Məhkəmə qərarları › İş №3(005)-2753/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2753/2025

19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2753/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, Barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 00100-02174/25 nömrəli, 23 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına xx.xx.2025-ci il tarixində Türkiyə Respublikasından Şəxs MMC ünvanına 08K7470/08ABK327 dövlət nömrə nişanlı avtomaşınla daxil olan EİH**********217 nömrəli xx.xx.2025-ci il tarixli invoys əsasında Bakı Bas Gömrük İdarəsində **********0097 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yükə gömrük yoxlaması keçirilən zaman gömrük bəyannaməsində bəyan olunmayan 72 ədəd 330 ml dəmir qablasdırmada olan “Fire of İstanbul“ nişanlı meyvəli qazlı içki və 11 kq 5 rulon üzərində “Suntat" ticarət nişanı qeyd olunan etiketlər aşkar olundu. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə bildirdi ki, Türkiyə Respublikasında yerləşən istehsalçı şirkətdən idxal edilmiş malların içərisində qeyd olunan mallar nümunə kimi göndərilib ki, əgər razılaşsaq gələcəkdə həmin məhsulların idxalını da həyata keçirək, lakin bundan şirkətin xəbəri olmayıb, sürücüyə kiçik bağlama şəklində verilib. Bunun şirkət üçün mahiyəti olmadığını, nəqliyyat vasitəsini anbara gedəcəyi təqdirdə böyük xərcə səbəb olacağını bildirərək, protokolda qeyd olunan məhsullarn müsadirə olunmasını xahiş etdi. Səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İpək Yolu” g/p-nun rəisi Kamran Əliyev tərəfindən daxil olmuş xx.xx.2025-ci il tarixli raporta əsasən, Türkiyə Respublikasından Şəxs MMC ünvanına 08K7470/08ABK327 dövlət nömrə nişanlı avtomaşınla daxil olan EİH**********217 nömrəli xx.xx.2025-ci il tarixli invoys əsasında Bakı Bas Gömrük İdarəsində **********0097 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yükə gömrük yoxlaması keçirilən zaman gömrük bəyannaməsində bəyan olunmayan 72 ədəd 330 ml dəmir qablasdırmada olan “Fire of İstanbul“ nişanlı meyvəli qazlı içki və 11 kq 5 rulon üzərində “Suntat" ticarət nişanı qeyd olunan etiketlər aşkar olundu. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli malların qiymətini müəyyən etmək üçün 171 nömrəli mütəxəssis rəyindən görünür ki, 72 ədəd 330 ml dəmir qablaşdırmada olan “Fire of İstanbul“ nişanlı meyvəli qazlı içkilər yükünün orta bazar qiyməti 151.2 AZN və 11 kq 5 rulon üzərində “Suntat“ ticarət nişanı qeyd olunan etiketlər yükünün orta bazar qiyməti isə 300 AZN olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş “Yoxlama haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, yoxlama zamanı Şəxs MMC ünvanına Türkiyə Respublikasından 08K7470/08ABK327 dövlət nömrə nişanlı avtomaşınla daxil olan EİH**********217 nömrəli xx.xx.2025-ci il tarixli invoys əsasında Bakı Bas Gömrük İdarəsində **********0097 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yükə gömrük yoxlaması keçirilən zaman gömrük bəyannaməsində bəyan olunmayan 72 ədəd 330 ml dəmir qablasdırmada olan “Fire of İstanbul“ nişanlı meyvəli qazlı içki və 11 kq 5 rulon üzərində “Suntat" ticarət nişanı qeyd olunan etiketlər aşkar olundu. Gömrük yoxlaması zamanı iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 479-cu maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 146-cı maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir; 148-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iş materiallaını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, **********0097 sorğu nömrəli xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsində Şəxs MMC tərəfindən bəyan edilməyən, 72 ədəd 330 ml dəmir qablasdırmada olan “Fire of İstanbul“ nişanlı meyvəli qazlı içki və 11 kq 5 rulon üzərində “Suntat" ticarət nişanı qeyd olunan etiketlər aşkar edilmişdir və bununla da İXM-in 482.1-ci maddəsinin tələbləri həmin hüquqi şəxs tərəfindən pozulmuşdur İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 34.3, 40, 43, 114-115, 482.1 və 482.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan 72 ədəd 330 ml dəmir qablasdırmada olan “Fire of İstanbul“ nişanlı meyvəli qazlı içki və 11 kq 5 rulon üzərində “Suntat" ticarət nişanı qeyd olunan etiket dövlət nəfinə müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar