Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2769/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, tələbkar X2 iştirakları ilə, “xxxx” ASC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsinin 2(011)-2328/2017 saylı, xx.xx.2017-ci il tarixli, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli və Qaradağ Rayon Məhkəməsinin 3(002)-440/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədlərinin icrası ilə bağlı borclu “xxxx” ASC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli “İnzibati xəta haqqında” həmin protokolda qeyd edilir ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, A.Nemətulla küçəsi, 23 ünvanında borclu “xxxx” ASC-nin direktoru Şəxs tərəfindən məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Nəticədə “xxxx” ASC-nin direktoru Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola ******* nömrəli əlavədən görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-2328/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, borclu “xxxx” ASC-dən 1200 manat məbləğində pul vəsaiti tələbkar X2 xeyrinə, 30 manat dövlət rüsumu isə dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İcra sənədi Qaradağ Rayon İcra və Probasiya Şöbəsi tərəfindən ərazi aidiyyəti üzrə göndərilmiş və şöbənin icraatına xx.xx.2019-cu il tarixdə daxil olmuş, xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu “xxxx” ASC-nə göndərilmişdir. İcraata başlamaq haqqında qərar bildirişlə birlikdə borclunun rəhbəri Şəxs tərəfindən xx.xx.2019-cu il tarixdə rəsmi qaydada qəbul edilmişdir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən, borclu “xxxx” ASC-dən 300 manat məbləğində inzibati cərimə dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İcra sənədi şöbənin icraatına xx.xx.2018-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu “xxxx” ASC-nə göndərilmişdir. İcraata başlamaq haqqında qərar bildirişlə birlikdə borclunun rəhbəri Şəxs tərəfindən xx.xx.2019-cuil tarixdə rəsmi qaydada qəbul edilmişdir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 01,03.2013-cü il tarixli icra sənədinə əsasən, borclu “xxxx” ASC-dən 200 manat məbləğində inzibati cərimə dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İcra sənədi şöbənin icraatına xx.xx.2018-ci il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu “xxxx” ASC-nə göndərilmişdir, icraata başlama haqqında qərar bildirişlə birlikdə borclunun rəhbəri Şəxs tərəfindən xx.xx.2019-cuil tarixdə rəsmi qaydada qəbul edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 3(002)-440/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, borclu “xxxx” ASC-dən 1500 manat məbləğində inzibati cərimə dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İcra sənədi Qaradağ Rayon İcra və Probasiya Şöbəsi tərəfindən ərazi aidiyyəti üzrə göndərilmiş və şöbənin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuş, xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu “xxxx” ASC-nə göndərilmişdir. İcra sənədlərinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədilə müvafiq orqanlara sorğular göndərilmiş, borclunun adına “Qaz 24 minik” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı, “Kamaz 55111 yük” markalı, **-JF-*** dövlət qeydiyyat nişanlı və “Qaz 31029” minik markalı, **-AN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri aşkar edilmiş, həmin nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat verilmiş, Nərimanov Rayon Məhkəməsinin 8(005)-181/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuş, xx.xx.2020-ci il tarixdə həmin nəqliyyat vasitələrinin axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilmiş, lakin nəqliyyat vasitələrinin axtarışı nəticə verməmişdir. xx.xx.2020-ci il tarixdə borclunun rəhbəri Şəxs izahat alınmış, Şəxs izahatında müəssisənin hal-hazırda işləmədiyini, əvvəlki 9-cu köndələn ərazisinin X9 ilə əlaqədar söküldüyünü, heç bir ərazinin qalmadığını, müəssisəyə dövlət tərəfindən ödənilməli olan kompensasiyanın hələ də ödənilmədiyini,nəticədə müəssisənin öhdəliklərinin hələ də qaldığını, üzərinə həbs qoyulmuş nəqliyyat vasitələrinin yerini bilmədiyindən Şöbəyə təqdim edə bilmədiyini, 2019-cu ilin əvvəlindən müəssisənin rəhbəri olduğunu, yaranmış borcların əvvəlki rəhbərin dövründə yarandığını, vəzifəli şəxs kimi qərarların icrasından yayınmadığını, müəssisəyə vəsait gələn kimi öhdəlikləri icra edəcəyini izahatında qeyd etmişdir. Bununla da borclu “xxxx” ASC-nin rəhbəri Şəxs vəzifəli şəxs kimi icra sənədlərinin icrası ilə əlaqədar icra tələblərinə riayət etməmiş və icra sənədlərinin icrasını təmin etməmişdir. Göstərilənlərə əsasən, borclu “xxxx” Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 protokolun məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında tələbkar X4 borclunun icra sənədinin icrasından qərəzli olaraq yayındığını bildirərək inzibati qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, “xxxx” ASC-nin direktoru Şəxs yuxarıda qeyd edilən icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapır. Bununla da “xxxx” ASC-nin direktoru Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İcra işinin materialları ilə müəyyən olundu ki: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(011)-2328/2017 saylı icra vərəqəsindən görünür ki, “xxxx” ASC-dən 1200 manatın X2 xeyrinə tutulması, “xxxx” ASC-dən dövlət rüsumuna görə 30 manatın dövlət nəfinə tutulması qət edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 3(002)- 440/2019 saylı icra vərəqəsindən görünür ki, “xxxx” ASC Azərbaycan Respublikası İXMnin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2019-cu il tarixli «İcraata başlamaq haqqında» Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu “xxxx” ASCyə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 3(002)-440/2019 saylı icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarından görünür ki, “xxxx” ASC Azərbaycan Respublikası İXM-nin 324.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu “xxxx” ASCyə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarından görünür ki, “xxxx” ASC Azərbaycan Respublikası İXM-nin 213-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. İcra vərəqəsinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2018-ci il tarixli «İcraata başlamaq haqqında» Qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu “xxxx” ASCyə icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” ASC-nin direktoru Şəxs icra sənədlərinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədlərinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə borclunun icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə “xxxx” ASC-nin direktoru Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, “xxxx” ASC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinin tələbinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İXM-in 43.1-ci maddəsinin tələbinə görə, rayon (şəhər) məhkəmələri bu Məcəllənin 528-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 53, 55, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” ASC-nin direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-2769/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2769/2020
01.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver