Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2727/2022 06.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri ünvan 2anov Rayon İcra Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs, xx.xx.1967-ci ildə Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, "xxxx" MMC-nin rəhbəri, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri ünvan 2anov Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri ünvan 2anov Rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində MN seriyalı ******* nömrəli, 08 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 11:00-da ünvan 1 ünvanında ünvan 2anov Rayon Məhkəməsinin 2(005)-3503/2017 saylı icra sənədinin icrası ilə bağlı məhkəmə qərarının tam icrası Şəxs vəzifəli şəxs kimi tələb olunmuş, lakin Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da borclu "xxxx" MMC-nin rəhbəri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində ünvan 2anov Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri ünvan 2anov Rayon İcra Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında bildirmişdir ki, ünvan 2anov Rayon Məhkəməsinin 2(005)-3503/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, tələbkarlar Zərərçəkmiş şəxs1, X1 və Zərərçəkmiş şəxs3 borclu "xxxx" MMC- də sürücü işlədikləri müddət ərzində onlara ödənilməli olan əmək haqqı borclu tərəfindən hesablanaraq tələbkarlara ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclunun ünvanına bildiriş göndərilmişdir. İcraata başlamaq haqqında qərar xx.xx.2017-ci il tarixdə borclu "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. İcra sənədinin icrası könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini müəyyən etmək məqsədilə “Elektron İcra” İnformasiya Sistemindən məlumat çıxarılmış, müvafiq orqanlara sorğular göndərilmiş, borclunun adına “TATA LP 613” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı, “BAZA 079.19” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı, “TATA LP 613” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı və “BAZA 079.19” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri aşkar olunmuş, həmin əmlaklar üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimatla müraciət edilmiş, ünvan 2anov Rayon Məhkəməsinin 8(005)-340/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə həmin əmlaklar üzərinə həbs qoyulmuş, xx.xx.2018-ci il tarixdə həmin əmlakların axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilmiş, həmin nəqliyyat vasitələrinin Sumqayıt şəhərində avtodayanacaqlardan birində nasaz vəziyyətdə saxlanıldığı müəyyən olunmuş, daha sonra qiymətləndirilərək açıq hərraca çıxarılmış, lakin hərrac zamanı alıcı olmadığından əmlaklar satılmamışdır. Borclunun adına başqa əmlak aşkar edilməmişdir. Tələbkarlar tərəfindən verilmiş məlumat əsasında 501 və 509 nömrəli marşrutlar üzrə sərnişindaşımanın borclu "xxxx" MMC tərəfindən həyata keçirildiyi müəyyən olunmuş, həmin marşrut xətlərinin özgəninkiləşdirilməsinin qadağan olunması barədə xx.xx.2019-cu il tarixli qərar qəbul edilmiş və icra olunması üçün Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidmətinə göndərilmiş, alınmış xx.xx.2019-cu il tarixli cavab məktubuna əsasən, borclunun marşrutlar üzərində hər hansı sərəncamvermə səlahiyyəti olmadığına görə qərarın icrası mümkün deyildir. ünvan 2anov Rayon Məhkəməsinin 8(005)-584/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə "xxxx" MMC-nin rəhbəri Şəxs ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Tələbkarların rəsmi müraciətləri ilə borclu ilə aralarındakı razılığa əsasən hər bir tələbkara 6500 manat borc mövcuddur. Həmin borcdan tələbkar Zərərçəkmiş şəxs1 3000 manat, tələbkar X2 isə 2500 manat borc qalmışdır. Borclu "xxxx" MMC-nin rəhbəri Şəxs dəfələrlə verdiyi yazılı vədlərə baxmayaraq bu vaxta qədər məhkəmə qərarının icrası tam təmin olunmamışdır. Bununla da borclu "xxxx" MMC-nin rəhbəri Şəxs vəzifəli şəxs kimi icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin rəhbəri Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, tələbkarların rəsmi müraciətləri ilə aralarındakı razılığa əsasən hər bir tələbkara 6500 manat borc mövcuddur. Həmin borcdan tələbkar Zərərçəkmiş şəxs1 3000 manat, tələbkar X2 isə 2500 manat borc qalmışdır. Tələbkarlardan Zərərçəkmiş şəxs3 ilə isə razılıq əldə olunmuşdur, digər tələbkarlar – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə isə razılıq əldə olunmaqdadır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkarlara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri ünvan 2anov Rayon Məhkəməsinin 2(005)-3503/2017 nömrəli, 13 iyul 2017-ci il tarixli icra sənədinə əsasən, iddianın qismən təmin edilməsi, iddiaçılar Zərərçəkmiş şəxs1, X1 və Zərərçəkmiş şəxs3 "xxxx" MMC-də sürücü işlədikləri müddət ərzində onlara ödənilməli olan əmək haqqının cavabdeh tərəfindən hesablanaraq iddiaçılara ödənilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri ünvan 2anov Rayon Məhkəməsinin 2(005)-3503/2017 nömrəli, 13 iyul 2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2017-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri ünvan 2anov Rayon Məhkəməsinin 2(005)-3503/2017 nömrəli, 13 iyul 2017-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində icra olunması "xxxx" MMC-dən xahiş olunmuşdur. Bakı şəhəri ünvan 2anov Rayon Məhkəməsinin 8(005)-340/2018 saylı, 06 mart 2018ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri ünvan 2anov Rayon Məhkəməsinin 2(005)-3503/2017 nömrəli, 13 iyul 2017-ci il tarixli icra sənədinin icrasını təmin edilməsi məqsədi ilə borclu hüquqi şəxs "xxxx" MMC-yə məxsus **-JP-*** dövlət qeydiyyat nişanlı, “TATA LP 613” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı, “BAZA 079.19” markalı, **-JR- *** dövlət qeydiyyat nişanlı, “TATA LP 613” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı, “BAZA 079.19” markalı nəqliyyat vasitələrinin üzərinə həbs qoyularaq borc tələbi 86900 manat həcmində həmin nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması qərara alınmışdır. Bakı şəhəri ünvan 2anov Rayon Məhkəməsinin 8(005)-584/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qərardadından görünür ki, borclu "xxxx" MMC-nin rəhbəri xx.xx.1967-ci il tarixdə Qafan rayonunda anadan olmuş, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan Şəxs Əbdülxalid oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri ünvan 2anov Rayon Məhkəməsinin 2(005)-3503/2017 nömrəli, 13 iyul 2017-ci il tarixli icra sənədi üzrə tələbkarların rəsmi müraciətləri ilə borclu aralarındakı razılığa əsasən hər bir tələbkara 6500 manat borc mövcuddur. Həmin borcdan tələbkar Zərərçəkmiş şəxs1 3000 manat, tələbkar X2 isə 2500 manat borc qalmışdır. Digər tərəfdən də iş materiallarından görünür ki, icra sənədi üzrə borclu Şəxs tərəfindən icra sənədi əsasında ödəmələr həyata keçirilərkən hərəkətsizlik nümayiş etdirilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri ünvan 2anov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2727/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2727/2022
06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver