Məhkəmə qərarları › İş №3(005)-2747/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2747/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2747/2025 01.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Vəliyev Mahir Tahir oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər DYPİ YNH inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.1995-ci il təvəllüdlü, ünvan 1ində anadan olan, Rusiya Federasiyası vətəndaşı, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Rusiya Federasiyasında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1, 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi X6 İdarəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsi (bundan sonra – BDYPİ) tərəfindən Şəxs barəsində İXM-nin 327.1, 332.1 və 332.4-cü maddələri ilə İXP ******* nömrəli protokol tərtib edərək, baxılması üçün Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində, saat 12:50 radələrində “Toyota Camry” minik markalı, O013EP134 dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edərək, manevr etmə qaydalarını pozması nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. Bununla da, İXM-nin 327.1 və 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak etmiş protokolu tərtib etmiş X2 izahatında qeyd etmişdir ki, Şəxs Rusiya Federasiyası vətəndaşı olmasına və sürücülük vəsiqəsinin müddəti başa çatmasına baxmayaraq, ailəsinə məxsus “Toyota Camry” markalı nəqliyyat vasitəsini idarə etmiş, nəticədə manevr qaydalarını pozaraq həmin vaxt hərəkətdə olan motosikletə dəyərək maddi ziyan vurmuşdur. Hazırda maddi ziyan 500 manat məbləğində qiymətləndirilir və iş üzrə xəsarət alan yoxdur. Protokolu müdafiə edərək, zərərçəkmiş şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü inzibati xəta haqqında protokolla təqsirli bilərək qeyd etmişdir ki, ölkəmizin qanunlarını dəqiq bilmədiyindən nəqliyyat vasitəsini idarə etmiş və idarəetməni itirərək motosikletə dəymişdir. Törətdiyi əməldən peşmandır və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Rusiya Federasiyası tərəfindən verilmiş sürücülük vəsiqəsindən görünür ki, sürücülü kvəsiqəsinin müddəti xx.xx.2025-ci il tarixdə başa çatmışdır. “Qarağab Nemətləri” Kooperativi tərəfindən verilmiş araypışdan görünür ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Haoujue HJ TZ125” markalı 99 A 954 dövlət qeydiyyat nişanlı motosikletə 500 manat maddi ziyan dəymişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, (............) 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. 332.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. 332.4. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın: 2 və 2.2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından İXM-nin 327.4 və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) – Baş X5 İdarəsinin rəisi, onun müavinləri, Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X5 İdarəsinin rəisi, ərazi polis orqanlarının X5 idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının X5 bölmələrinin rəisləri, ərazi polis orqanlarının X5 qruplarının rəhbərləri baxırlar. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını və iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilmişdir və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmin fakt barəsində icraat aparılan şəxsin özünün səmimi etirafedici izahatı, o cümlədən səlahiyyəti orqanın nümayəndəsinin izahatı, o cümlədən arayış, inzibati xəta haqqında protokol və digər sənədlərlə tam şəkildə sübuta yetirilir. Belə ki, iş materiallarından göründüyü kimi, Şəxs Rusiya Federasiyası tərəfindən verilmiş sürücülük vəsiqəsinin müddəti bitməsinə baxmayaraq, birbaşa qəsdlə əhatə olunan əməllə nəqliyyat vasitəsini idarə etmiş, nəticədə yol nəqliyyat hadisəsi törədərək, zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və 33-cü maddəsinə əsasən əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən etmir. Röyaı Abdullayevin İXM-nin 332.1 və 327.1-ci maddələri tənbeh edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd edən tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. İXM-nin 327.1 və 332.1-ci maddələri ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-nin 327.1-ci və 332.1-ci maddələri ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş sanksiya həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, İXM-nin 327.1 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 30, 43, 114, 115, 128-13, 327.1, 332.1 və 332.4cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilsin. Şəxs İXM-nin 332.1 və 327.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhər Baş Polis İdarəsinin X6 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar