Məhkəmə qərarları › İş №3(005)-2739/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2739/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2739/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi X1 Etibar qızının katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 491.3 və 492.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 491.3 və 492.1-ci maddələri ilə tərtib edilmiş 28 iyul 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Bakı Baş Gömrük İdarəsinin İpək Yolu gömrük postundan şöbəsindən daxil olmuş 3-33- 1100/019/034389 saylı xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, idxalatçı Şəxs MMC (VÖEN: **********) tərəfindən idxal olunmuş malların daşındığı 99SD583/99ZH136 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Qırmızı-körpü” gömrük postundan Şəxs MMC-və məxsus anbara təyinat almış və xx.xx.2024-cü il saat 10:15-də çatması barəsində VAİS proqramında "xxxx" MMC tərəfindən elektron bildiriş göndərilmişdir. Monitorinq şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il saat 16:45-də Şəxs MMC-və məxsus anbara baxış keçrilən zaman nəqliyyat vasitəsinin anbarda deyil, Nərimanov rayonu, Xəlil Rza 10, ünvanında yerləşən tikinti ərazisində olması müəyyən edilmişdir. Bundan əlavə, Monitorinq şöbəsinin əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-və məxsus anbarda 99SD583/99ZH136 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilən zaman gömrük bəyannaməsi təqdim olunmadan gömrük təminatının pozulduğu lakin yüklərin nəqliyyat vasitəsində olduğu müəyyən olunmuş, nəqliyyat vasitəsi gömrük təminatına alınmış və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Bu hərəkətləri ilə Şəxs MMC İXM-nin 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Səlahiyyətli orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 3-33-1100/019/034389 nömrəli, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş Şəxs MMC (VÖEN: **********) tərəfindən idxal olunmuş malların daşındığı 99SD583/99ZH136 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə Tovuz Gömrük İdarəsinin “Qırmızı-körpü” gömrük postundan Şəxs MMC-yə məxsus anbara təyinat almış və xx.xx.2024-cü il saat 10:15-də çatması barəsində VAİS proqramında "xxxx" MMC tərəfindən elektron bildiriş göndərilmişdir. Monitorinq şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il saat 16:45-də Şəxs MMC-yə məxsus anbara baxış keçrilən zaman nəqliyyat vasitəsinin anbarda deyil, Nərimanov rayonu, Xəlil Rza 10, ünvanında yerləşən tikinti ərazisində olması müəyyən edilmişdir. Bundan əlavə, Monitorinq şöbəsinin əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə məxsus anbarda 99SD583/99ZH136 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə baxış keçirilən zaman gömrük bəyannaməsi təqdim olunmadan gömrük təminatının pozulduğu lakin yüklərin nəqliyyat vasitəsində olduğu müəyyən olunmuş, nəqliyyat vasitəsi gömrük təminatına alınmış və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Həmçinin, iş materiallarından müəyyən edilmişdir ki, Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikasının vətəndaşı Nümayəndə2 oğlnun izahatı alınmış, o, inzibati xəta pozuntusu törətdiklərini etiraf etmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı Baş Gömrük İdarəsi Monitorinq şöbəsinin əməkdaşı Əli Niftəliyev və "xxxx" MMC -nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə akt tərtob edilmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixdə saat 10:15-də çatma barədə bildiriş göndərilmişdir. xx.xx.2024-cü il tarixdə saat 16:45-də Monitorinq şöbəsinin əməkdaşları Şəxs MMC –nin Abşern rayonu, Digah ştq ünvanında olduğu zaman nəqliyyat vasitəsinin anbarda olmadığı və nəqliyyat vasitəsinin Heydər Əliyev prospekti ünvanında yerləşən başqa anbarda olduğu və gömrük bəyannaməsi yazılmadan təminatın qurulduğu müəyyən edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.15-ci maddəsinə əsasən, gömrük nəzarəti altında olan mallar dedikdə bu Məcəllənin tələblərinə uyğun olaraq üzərində gömrük nəzarəti başa çatmamış mallar başa düşülür. 83.4-cü maddəsinə əsasən, gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrindən istifadə olunmasına və onlar barəsində sərəncam verilməsinə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və şərtlər daxilində yol verilir. 118.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilmiş bütün mallar üzərində gömrük nəzarəti bu Məcəllənin 14-cü fəslində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Məcəllənin 83.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri baş verənədək mallar gömrük nəzarəti altında saxlanılır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 491.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxsnın məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə təqsirli bilinməli, və həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə 1000 (min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar