Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2774/2024 12.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1, Qərarından şikayət verilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh verilməsi barədə elektron qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh verilməsi barədə elektron qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, idarə etdiyi Chevrolet **-KJ-*** nömrəli avtomobilinə xx.xx.2024-cü ildə AYNA-nın işçiləri tərəfindən 346-1.1-ci maddəsinə əsasən barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Bildirir ki, o, Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Avtomobili saxladığı zaman AYNA-nın əməkdaşları ona yaxınlaşıb bildiriblər ki, siz müharibə iştirakçısısınız, ona görə də veteran kitabçasını maşının ön şüşəsinə qoyub rahat gedə bilər. Çəkilmiş fotoda da bu aydın görünür. O, arxayın olaraq hər hansı ödəniş etməmişdir. Bu əsaslarla onu inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 çıxış edərək bildirmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi onu əmin etmişdir ki, müharibə iştirakçısı olduğuna görə cərimə yazılmayacaq. O da öz növbəsində inanmışdır. Daha sonra cərimə olunduğunu görmüşdür. Məhkəmə iclasında iştirak edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X4 çıxış edərək bildirmişdir ki, X2 xx.xx.2024-cü il tarixində parklanma üsulunu pozmuşdur. Bu səbəbdən də barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəməyə etirazını təqdim edərək verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən xx.xx.2024-cü il tarixli AYN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh verilməsi barədə elektron qərarından görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə 10 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə - iyirmi manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 öz şikayət ərizəsində inzibati xətanı səlahiyyətli orqanın nümayəndəsinin onu arxayn etməsi səbəbindən törətdiyini irəli sürmüşdür. Məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, X2 xx.xx.2024-cü il tarixdə Xətai prospekti-10287 ünvanda parklanma qaydalarını pozmuşdur. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Məhkəmə X1 inzibati xətanı səlahiyyətli orqanın əməkdaşının onu arxayın etməsi səbəbindən törətməsinə münasibətdə qeyd edir ki, onun tərəfindən inzibati xəta faktiki olaraq törədilmiş və Məcəllənin 346-1.1-ci maddəsində nəzərdə tutulan parklanma qaydaları tərəfindən pozulmuşdur. Həmçinin şikayət vermiş şəxs özü də inzibati xəta törətdiyini etiraf edir və xətanı müharibə iştirakçısı olmasına görə cərimə edilməyəcəyindən arxayın edildiyinə görə etdiyini bildirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh verilməsi barədə elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, AYN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh verilməsi barədə elektron qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-2774/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2774/2024
12.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver