Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2758/2025 19.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs iştirakları ilə, "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru tərəfindən "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2 (117)-1472/2024-023 saylı xx.xx.2024-cü tarixli icra sənədi üzrə borc tələbi Şəxs tərəfindən icra edilməmişdir. Bununla da, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, protokolda qeyd olunan Şəki Kommersiya Məhkəməsinin e-2-2 (117)-1472/2024-023 saylı xx.xx.2024-cü tarixli icra sənədinə əsasən borclu rəsmi qaydada xəbərdar edilmiş, lakin icra sənədini icra etməmişdir. Məhkəmədən borclu barəsində müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, maddi çətinlikləri olduğu üçün icra sənədi üzrə ödəniş etməmişdir. Hazırda sözügedən ünvanda malladı olduğu, həmin malları qoymağa başqa yeri olmadığı, əlavə xərc tələb etdiyi üçün həmin malları çıxara bilmədiyini qeyd edərək, barəsində qərar verilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2 (117)-1472/2024-023 saylı xx.xx.2024cü tarixli icra sənədi üzrə borc tələbi Şəxs tərəfindən icra edilməmişdir. Nticədə Şəxs İXMnin 528.1-ci maddəsi ilə inzibati xətanı törətmişdir. Şəki Kommersiya Məhkəməsinin e-2-2 (117)-1472/2024-023 saylı xx.xx.2024-cü tarixli icra sənədinə əsasən cavabdeh "xxxx" MMC iddiaçıya məxsus məxsus, Bakı şəhəri Dərnəgül qəsəbəsi İslam Abışov küçəsi 20/94-cü məhəllədə yerləşən 300 kv.m. sahəsi olan anbardan və 220 kv.m. boş istehsal sahəsindən çıxarılması, cavabdeh "xxxx" MMCdən, iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən istifadə nəticəsində vurulmuş zərərin əvəzi olan 19116 manat pul və 155 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərardan və “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, B Şəki Kommersiya Məhkəməsinin e-2-2 (117)- 1472/2024-023 saylı xx.xx.2024-cü tarixli icra vərəqəsinin "xxxx" MMC-nin rəhbəri ərəfindən könüllü icra edilməsi barədə borcluya məlumat verilmişdir. Hüquqi məsələlər: «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə - vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcələsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi..... bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, İXM-in 76-cı maddəsinə uyğun olaraq iş üzrə toplanmış və tədqiq edilmiş bütün sübutları – inzibati xəta haqqında protokol, icra sənədinin surəti və digər sənədləri ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam və hərtərəfli sübuta yetirilmişdir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu "xxxx" MMC-nin rəhbəri Şəxs üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədini icra etməmiş, habelə məhkəmə qətnaməsində borcun hissə-hissə ödənişi nəzərdə tutulmamışdır. Barəsində icraat aparılan şəxs üzrlü hal kimi maddi çətinliklərinin olması ilə və hazırda həmin ünvanda əşyalarının olması ilə izah etmişdir. Lakin, məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir və icrası hamı üçün məcburi xarakter daşımaqdadır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin direktoru Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(005)-2758/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2758/2025
19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver