Məhkəmə qərarları › İş №3(005)-2745/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-2745/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-2745/2025 04.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Babayev Kamal Yunis oğlu, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə daxil olmuş şikayətə baxaraq MÜƏYYƏN ETDİM: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X2 barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, X1 şikayət ərizəsi inzibati xətanın törədildiyi yer üzrə baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materiallarında aydın olur ki, Azərbaycan Respublikasının İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi xx.xx.2025-ci il tarixində, ünvan 1 ünvanında baş vermişdir. Həmçinin iş materiallarında inzibati xəta haqqında qərara şəxsin yaşayış yeri üzrə baxılmasına dair vəsatət yoxdur. İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Məhkəmə hesab edir ki, X1 İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair şikayət ərizəsinə baxılması üçün inzbati xətanın törədildiyi yer üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar