Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-274/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Nadir Rza-zadənin 12 yanvar 2023-cü il tarixli qərarından və xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2022-ci ıl tarixdə saat 18:30 radələrində etibarnamə ilə idarə etdiyi Mercedes B klass markalı ** GR *** dövlət nömrə nişanlı avtomobil ilə Nərimanov rayonu M.Uluqbəy küçəsindən A.Neymətulla küçəsinə dönüb yolun soldan birinci zolaqla saatda 20- 30 km sürətlə hərəkət edib 45 saylı orta məktəbə çatmamış sola dönmə əməliyyatı edərkən manver etmə qaydalarını pozması nəticəsində avtomobilin sağ arxa qapısı ilə sürücü X1 idarə etdiyi Yamaha FZS 150 markalı 99 C 239 dövlət nömrə nişanlı motosiklin ön hissəsi ilə toqquşmuş və toqquşma nəticəsində sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs baş vermiş yol nəqliyyat hadisəsində özünü təqsirli bilməyərək, hadisənin qarşı tərəfin təqsiri ilə baş verdiyini bildirmiş və barəsində olan protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmiş şəxs X3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 2/32516 nömrəli, xx.xx.2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs həmin gün ayıq olmuşdur; 2/32522 nömrəli, xx.xx.2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, X3 həmin gün ayıq olmuşdur; Azərbaycan Respublikası DİN BDYPİ Qİİ/ 1 saylı Asan x.m tərəfindən verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs B1, B, C1, C kateqoriyalı sürücüdür; xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, X5 mülkiyyətində olan “Mercedes Benz 200” minik markalı ** GR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək və sair səlahiyyətləri xx.xx.2023-cü il tarixədək Şəxs etibar etmişdir; Təhqiqat araşdırması zamanı Şəxs izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 18:30 radələrində o etibarnamə ilə idarə etdiyi Mercedes B klass markalı ** GR *** dövlət nömrə nişanlı avtomobil ilə M.Uluqbəy küçəsindən A.Neymətulla küçəsinə dönüb yolun soldan birinci zolaqla saatda 20-30 km sürətlə hərəkət edib 45 saylı orta məktəbə çatmamış sola dönmə əməliyyatını edib dönərkən avtomobilin sağ arxa qapısına və alt hissəsinə motosikl çırpılmışdır. O, dərhal avtomobildən düşüb motosiklin sürücüsünə və onun yanında olan sərnişinə köməklik göstərmişdir.Bir müddət sonra hadisə yerinə gələn TTYS onu maşınla xəstəxanaya aparmışdır.Yolnəqliyyat hadisəsi döngəni artıq qismən keçdiyi zaman baş vermişdi.Hadisə zamanı avtomobildə tək olmuşdur.O sola dönmə əməliyyatını etmək üçün nəzərdə tutulmuş icazə olan zolağa çatıb qarşıda avtomobilin hələdə təxminən 40-50 metr irəlidə olduğunu görüb təhlükə olmayacağına əmin olub dönmə əməliyyatını edən zaman sürəti 15-20 km olmuşdur. Araşdırma müddətində izahatı alınmış Vət.X3 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində o idarə etdiyi Yamaha FZS 150markalı 99 C 239 dövlət nömrə nişanlı motosikl ilə A.Neymətulla küçəsi ilə üzü F.Yusifov küçəsi ilə olan kəsişməyə doğru yolun soldan birinci zolağı ilə saatda 35-40 km sürətlə hərəkət edərkən məhəllə içi yoldan qırmızı rəngli avtomobilin sol tərəfə döndüyünü görüb yoluna davam edən zaman Mersedes markalı avtomobil sola dönmə edən zaman onun motosiklinin ön tərəfi ilə həmin avtomobilin arxa sağ qapı tərəfinə toqquşmuşdur.Zərbədən o və arxada oturan dostu Mahmud Əliyev yıxılmışlar.O xəsarət almış və hadisə yerinə TTYS gəlib onu aparmışdır.Mahmud qoruyucu dəbilqə geyinməmişdi, o isə dəbilqədən istifadə etmişdir.Toqquşma anında motosiklin sürəti 35-40 km/saat olmuşdur.O Mercedes markalı avtomobil 10 metr məsafədən görmüşdür.O aldığı xəsarətlə bağlı KTM-nə müraciət etmişdir.Onun tələbi Mersedes markalı avtomobilin sürücüsü tərəfindən ona dəymiş ziyanın ödənilməsidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X4 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 1348 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X2 aşkar edilmiş xəsarətlər-ağrı simptomu və sağ əl barmaqlarının hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumalarının, şişkinlik halında əzilməsi-hematoması, sağ dirsək və sol diz oynağının ağrı və hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumalarının şişkinlik halında əzilməsi, sağ dirsək və sol diz əzələ bağ aparatlarının dartılması, sağ diz oynağının sıyrığı, xayalağın sol yarısının qançır küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 12 yanvar 2023-cü il tarixli qərardan görünür ki, əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin və toplanmış materialın sürücü Şəxs barəsində İXM-in 327.8-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin RM 11(23) nömrəli rədd materialında olan izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-274/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-274/2023
07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver