Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-273/2021 19.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət X5 Yol-nəqliyyat hadisəsi üzrə inspektoru, polis kapitanı Zeynalov Azər Şahvələd oğlunun, Müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2, Barəsində inzibati xəta haqqında inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Füzuli rayonu, Dövlətyarlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə küçəsi, Baksol 2 ünvanında yaşayan Şəxs oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Bakı şəhər Baş Polis İdarəsinin Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsinin Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs oğlu xx xxxxxx 2020-ci il tarixdə saat 15:20-də etibarnamə əsasında idarə etdiyi “ZİL” yük markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə AR “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq sürücü Q. Namazovun idarə etdiyi “Chevrolet Lacetti” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə toqquşmuş, hadisə nəticəsində xəsarət alan olmamış, lakin maddi zərər dəymişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs oğlunun nəqliyyat vasitələrini idarə etmək hüququ olmamışdır. Bununla da, Şəxs oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət X5 Yol-nəqliyyat hadisəsi üzrə inspektoru, polis kapitanı Zeynalov Azər Şahvələd oğlu tərtib etmiş olduğu inzibati xəta haqqında protokolun məzmununa uyğun şəkildə çıxış edərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 16:05də Bakı şəhər DYPİ-nin növbətçi hissəsindən Nərimanov RPİ-nin növbətçi hissəsinə məlumat verilmişdir ki, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Ə.Əliyev küçəsinin kəsişməsində inşa edilmiş körpünün yaxınlığında xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Aparılmış təhqiqat araşdırmaları ilə müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bədən xəsarəti alan olmamışdır. Toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Lakin hadisə sürücü Şəxs ehtiyatsızlığı nəticəsində baş verdiyinə, əməlində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələbləri pozulduğundan və idarə etdiyi “ZİL 130 80 yük” markalı avtomobili idarə etmə hüququ olmadan idarə etdiyinə görə barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs oğlu məhkəmə iclasında çıxış edərək polis idarəsi tərəfindən onun barəsində tərtib edilmiş protokola etiraz etmədiyini, belə ki, yol-nəqliyyat hadisəsinin protokolda göstərildiyi kimi baş verdiyini bildirmişdir. O, xx.xx.1997-ci ildə Rusiya Federasiyasında sürücülük vəsiqəsi almışdır. Ancaq hazırda həmin sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitmişdir. Hadisə nəticəsində yalnız maddi zərər dəymişdir. Bədən xəsarəti alan olmammışdır. Həmçinin bildirmişdir ki, o, ikinci qrup əlildir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul ediləsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx xxxxxx 2020-ci il tarixli 2/14229 nömrəli protokoldan görünür ki, Şəxs oğlunda alkoqol qəbulu müəyyən olunmamış, hadisə baş verən zaman ayıq olmuşdur. xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin sonuncunun Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tələblərinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü material Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 6 saylı X7 Komissiyasının xx.xx.2015-ci il tarixli arayışından görünür ki, Şəxs İİ qrup əlildir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs oğlu İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs oğlu İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs oğlu tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, zərərçəkmiş şəxsin iş materiallarında olan izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs oğlunun törətdiyi inzibati xətanı etiraf edərək əməlindən səmimi peşmanlıq çəkməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, habelə İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinin tələblərini, yəni Şəxs oğlunun İİ qrup əlil olmasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, Şəxs oğlunun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-273/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-273/2021
19.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver