Məhkəmə qərarları › İş №3(005)-2739/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2739/2023

26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2739/2023 26.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs barəsində Bakı şəhəri Nərimanov rayon prokuroru Hidayət Nurəlibəyov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata dair materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq, baxılması üçün məhkəməyə göndərmişdir. Göstərilən qərardan görünür ki, Yük Taksisi.az” MMC-nin ("xxxx" yükdaşıma və logistika) əməkdaşları xx.xx.1994-cü il təvəllüdlü X3 və xx.xx.1986-cı il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində Bakı şəhəri Nərimanov rayonu, X9 küçəsi 44B ünvanında yerləşən "xxxx" MMC-də yıxılaraq xəsarət almaları faktı əsasında Nərimanov RPİ-nin 17-ci PŞ-də toplanmış material aidiyyəti üzrə rayon prokurorluğuna göndərilmişdir. Araşdırma nəticəsində Şəxs tərəfindən texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması faktı aşkar edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərarı qəbul etmiş prokurorluğun nümayəndəsi və barəsində inzibati xəta üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə göstərilən həmin şəxslərin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Nərimanov rayon prokurorluğunda toplanmış material üzrə sənədləri məhkəmə iclasında tədqiq edilərkən müəyyən olundu ki: Araşdırma zamanı izahatı alınmış Şəxs bildirmişdir ki, xx.xx.2020-ci ildən etibarən Bakı şəhəri “İM" MMC-də onun fəaliyyəti Nərimanov rayonu, X9 küçəsi 44B ünvanında yerləşən anbarda malların qəbulu, çıxışı, eyni zamanda yüklərin daşınması və qaldırılması ilə bağlı işlərin icrasına və yükqaldırıcının sazlığına nəzarət etməkdən ibarətdir . "xxxx" MMC müxtəlif növ mebellərin istehsalı və satışı ilə məşğul olur. Hadisənin baş verdiyi Nərimanov rayonu, X9 küçəsi 44B ünvanında yerləşən qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində "xxxx" MMC-nin satış mağazası (Mutfakçı), həmin mağazanın altında yarı-zirzəmi hissədə isə, materiallar yığılması üçün anbar və istehsal sexi fəaliyyət göstərir. Müştərilərə satılan məhsullar və ya digər sexlərə gedəcək materiallar həmin anbardan avtomobillərə yüklənərək aparılır. Yüklərin daşınması ilə bağlı MMC tərəfindən "xxxx" yükdaşıma xidməti ilə müqavilə bağlanılmış və həmin müqavilə əsasında MMCnin gündəlik yükləri daşınır. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində hazır list kimi satdığı 17 ədəd mətbəx mebelinin hissələrinin Badamdar qəsəbəsinə daşınması üçün "xxxx" yükdaşıma xidmətinin 2 nəfər əməkdaşı (sürücü, fəhlə) Bakı şəhəri Nərimanov rayonu, X9 küçəsi 44B ünvanında yerləşən anbara gəlmişlər. Həmin materiallar yarı-zirzəmi hissədə yerləşən anbardan yükləri qaldırmaq üçün nəzərdə tutulmuş yük qaldırıcı vasitəsilə təxminən 1.5 metr hündürlükdə, qaldırılıb avtomobilə yüklənməli idi. "xxxx" yükdaşıma xidmətinin əməkdaşları anbara keçib hər biri 50 kiloqram olan 17 ədəd listi yükqaldırıcıya yığaraq qaldırmış, birini avtomobilə yerləşdirdikdə avtomobilin balaca olmasını görmüşlər. Bu barədə "xxxx" yükdaşıma xidmətinə məlumat verilmiş, onlar da yeni avtomobil göndərəcəklərini bildirmişlər. Yeni avtomobilin gəlməsini gözləyərkən yüklər 1.5 metr hündürlükdə olmaqla "xxxx" yükdaşıma xidmətinin əməkdaşları da yükqaldırıcının üzərində oturmuşdurlar. Yeni avtomobil gəlməsini gözləyərkən dəfərlərlə yük qaldırıcının düzgün istismar etmədiklərini, nəzərdə tutulmuş 250 kiloqram çəkidən artıq çəki yüklədiklərini və üzərində oturmalarının onlar üçün təhlükəli olduğunu “166" yükdaşıma xidmətinin əməkdaşlarına bildirilmişdir. Həmin vaxt yükqaldırıcının trosu “sıxac”-dan boşalmış və yerə çırpılmışdır. Nəticədə "166” yükdaşıma xidmətinin əməkdaşları müxtəlif bədən xəsarətləri almışdır. Dərhal təcili tibbi yardıma məlumat verilmiş və təcili tibbi yardım əməkdaşları gəlib onları xəstəxanaya aparmışdır. Aparılmış araşdırma zamanı izahatı alınmış X3 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də (166 yükdaşıma şirkəti) fəhlə olaraq işləyir. İş rejimi hər gün səhər saat 08:00-dan saat 20:00-dək olmuşdur. Onun işi "xxxx" yükdaşıma şirkətinə gələn çağırışlar üzrə ünvanlara gedərək yüklərin daşınmasından ibarət olmuşdur. Yüklərin daşınması ilə bağlı "xxxx" MMC ilə işlədiyi şirkət arasında müqavilə vardır. xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində işdə olduğu zaman "xxxx" MMC-dən yüklərin daşınması ilə bağlı çağırış daxil olmuş, bununla bağlı iş yoldaşı X7 ilə birlikdə "xxxx" MMC-nin Nərimanov rayonu, X9 küçəsində yerləşən anbarına getmişlər. Orada zirzəmi hissədə olan 17 ədəd “MDF dik”-lər təxminən 2 metr qaldırılıb yük avtomobilinə yüklənməli idi. Eminlə birlikdə zirzəmi hissəyə düşdükdən sonra oranın adını bilmədiyi əməkdaşı yüklərin yerini göstərmiş, o həmin yükləri daşıyıb hamısını orada olan yükləri qaldırmaq üçün nəzərdə tutulmuş qaldırıcının üzərinə yığmışdır. Daha sonra Emin qaldırıcının pultunu götürüb yuxarı qaldırdıqdan sonra pilləkənlə özləri qalxmışlar. Emin aktı avtomaşından götürmüş, aktı doldurmaq üçün qaldırıcının üzərinə çıxıb “MDF”-ləri sayarkən anidən qaldırıcı lift yerə çırpılmışdır. O da, Emin də yüklərlə birlikdə yerə yıxılmışlar. Nəticədə onların hər ikisi müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Bundan sonra təcili tibbi yardıma zəng olunmuş və xəstəxanaya çatıdırılmışlar. Ona və digər işçilərə təlimat dövri olaraq Elmir adlı şəxs tərəfindən keçirilir. Yüklərin daşınması ilə bağlı ünvanlara getdikləri zaman işlərə nəzarəti qrup rəhbəri kimi Emin etmişdir. Ambulator müayinə olunduqdan sonra evə buraxılmışdır. Araşdırma zamanı izahatı alınmış X7 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-də (166 yükdaşıma şirkəti) sürücü olaraq işləyir. İş rejimi hər gün səhər saat 08:00-dan saat 20:00dək olmuşdur. İşi "xxxx" yükdaşıma şirkətinə gələn çağırışlar üzrə ünvanlara gedərək yüklərin daşınmasından ibarət olmuşdur. Yüklərin daşınması ilə bağlı "xxxx" MMC ilə işlədiyi şirkət arasında müqavilə vardır. xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində işdə olduğu zaman “İM" MMC-dən yüklərin daşınması ilə bağlı çağırış daxil olmuş, bununla bağlı iş yoldaşı X3 ilə birlikdə "xxxx" MMCnin Nərimanov rayonu, X9 küçəsində yerləşən anbarına getmişlər. Orada zirzəmi hissədə olan 17 ədəd “MDF dik”-lər təxminən 2 metr qaldırılıb yük avtomobilinə yüklənməli idi. Tahirlə birlikdə zirzəmi hissəyə düşdükdən sonra oranın adını bilmədiyi əməkdaşı yüklərin yerini göstərmiş, Tahir həmin yükləri daşıyıb hamısını orada olan yükləri qaldırmaq üçün nəzərdə tutulmuş qaldırıcının üzərinə yığmışdır. Daha sonra qaldırıcının pultunu götürüb yuxarı qaldırdıqdan sonra pilləkənlə özləri qalxmışlar. O, aktı avtomaşından götürüb, aktı doldurmaq üçün qaldırıcının üzərinə çıxıb “MDF”-ləri sayarkən anidən qaldırıcı lift yerə çırpılmışdır. O və Tahir də yüklərlə birlikdə yerə yıxılmışlar. Nəticədə hər ikisi müxtəlif dərəcəli bədən xəsarətləri almışdırlar. Bundan sonra təcili tibbi yardıma zəng olunmuş və xəstəxanaya çatıdırılmışlar. Ambulator müayinə olunduqdan sonra evə buraxılmış və 4 həftə müddətində ev şəraitində hərəkətsiz vəziyyətdə yatmaq tövsiyyə olunmuşdur. O isə, 01 aydan çox ev şəraitində yataraq müalicəsini almışdır Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 sentyabr 2023-cü il tarixli, 10/5409 nömrəli ekspert rəyinin tədqiqat nəticəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar Baş vermiş hadisə ilə əlaqədar «X2 Öhdəlikləri Forması»nın 8, 9 bəndlərinin və «Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları»nın 2.7.1, 2.7.6 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin baş verməsinin texniki səbəbi olmuşdur. "xxxx" MMC-nin istehsalat sahəsindəki qaldırıcı qurğunun burazının üzərində olan sıxaclar normativ səndlərə uyğun olmadan qaldırıcı qurğu nəzarətsiz halda istismar edildiyinə görə, «X2 Öhdəlikləri Forması»nın 8, 9 bəndlərinin və «Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları»nın 2.7.1, 2.7.6 bəndlərinin tələbləri "xxxx" MMC-nin istehsal mühəndisi tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmişin özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən olunmadı. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X6 28 avqust 2023-cü il tarixli, 1039 və 18/828 nömrəli ekspert rəyinin tədqiqat nəticəsindən görünür ki, X1 bədən səthində (sıyrıq, qançır, yara və s.) xəsarət aşkar edilmədi və 1. Vət. X4 məhkəmə - tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - 1-ci bel fəqərənin komperssion sınığı küt əşyanın təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs (FİN: xxxxxxx) barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində göstərilir ki, Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda inzibati məsuliyyətə səbəb olur və min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işdə olan izahatını, şahid ifadələrini dinləyib, ekspert rəylərini və digər iş materiallarını araşdırıb hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin tərkibi var. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. İXM-in: 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası çərçivəsində tənbeh tədbiri inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar