Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2725/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" QSC-nin sədri X3 nümayəndəsi və vəkili “Alyans” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə, "xxxx" QSC-nin sədri X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-468/2020 nömrəli icra sənədinin icrası ilə bağlı "xxxx" QSC-nin sədri X12 barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 07 sentyabr 2022-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, icra sənədinin icrası borclu hüquqi şəxsin sədri Nicat Həsənov tərəfindən üzrsüz səbəbdən icra olunmamışdır. Ünvanına göndərilmiş bildiriş və xəbərdarlıqlara baxmayaraq “İcra haqqında” Qanunun 3.2 və 84.1-ci maddələrinin tələblərinə biganə yanaşaraq icra sənədinin icrasını təmin etməmişdir. Nəticədə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. MN seriyalı ******* nömrəli, 07 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokola ******* nömrəli əlavədən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-468/2020-015 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh "İnternational” Bank Olmayan Kredit Təşkilatı QSC-nin "əmək müqaviləsinə xitam verilməsi haqqında" 43 nömrəli 17 oktyabr 2019-cu il tarixli əmri ləğv edilməli, iddiaçı X5 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işdən azad edilməsi barədə əmrinin verilməsi və müvafiq qeydin əmək kitabçasında aparılması öhdəliyi "İnternational” Bank Olmayan Kredit X10 Cəmiyyətinin üzərinə qoyulmalıdır. İcra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. İcra sənədi icra olunması üçün cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-yə göndərilmişdir. Lakin cavabdeh bildirişə münasibətdə icra sənədini icra etmək əvəzinə Ali Məhkəmənin Mülki Kollegiyasının 18 yanvar 2022-ci il tarixli, 2(102)-621/2022 saylı qərarının ləğv edilməsi üçün Konstitusiya Məhkəməsinə şikayət verərək icra sənədinin dayandırılmasını xahiş etmişdir. Konstitusiya Məhkəməsinə edilmiş sorğu nəticəsində müəyyən edilmişdir ki, məsələyə Konstitusiya Məhkəməsində baxılması üçün zəruri sənəd və materiallar toplanır və şikayətlər üzrə qəbul ediləcək hər hansı məhkəmə akları barədə məlumat veriləcəkdir. Konstitusiya Məhkəməsinin cavab məktubuna əsasən borclu cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-yə tərəfimizdən təkrar müraciət edilərək şikayətin icraata qəbul edilməsi barədə müvafiq Konstitusiya Məhkəməsinin müvafiq qərardadı olmadığından icra sənədinin icrasının dayandırılmasına əsas vermədiyi borclunun nəzərinə çatdırılaraq icra sənədinin icrası tələb olunmuşdur. Bundan sonra da borcluya ünvanlanmış xəbərdarlıqlara baxmayaraq, icra sənədinin icrası borclu tərəfindən eyni cavab məktubu ünvanlanaraq icra sənədinin icrası üzrsüz səbəbdən icra olunmamışdır. İcra sənədinin icrasının təmini məqsədilə borclu "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-nin sədri Nicat Həsənova icra məmurununun qanuni tələblərini yerinə yetirmədiyinə görə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə inzibati protokolun veriləcəyi barədə xəbərdalıq edilmiş və xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə məhkəməyə inzibati protokol tərtib olunacağı barədə məlumat verilmiş, şöbəyə dəvət olunmuş və Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsinə əsasən barəsində icraat aparılan şəxsin inzibati xəta haqqında materialllarla tanış olmaq, izahat vermək, sübutlat təqdim etmək, etiraz vermək bu və ya digər hüquqların olduğu bildirilmişdir. X17 tərəfindən icra sənədinin icrası ilə bağlı bu günə kimi edilmiş və ya ediləcək hərəkətsizliklərin məhkəmə qərarının icrasına maneçilik kimi qiymətləndiriləcəyi və bu hərəkətsizliklərin məhkəmə qərarının icrasına maneçilik kimi qiymətləndiriləcəyi və bu barədə inzibati protokolda müvafiq qeydlər aparılaraq baxılması üçün müvafiq məhkəməyə təqdim olunacağı da onun nəzərinə çatdırılmışdır. Cavabdeh “İnternational" Bank Olmayan Kredit Təşkilatı QSC-nin sədri X13 şöbəyə icra vərəqəsində tələb olunmayan məsələyə izahla bağlı məhkəməyə müraciət edilməsi bağlı müvafiq cavab məktubu ünvanlayaraq, şöbəyə gəlməmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən, qərəzli olaraq icra sənədi üzrə üzərinə qoyulmuş vəzifəni icra etməkdən yayınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2725/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, "xxxx" QSC-nin sədri X3 İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2524/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin vəkili X9 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 3(005)-2725/2022 saylı qərarının ləğv edilməsi və iş materiallarının yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2725/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" QSC-nin sədri X3 İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2524/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" QSC-nin vəkili X9 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 3(005)-2725/2022 saylı qərarının ləğv edilməsi və iş materialları yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" QSC-nin sədri X3 nümayəndəsi və vəkili Nümayəndə çıxış edərək bildirmişdir ki, "xxxx" BOKT QSC-nin İdarə Heyətinin sədrinin xx.xx.2019-cu il tarixli 43 saylı Əmrinə əsasən X5 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Lakin bundan sonra X14 bununla əlaqədar olaraq məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(005)-468/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-nin «əmək müqaviləsinə xitam verilməsi haqqında» 43 nömrəli 17 oktyabr 2019-cu il tarixli əmrinin ləğv edilməsi, iddiaçı X5 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən işdən azad edilməsi barədə əmrinin verilməsi və müvafiq qeydin əmək kitabçasında aparılması öhdəliyi "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-nin üzərinə qoyulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(103)- 4696/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2186/21 saylı, 27 aprel 2021-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(103)-6489/20201 saylı qətnaməsi ilə apelyasiya şikayəti rədd edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-621/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyul 2021-ci il tarixli, 2(103)-6489/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda məhkəmə qərarının icrası ilə dlaqədar olaraq "xxxx" BOKT QSC-nin xx.xx.2019cu il tarixli 43 saylı Əmri ləğv edilmişdir. Məhz buna görə də “Əmək və məşğulluq altsistemi”ndə 4SS7S3B000201 saylı xx.xx.2019-cu il tarixli X15 verilməsi ilə bağlı X2 ləğv olunmasına köməklik edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X11 Xidmətinə rəsmi qaydada müraciət edilmişdir. Qeyd olunanları nəzərə alaraq inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-468/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-nin “əmək müqaviləsinə xitam verilməsi haqqında” 43 nömrəli 17 oktyabr 2019-cu il tarixli əmrinin ləğv edilməsi, iddiaçı X5 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən işdən azad edilməsi barədə əmrinin verilməsi və müvafiq qeydin əmək kitabçasında aparılması öhdəliyinin "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC-nin üzərinə qoyulması qərara alınmışdır. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli, e54778/2022-15-13-001 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu "xxxx" QSC-nin sədri X6 icraata başlama haqqında qərarın surəti rəsmi qaydada təqdim edilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-468/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-621/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı QSC tərəfindən verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Bakıl Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6489/2021 nömrəli iş üzrə 23 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara almışdır. İş materiallarında olan "xxxx" QSC-nin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 43/2019 saylı, 17 oktyabr 2019-cu il tarixli Əmri ilə X5 - Qrup rəhbəri ilə bağlanmış əmək müqaviləsinə 2019-cu il oktyabrın 17-dən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, Maliyyə Departamentinə X1 haqq-hesabın, o cümlədən istifadə etmədiyi 6 (altı) məzuniyyət günü üçün pul əvəzinin ödənilməsinin təmin edilməsi, kadrlar üzrə mütəxəssisə əmrin surətinin və əmək kitabçasının X14rna verilməsinin təmin edilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı X8”ndən görünür ki, X14 bağlanmış X8 ləğv edilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin “43/2019 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin dəyişdirilməsi barədə” 43/2019 saylı, 04 noyabr 2022-ci il tarixli Əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndin rəhbər tutaraq "xxxx" QSC-nin Qrup rəhbəri X14 ilə bağlanmış əmək müqaviləsinə öz xahişi ilə 17 oktyabr 2019-cu il tarixindən xitam verilməsi, İnsan Resursları Departamenti bu Əmrdən irəli gələn məsələləri öz səlahiyyəti daxilində həll etməsi əmr edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" QSC-nin sədri X3 hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, "xxxx" QSC-nin sədri X12 tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməmişdir. Belə ki, iş materiallarından aydın olur ki, "xxxx" QSC-nin sədri X12 tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-468/2020 nömrəli icra sənədinin icrası ilə əlaqədar zəruri tədbirlər görülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, hazırki halda "xxxx" QSC-nin sədri X3 hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış inzibati icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, "xxxx" QSC-nin sədri X3 hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-468/2020 nömrəli icra sənədinin icra edilməməsi ilə bağlı "xxxx" QSC-nin sədri X12 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" QSC-nin sədri X3 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2725/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2725/2022
29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver