Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-276/2022 26.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4, X1 nümayəndəsi X3, Müdafiəçi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi ev 9 qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X10 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1558/2017 saylı, 28.02.2017-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-351/2018 saylı, 19.03.2018-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 26 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1558/2017 saylı, 28.02.2017-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-351/2018 saylı, 19.03.2018-ci il tarixli icra sənədləri üzrə 06.04.2017 və 02.11.2018-ci il tarixlərdən halhazıradək Şəxs tərəfindən icra edilməmişdir. Bununla da Şəxs icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X10 protokolda göstərilənlərə uyğun izahat verərək, borclunun qanunla müəyyən edilmiş qaydada barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o əvvəllər sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Həmin dövrdə tələbkar şəxslə sahibkarlıq fəaliyyəti ilə əlaqədar birlikdə işləmişlər. Qarşı tərəfə bir neçə dəfə 260.000 dolları borcdan hissə-hissə ödənilməsi ilə bağlı təkliflər etmişdir. Ancaq bununla razılaşmayaraq böyük həcmdə ödənişin edilməsini istəmişlər. Bildirmişdir ki, hazırda borcunu ödəmək niyyətindədir, borcun ödənilməsindən yayınmır. Sadəcə halhazırda maddi vəziyyəti buna imkan vermir ki bir dəfəlik ödəsin. Yalnız hər ay 800 manat ödəniş edə bilər. Digər tələbkara isə 25.01.2022-ci il tarixdə 250 manat ödəniş etmiş və onunla razılıq əldə etmişdir. Qeyd edilənlərini nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzrlü səbəbdən icra sənədlərini icra etmədiyini bildirərək Şəxs hərəkətlərində qərəzlilik olmadığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi X7 bildirmişdir ki, borclu Şəxs 4 ildir ki, qanuni qüvvəyə minmiş qətnamənin icrasından boyun qaçırır. Ancaq heç vaxt gəlib konkret hər hansı məbləğdə vəsaitin ödənilməsi ilə bağlı təklif etməmişdir. Ümumiyyətlə, borcunun ödənilməsi ilə çağırışlara gəlməmiş, hər dəfə mağazada 300 manat maaşla işlədiyini bildirərək ödənişdən yayınmışdır. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində qanunla müəyyən olunmuş qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1558/2017 saylı, 28.02.2017-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-351/2018 saylı, 19.03.2018-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: MN seriyalı ******* nömrəli, 26 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında Protokola əlavədən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1558/2017 saylı, 28.02.2017-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 68600 ABŞ dolları məbləğində borc ödəniş günü mərkəzi bankın müəyyən etdiyi məzənnə üzrə manatla həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq tələbkar Özkan Arifin xeyrinə ödənilməlidir. İcra sənədi üzrə tərtib edilmiş icraata başlama haqqında qərar və tələbin icra edilməsi ilə bağlı bildiriş 06.07.2017-ci il tarixdə rəsmi şəkildə borcluya təqdim edilmişdir. İcra sənədi borclu tərəfindən icra edilmədiyinə görə onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş və məhkəmənin 16.06.2017-ci il tarixli, 8(005)-760/2017 saylı qərardadına əsasən təqdimat təmin edilmiş və qərardad icra edilməsi üçün 14.12.2017-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə göndərilmişdir. Daha sonra borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 3(005)-1428/2018 saylı, 17.08.2018-ci il tarixli qərarına əsasən Şəxs barəsində 10 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-351/2018 saylı, 19.03.2018-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 260000 ABŞ dolları məbləğində borc ödəniş günü mərkəzi bankın müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq tələbkar X5 verilməlidir. İcra sənədi üzrə tərtib edilmiş icraata başlama haqqında qərar və tələbin icra edilməsi ilə bağlı bildiriş 07.01.2019-cu il tarixdə rəsmi şəkildə borcluya təqdim edilmişdir.İcra sənədinin icrası ilə bağlı borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 3(005)-556/2019 saylı, 22.02.2019-cu il tarixli qərarına əsasən Şəxs barəsində 10 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Borclu icra sənədlərinin icrasından yayındığına görə və eyni zamanda Nərimanov Rayon Polis İdarəsinin İnzibati binasında qeydiyyatda olduğuna görə onun barəsində 16.04.2021-ci il tarixdə axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Nərimanov RPİ-nə göndərilmiş və həmin qərar əsasında borclu Qabiyev X8 RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov rayon icra şöbəsinə təhvil verilmişdir. İcra sənədləri 15.12.2021-ci il tarixdə «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 54.1 və 54.2-ci maddələrinin tələblərinə əsasən ümumi bir icraatda birləşdirilmişdir. Elektron icra sitemində borclunun adına tələbin yönəldilə biləcəyi əmlakın olmaması müəyyən edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 fevral 2017-ci il tarixli, 2(005)- 1558/2017 saylı icra vərəqəsindən görünür ki, iddia ərizəsinin qismən təmin edilməsi, Özkan Arif ilə Şəxs arasında bağlanmış 04 noyabr 2016-cı il tarixli borcun etirafı müqaviləsinin ləğv edilməsi, Şəxs 04 noyabr 2016-cı il tarixli borcun etirafı müqaviləsi üzrə 68.600 (altmış səkkiz min altı yüz) ABŞ dolları məbləğində borcun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə) həmçinin ödənilməmiş 30 manat dövlət rüsumunun iddiaçı Özkan Arifin xeyrinə tutulması qət edilmişdir. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən 06.04.2017-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1558/2017 saylı, 28.02.2017-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.11.2017-ci il tarixli, 8(005)-1610/2017 saylı qərardadının surətindən görünür ki, təqdimatın təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1558/2017 saylı, 28.02.2017-ci il tarixli icra sənədinin icrasının təmini məqsədilə 29.06.1976-cı il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-351/2018, 19.03.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 18.09.2014-cü il tarixli borcun etirafı haqqında müqavilə üzrə 260.000 (iki yüz altmış min) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günün manata məzənnə ilə manatla alınaraq X6 qaytarılması qət edilmişdir. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən 02.11.2018-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və həmin tarixli bildirişin surətlərindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-351/2018 saylı, 19.03.2018-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2018-ci il tarixli, 3(005)- 1428/2018 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati inzibati xətanın törədilməsində təqsirli bilinməsi və barəsində 10 (on) gün müddətinə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, həbsetmənin əvvəlinin 17 avqust 2018-ci il tarixdən saat 17:00-dan hesablanması qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2019-cu il tarixli, 3(005)- 556/2019 saylı qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati inzibati xətanın törədilməsində təqsirli bilinməsi və barəsində 10 (on) gün müddətinə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, həbsetmənin əvvəlinin 22 fevral 2019-cu il tarixdən saat 18:20-dən hesablanması qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən qəbul edilmiş 16.04.2021-ci il tarixli “Borclunun axtarılması haqqında” Qərardan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X15 küçəsi, ev 9 ünvanında qeydiyyatda olan, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, borclu Şəxs barəsində axtarış elan edilməsi və saxlanılaraq Nərimanov rayon İcra Şöbəsinə təhvil verilməsi qərara alınmışdır. “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” 15.12.2021-ci il tarixli qərardan görünür ki, Nərimanov rayon icra şöbəsinin icraatında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1558/2017 saylı, 28.02.2017-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-351/2018 nömrəli, 19.03.2018-ci il tarixli icra sənədlərinin ümumi icraatda 218993/2018 sayı ilə birləşdirilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin Nərimanov rayon icra şöbəsinə ünvanlanmış 26.01.2022-ci il tarixli, 081-890 nömrəli məktubundan görünür ki, Nərimanov rayon icra şöbəsi tərəfindən axtarışda olan Şəxs icra hərəkətləri aparılması üçün təqdim olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədlərinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə borclunun icra sənədlərinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədlərini qərəzli olaraq təmin etmədiyini, barəsində axtarış elan olunmasını və axtarış əsasında saxlanılaraq icra şöbəsinə təqdim olunmasını, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 26 yanvar 2022-ci il tarixdən saat 19:20-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN-nə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-276/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-276/2022
26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver