Məhkəmə qərarları › İş №3(005)-2776/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-2776/2022

26.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-2776/2022 26.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 338.7-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi DYPŞ Şəxs barəsində İXM-in 338.7-ci maddəsi ilə İXP seriyalı ******* nömrəli 09 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə 20:00-da Şəxs tərəfindən 338.7-ci Məcəllənin 338.4-338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərəçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər çəkmiş şəxsə maddi zərər vurulması halına yol verilmişdir. Nəticədə AR İXM-in 338.7ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, yol nəqliyyat hadisəsi zamanı avtomobilinə 1000 manatdan yuxarı zərər dəymişdir. Buna baxmayaraq Şəxs tərəfindən ona heç bir ödəniş edilməmiş, zərər qarşılanmamışdır. Bu səbəbdən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Şəxs YNH-si zamanı xəsarət alması əsasında toplanmış Rm 533/22 nömrəli rədd materialından görünür: Təyin edilmiş MTE-nin xx.xx.2022-ci il tarixli 329 saylı rəyindən görünür ki, Şəxs bədən səthində aşkar edilmiş xəsarətiər-burun sümüyünün yan divarının sınığı, Sol göz ətrafının qançırı, alın nahiyyəsinin, burun belinin, hər iki əlin, sol dizin sıyrıqları küt əşyanın təsirindən törənmiş, xx.xx.2022-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. İlkin təhqiqat araşdırması zamanı izahatı alınmış xx.xx.2003-cü il təvəllüdlü Göyçay rayon Şadət kəndində qeydiyyatda olan Şəxs qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radəiərində idarə etdiyi Tufan markalı mopedlə saatda 50 km sürətlə Bakı şəhər Nərimanov rayonu Heydər Əliyev prospektinin köməkçi yoıu ilə hərəkətdə olarkən əsas yol istiqamətinə keçmək istədikdə yola düzülmüş daş səkiyə yaxın məsafədən keçdiyindən moped səkidəyə dəyərək aşmışdır. Nəticədə onun özü yıxılaraq xəsarət almış və moped isə əsas yola düşmüşdür. Daha sonra isə təcili yardım briqadası hadisə yerinə gələrək ona tibbi yardım göstərmişdirlər. İnzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, AP ******* nömrəli protokoldan görünür ki, Nərimanov RPİ TŞ-nin təhqiqatçısı N.Rza-zadənin 533-nömrəli rədd materialının qərarına əsasən moped sürücüsü Şəxs Y.H.Q-nı pozaraq sürücü N.Musayevanın idarə etdiyi Opel markalı ** NC *** d.q.n avtomaşına toqquşaraq maddi zərər yetirmişdir. Hadisə zamanı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Şəxs "xxxx" dərəcəli bədən xəsarəti almışdır. xx.xx.2022-ci il tarixli AKAY Auto MMC-nin qüsur aktından görünür kı, Opel Astra minik markalı ** NC *** nömrə nişanlı avtomobilə 1340 manat maddi ziyan dəymişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində qeyd ediiərılərə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi, qərarın surətinin Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İXM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 338.7. Bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar