiyi “COMMERCİAL İNVOİCE” adlı kommersiya fakturasından görünür ki, sənəd AA-0101 nömrəli, xx.xx.2023-cü il tarixlidir, 84000.00 ABŞ dolları dəyərində 2 ədəd KMHFY811DRU130577 və KMHYF811DPU129528 ban nömrəli nəqliyyat vasitəsinin satışını əks etdirir, sənədə həmin avtomobillərdən birinin xx.xx.2023-cü il tarixli PE2305C36AG-A-2 nömrəli, digərinin isə xx.xx.2023-cü il tarixli PE2304C36AG-A-2 nömrəli müqaviləyə aidiyyəti ilə bağlı qeyd qoyulmuşdur. Təsdiq məktubunda 90-cı sırada qeyd olunan KMHFY811DRU130577 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli **********0472 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34057.00 ABŞ dolları dəyəri ilə gömrük anbarına qəbul edilmiş, xx.xx.2023-cü il tarixli **********7563 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixli AA-0101 nömrəli invoysa əsasən 42000.00 ABŞ dolları dəyəri ilə təkrar ixrac edilmişdir. “Swift” məlumatlarından görünür ki, Şəxs MMC-nin hesabına AA-0101 nömrəli, xx.xx.2023-cü il tarixli invoys üzrə 84000.00 ABŞ dolları köçürülmüşdür. - xx.xx.2023-cü il tarixli D2023/25-12 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, bir ədədi 43000.00 ABŞ dolları olmaqla, 86000.00 ABŞ dolları dəyərində iki ədəd, KMHFY811DRU132649 və KMHFY811DRU132662 ban nömrəli avtomobilin alqı-satqısı barədə satıcı Şəxs MMC ilə alıcı “X1 Danışmanlık Sanayı Ticaret Limited” şirkəti arasında razılaşma əldə edilmişdir. Şəxs MMC-nin “X1 Danışmanlık Sanayı Ticaret Limited” şirkətinə təqdim etdiyi “COMMERCİAL İNVOİCE” adlı kommersiya fakturasından görünür ki, sənəd AA-3111 nömrəli, xx.xx.2023-cü il tarixlidir, 86000.00 ABŞ dolları dəyərində 2 ədəd KMHFY811DRU132649 və KMHFY811DRU132662 ban nömrəli nəqliyyat vasitəsinin satışını əks etdirir, sənədə həmin avtomobillərin xx.xx.2023-cü il tarixli PE2305C36AG-A-2 nömrəli müqaviləyə aidiyyəti ilə bağlı qeyd qoyulmuşdur. Təsdiq məktubunda 77-ci sırada qeyd olunan KMHFY811DRU132662 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli **********9229 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34057.00 ABŞ dolları dəyəri ilə gömrük anbarına qəbul edilmiş, xx.xx.2023-cü il tarixli **********7228 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixli AA-3111 nömrəli invoysa əsasən 43000.00 ABŞ dolları dəyəri ilə təkrar ixrac edilmişdir. Təsdiq məktubunda 79-cu sırada qeyd olunan KMHFY811DRU132649 ban nömrəli nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli **********9196 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən 34057.00 ABŞ dolları dəyəri ilə gömrük anbarına qəbul edilmiş, xx.xx.2023-cü il tarixli **********7219 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixli AA-3111 nömrəli invoysa əsasən 43000.00 ABŞ dolları dəyəri ilə təkrar ixrac edilmişdir. xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, Şəxs MMC-nin hesabına AA-3111 nömrəli, xx.xx.2023-cü il tarixli invoys üzrə 167805.05 ABŞ dolları köçürülmüşdür. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, səlahiyyətli orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələrinin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə icraat materialını tədqiq edərək hesab edir ki, hüquqi şəxs Şəxsndə əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərədə tutulan inzibati xətanın tərkibi olmadığına görə bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 45/1 nömrəli xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə tərtib etdiyi inzibati inzibati xəta haqqında protokola əsasən MMC tərəfindən 210013.00 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürülmüş və 2 (iki) il müddətində 195940.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmədə aparılan inzibati araşdırma ilə müəyyən edilmişdir ki, Şəxs MMC ilə “X4” arasında 90 ədəd avtomobilin alqı-satqısı barədə 2116855.00 ABŞ dolları dəyərində xx.xx.2023-cü il tarixli PE2305C36AG-A-2 nömrəli müqavilə bağlanmış, müqavilə üzrə xx.xx.2023-cü ildə 503962.00, xx.xx.2023-cü ildə 812893.00, xx.xx.2023-cü ildə 210013.00, xx.xx.2023-cü ildə 589987.00 ABŞ dolları avans şərti ilə dörd dəfə köçürmə icra olunmuşdur. “X4” tərəfindən Şəxs MMC-yə göndərilmiş xx.xx.2023-cü il tarixli təsdiq məktubundakı siyahıda göstərilən 90 ədəd müvafiq ban nömrəli avtomobilin PE2305C36AG-A-2 nömrəli müqaviləyə aid olması qeyd edilmiş, siyahının 1-70-ci sırasında əksini tapmış 70 ədəd nəqliyyat vasitəsi 40 tipli (sərbəst dövriyyə üçün buraxılış) gömrük bəyannaməsi ilə ölkəyə idxal olunmuş, onların ümumi dəyəri olan 1435858.80 ABŞ dolları bank tərəfindən xx.xx.2023-cü il tarixli 503962.00 və xx.xx.2023-cü il tarixli 812893.00 ABŞ dolları məbləğində köçürməyə tam, qalan hissəsi isə xx.xx.2023-cü il tarixli 210013.00 və xx.xx.2023-cü il tarixli 589987.00 ABŞ dolları məbləğində köçürməyə qismən şamil edilmişdir. Göründüyü kimi üçüncü və dördüncü köçürmə üzrə (bank tərəfindən yuxarıda qeyd olunan yalnışlıq nəzərə alınmaqla) 680996.20 ABŞ dolları məbləğində malların ölkəyə idxal edilmədiyi və ya pul vəsaitinin geri qaytarılmadığı ehtimal edilir. Təsdiq məktubunda qeyd olunan siyahıdakı 70 ədəd avtomobilin ölkəyə PE2305C36AG-A-2 nömrəli müqavilə üzrə idxal edilməsinin bank tərəfindən qəbul edilməsi halında müəyyən edilir ki, siyahının 71-90-cı sırasında olan 20 ədəd avtomobil ölkəyə gətirilməklə 74 tipli gömrük bəyannaməsi ilə bəyan edilməklə gömrük anbarında saxlanılmış, hər birinin dəyəri 34057.00 ABŞ dolları məbləğində olmuşdur. Yuxarıda aparılan tədqiqdən başa düşüldüyü kimi gömrük anbarında saxlanılan 20 ədəd nəqliyyat vasitəsi 2023-cü ilin sentyabr-dekabr aylarında bağlanmış bir neçə alqı-satqı müqaviləsi və müvafiq kommersiya fakturaları əsasında 11 tipli, yəni təkrar ixrac gömrük bəyannaməsi ilə üçüncü ölkəyə satılmış, əvəzində avtomobilin ümumi satış dəyəri həcmində ölkəyə pul köçürülmüşdür. 20 ədəd avtomobilin üçüncü və dördüncü köçürməyə aid olması həm 74 tipli gömrük bəyannaməsinə qoşmada müqavilənin “PE2305C36AG-A-2 nömrəli, xx.xx.2023-cü il tarixli” qeyd edilməsinə, nəqliyyat vasitələrinin ban nömrələrinin təsdiqedici məktubla, kommersiya fakturası və 11 tipli təkrar ixrac gömrük bəyannaməsi ilə uyğunluğuna əsasən müəyyən edilir. Sözügedən avtomobillərin satışın müqabilində pulun ölkəyə daxil olması isə bu avtomobillərin ban nömrələrinin qeyd olunduğu kommersiya fakturası, hesabdan çıxarış və “Swift”lə təsdiq olunur. Üçüncü ölkəyə satılan hər bir avtomobil “Hyundai Staria” markalı olmaqla gömrük anbarına 34057.00 ABŞ dolları dəyəri ilə qəbul edilmişdir. Bu halda 20 ədəd avtomobilin dəyəri 681140.00 ABŞ dolları edir ki, bu da üçüncü və dördüncü köçürmə üzrə ümumilikdə mübahisəli olan 680996.20 ABŞ dollarından çoxdur. Faktiki olaraq dövlətin gömrük prosedurları və qaydalarına riayət etməklə nəqliyyat vasitələri gömrük anbarında saxlanıldıqdan sonra təkrar ixracla satışı yerinə yetirilmiş, satışdan əldə olunan qazanc məbləği də nəzərə alındıqda 680996.20 ABŞ dollarından da artıq vəsait ölkəyə qaytarılmışdır. Göründüyü kimi təqdim edilmiş sənədlərlə MMC tərəfindən üçüncü ölkəyə ixrac edilən 20 ədəd nəqliyyat vasitəsinin PE2305C36AG-A-2 nömrəli müqaviləyə aidiyyətinin və ölkəyə pulun məhz göstərilən avtomobillərin satışından avans yolu ilə köçürmənin edildiyi vaxtdan iki il müddət keçmədən daxil olmasının izlənməsinin mümkünlüyü və təsdiq edilməsi məhkəməyə bu nəticəyə gəlməyə əsas verir ki, bu hal avans yolu ilə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılması kimi qiymətləndirilməlidir. Hansı ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 45/1 nömrəli xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının müəyyən edilməsinin məqsədi də ölkənin tədiyyə balansında valyuta kəsirinin azaldılması və valyuta nəzarətinin effektivliyinin artırılması, ölkədə maliyyə sabitliyinin təmin edilməsidir ki, indiki halda hüquqi şəxsin hərəkətləri ilə ölkənin tədiyyə balansını pozması müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. İnzibati xəta haqqında iş üzrə məsrəf yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40.0.1, 43, 48-51, 53.1.2, 55, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər.

Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar